“Yazıçılarımızın əsərlərində vətənpərvərliyin və qəhrəmanlığın təbliği”

 

 

Azərbaycanın Bütövlüyü Uğrunda CəmiyyətVətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolumövzusunda növbəti tədbirini 283 saylı tam orta məktəbdə keçirib.

 

Məktəbin direktoru Tünzalə Zeynalova bildirib ki, müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi ictimai tərbiyə işinin effektliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq vacib məsələdir.

 

Layihə rəhbəri Məlahət Xəlilova bildirib ki, tədbir yazıçılarımızın əsərlərində vətənpərvərliyin qəhrəmanlığın təbliği mövzusuna həsr olunub.

 

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz deyib ki, vətənpərvərlik fərdin öz içində millətini, dövlətini, Vətənini sevməsi deməkdir: “Təbii ki, öz ailəsini qoruya bilməyən Vətəni qoruya bilməz. Bu hissin gənclər, xüsusən, gənc əsgərlər arasında aşılanmasında yazarların rolu əvəzsizdir. Hesab edirəm ki, müğənnilərdən çox yazıçı şairlər cəbhə bölgəsinə getməlidir. Çünki gənc əsgər kimi görürsə ona bənzəməyə çalışacaq. Bu isə Azərbaycan vətəndaşının formalaşmasımda müstəsna əhəmiyyət daşıyır”. Onun sözlərinə görə, vaxtilə Sovet ideologiyasının təsiri altında olduğumuzdan tarixi şəxsiyyətlərimizi ya tanımırdıq, ya da təhrif olunmuş şəkildə təqdim olunurdu. Bu gün isə torpaqlarımız işğal altında olduğundan tarixi şəxsiyyətlərimizin, eləcə qəhrəmanlarımızın təbliğinə ehtiyac var: “Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması, gənc nəslin məhz bu ruhda tərbiyə olunması günümüzdə xüsusi diqqət yetirilməli olan sahələrdəndir: “Təbii ki, dövlət onun müvafiq qurumları bu istiqamətdə öz üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Biz yazarlar da gənclərin vətənpərvər ruhda böyüməsi məqsədilə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik. Azərbaycan tarixində Vətən uğrunda mücadilə aparan kifayət qədər tarixi şəxsiyyətlərimiz olub. Həmin tarixi şəxsiyyətlərin bir çoxu yaxşı-pis qələmə alınıb. Ancaq Birinci Qarabağ savaşında da kifayət qədər igidlərimiz olub ki, onların da qəhrəmanlıq obrazının yaradılmasına ehtiyac var. Xüsusən, aprel döyüşlərində Azərbaycan gənclərinin göstərdikləri qəhrəmanlıqlar əsl yaradıcılıq mövzusudur”.

 

Millət vəkili, yazıçı Aqil Abbas qeyd edib ki, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması orta məktəbdən başlanmalıdır. Çünki vətənpərvərliyin qayəsini elm təşkil edir. Orta məktəb isə vətəndaş hazırlayan təşkilatdır. Əgər fərd vətənpərvər deyilsə, yüz dəfəBabək”, “Dolufilminə baxsa yenə vətənpərvər olmayacaq.

 

Yazıçı Elçin Hüseynbəyli qeyd edib ki, vətənpərvərlik sevgi kimi bir şeydir, onu qışqırmaqla aşılamaq mümkün deyil: “Qarabağ mənəvi baxımdan bütün azərbaycanlıların Vətənidir. Qarabağın işğalı mənəviyyatın, adət-ənənənin, ruhun işğalıdır. Odur ki, biz özümüz işğal altında olan torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Hər kəs öz sahəsində qəhrəman olsa bizə heç kim qalib gələ bilməz. Bu hisslər insanın içindən gəlməlidir”.

 

Yazar Əbülfət Mədətoğlu tədbir iştirakçılarına döyüş xatirələrindən danışıb.

 

Qarabağ qazisi Nahid Canbaxışlı qeyd edib ki, vətənpərvərliyin təbliği yüksək səviyyədə olanda əsgərlərin döyüş ruhu da yüksəlir.

 

Valideyn Nuralı Alıyev bildirib ki, Azərbaycanın Milli Qəhrəmanlarının ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı əsərlərin ərsəyə gətirilməsi vacibdir.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.12.