“Azərbaycan-İspaniya elm
və mənəviyyat müstəvisində”
“Elm çırağı” İctimai
Birliyinin təşkilatçılığı
və dəstəyi ilə Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasında İspan mədəniyyətinə həsr
olunmuş elmi konfrans keçirildi.
Tədbir “Azərbaycan-İspaniya elm və
mənəviyyat müstəvisində”
adı altında gerçəkləşdi.
Tədbiri “Elm çırağı” İB-nin
sədri professor Naidə
Məmmədxanova açıq
elan etdi. BMA-nın
prorektoru, Əməkdar
incəsənət xadimi,
professor Gülnaz Abdullazadə
öz çıxışında
tədbirin fəxri qonağı, İspaniya Krallığının Azərbaycandakı
diplomatik nümayəndəliyinin
rəhbəri, səfir
Jose Luis Diez Juarezi və tədbir iştirakçılarını Bakı Musiqi Akademiyasının rəhbərliyi
adından salamlayaraq, iki dövlət arasındakı mədəni
əlaqələr haqqında,
dahi Üzeyir bəyin yaratdığı
müqəddəs musiqi
ocağının ənənələrindən
və fəaliyyətindən
söz açdı.
Filologiya
elmləri doktoru, Bakı Slavyan Universitetinin ümumi və rus dilçiliyi
kafedrasının professoru
Aslan Məmmədli,
AMEA-nın Fəlsəfə
İnstitutunun dinşünaslıq
və mədəniyyətin
fəlsəfəsi şöbəsinin
elmi işçisi, fəlsəfə doktoru Həsənağa Məmmədli,
həmçinin professor Naidə
Məmmədxanova konfransda
maraqlı məruzələrlə
çıxış etdilər.
Jose Luis Diez Juarez İspaniya dövlətinin keçdiyi tarixi
yol haqqında, onun mədəniyyəti və incəsənəti
haqqında ətraflı
məlumat verdi.
Elmi çıxışlar arasında
Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, respublika
və beynəlxalq miqyaslı müsabiqələrin
laureatlarının ifasında
ispan və Azərbaycan bəstəkarlarının
əsərləri səsləndi
və alqışlara
səbəb oldu. Rəngarəng musiqi proqramında Zümrüd
Davudova, Vüsal Aydəmirov, Vurğun Vəkilov, Aydan Həsənova, Aytən Həşimli, Taleh Yəhyayev, Yusif Yusifov, Aytac Məmmədova çıxış etdilər. İstedadlı gənc rəssam
Ceyran Mirqasımovanın
iştirakçılara təqdim
olunan əsərləri
rəğbətlə qarşılandı
və o, diplomla mükafatlandırıldı. Tədbirin sonunda C.Mirqasımova sərgilənən rəsmlərindən
birini ispaniyalı diplomata hədiyyə etdi.
İlahə QİSMƏT
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının
Mətbuat Xidmətinin əməkdaşı
525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.13.