Almaz Ülvinin yeni kitabı - “Özbək ədəbiyyatı”
“Elm və təhsil”
nəşriyyatında yüksək
poliqrafik keyfiyyətlə
çap olunan növbəti kitab “Özbək ədəbiyyatı”
(ədəbi portret cizgiləri, adaşdırmalar,
müsahibələr) adlanır.
AZƏRTAC
xəbər verir ki, imzası oxuculara çoxdan tanış olan zəhmətkeş alim, filologiya elmləri doktoru Almaz Ülvinin
müəllifi olduğu
bu kitab Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun
elmi şurasının
qərarı ilə nəşr olunub.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri”
şöbəsinin müdiri
Almaz Ülvi bu kitabında bir-biri ilə qan qohumluğuna, dil və din birliyinə malik olan Azərbaycan-özbək
xalqlarının zəngin
və rəngarəng
ədəbi əlaqələr
salnaməsinə yenidən
nəzər salır.
Kitabda özbək ədəbiyyatı
ilə bağlı bütün tədqiqatlar eyni zamanda, Azərbaycan
ədəbiyyatı ilə
bağlılıqlar, ədəbi
əlaqə və ədəbi təsir üzərində araşdırmalar
öz əksini tapıb. Ə.Nəvai, XX əsr özbək
klassikləri, eləcə
də müasir dövrümüzü əhatə
edən ustad alimlər və gənclik ədəbiyyatı
haqqında olan portret cizgiləri, araşdırmalar, söhbətlər
təqdim etdiyimiz kitabın əsasını
təşkil edir.
Kitabda müəllifin Nəvai izi ilə Daşkəndə,
Herata olan səfər təəssüratları
da maraqlıdır.
Sonda verilmiş istifadə olunmuş ədəbiyyat siyahısı və müəllifin özbək
ədəbiyyatı ilə
bağlı yazdığı
məqalələrin biblioqrafiyası
da nəşrin elmi xarakter daşıdığına
diqqəti yönəldir.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi
akademik İsa Həbibbəyli, rəyçiləri
isə professor Nüşabə
Araslı və Özbəkistan Qəhrəmanı,
professor Suyima Qəniyeva,
redaktoru Özbəkistan
Elmlər Akademiyasının
Ə.Nəvai adına
Dil və Ədəbiyyat İnstitutunun
klassik ədəbiyyat
şöbəsinin baş
elmi işçisi Sırderyahan Utanovadır.
Kitaba
314 səhifədə yer
alan “Əmir
Əlişir Nəvai”,
“Araşdırmalar, tədqiqatlar”,
“Müsahibələr, söhbətlər”
və “Səfər düşüncələri, yol
qeydləri” bölmələrinin
hər birində müəllifin zəhmətini,
alim axtarışlarını
görməmək mümkünsüzdür.
Kitabdan türk
xalqları, xüsusən özbək ədəbiyyatı
üzrə maraqlanan tələbələr,
tədqiqatçılar, geniş oxucu kütləsi istifadə edə bilər
525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.13.