Şəfa ocağı  

 

 

 

 

Azərbaycan təbiətinin vurğunu təəssübkeşi olan böyük vətəndaş, görkəmli alim, akademik Həsən Əliyev belə bir qənaətdə idi ki, şəfa suları çağlayan yerlər adətən, müqəddəs torpaqlar olur. "Şıx" sanatoriyası da elə müqəddəs bir məkanda, imam övladı Bibi Heybət pirinin yerləşdiyi ərazidədir.

 

Müalicə əhəmiyyətli suların əksəriyyəti çox vaxt xoş bir təsadüf nəticəsində tapılaraq üzə çıxarılıb. Adını çəkdiyim sanatoriyanı şöhrətləndirən hidrogen sulfidli sudur ki, bu su da həmin ərazidə neft axtarışları zamanı məlum olub. 2000 metr dərinliyindən üzə çıxan bu suyun istiliyi 78-80 dərəcədir. Bu suyun tərkibində 50-dən çox kimyəvi element mövcuddur.

 

1997-ci ildən sanatoriya kimi fəaliyyətə başlayan bu müalicə ocağının açılışında o vaxt Ümummilli liderimiz Heydər Əliyev iştirak edib.

 

Sanatoriyaya Bünyamin Məmmədzadə rəhbərlik edir. Bünyamin həkim bu sahədə təcrübəli mütəxəssisdir. 1974-cü ildə Tibb İnstitutunu bitirib, həkim kimi əmək fəaliyyətinə Gəncə şəhərində başlayıb. Sonra "Göy göl" sanatoriyasında baş həkim vəzifəsində çalışıb. 1980-1984-cü illərdə məşhur "Qalaaltı" sanatoriyasının baş həkimi olub, bir müddət Lənkərandakı İstisu sanatoriyasına da rəhbərlik edib.

 

İki il bundan qabaq "Şıx" sanatoriyasında müalicə olunub baş həkimlə görüşüb ayılarkən Bünyamin həkim təbəssümlə bildirdi ki, inşallah, 2015-ci ilin yanvar ayından sanatoriya təmirə dayandırılacaq. Təmirdən sonra görüşərik.

 

Artıq avqust ayının 12-dən əsaslı təmir yenidənqurmadan sonra sanatoriya istifadəyə verilib.

 

"Şıx" sanatoriyasında əsaslı yenidənqurma işlərinə AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin yaxından köməkliyini minnətdarlıqla qeyd edən baş həkim B. Məmmədzadə burasını da bildirdi ki, "Kurort" Səhmdar Cəmiyyətinin sədri Əbil Ağasıyev sanatoriyada dincələnlərə xidmətin səviyyəsinin daha da yaxşılaşdırılmasına diqqət qayğısını əsirgəməyib.

 

2,5 hektar ərazini əhatə edən 102 çarpayılıq sanatoriya kompleksi 1, 2 3 nəfərlik otaqlardan ibarətdir. Hər bir otaq daimi isti soyuq su ilə təmin olunub. Beşmərtəbəli sanatoriya binasının xarici daxili görünüşü müasir tələblərə uyğundur. Ərazidə yaşıllaşdırma işləri aparılıb, ağaclar güllər əkilib. Qazanxana binası tamamilə yenilənib, orada olan avadanlıqlar dünyanın aparıcı ölkələrinin nüfuzlu şirkətlərinin istehsal etdiyi məhsullarla əvəzlənib.

 

Qeyd etdiyim kimi, "Şıx" sanatoriyasının brendi hidrogen-sulfidli mineral sudur. Müalicəvi su yüksək konsentrasiyalı, 65-70 dərəcəli hipertermikdir.

 

Sanatoriyada xəstələrin diaqnostikasını dəqiqləşdirmək müayinələrini daha düzgün aparmaq məqsədilə müasir tibbi avadanlıqlarla təmin olunmuş funksional diaqnostika laboratiya fəaliyyət göstərir. Xəstələrin açıq havada bədən tərbiyəsi ilə məşğul olmalarından ötrü ərazidə trenajor meydançası da yaradılıb.

 

Xəstələrin xidmətində 5 həkim, 1 bədən tərbiyəsi mütəxəssisi 15 nəfərlik orta tibb personalı durur.

 

Burada sümük-əzələ sistemiperiferik sinir sistemi xəstəlikləri müalicə olunur. Əsasən, təbii amillərdən, yəni hidrogen-sulfidli vannalardan, naftalandan, parafindən, palçıqdan istifadə edilir. Palçığın bir qisminin xammalı Almaniyadan gətirilir. Təbii amillərlə yanaşı, fizioterapevik, hovuzda dartma, sualtı duş-masaj, velosipedlə hovuzda hərəkət və digər müalicə üsulları da tətbiq olunur. Yuxarıda sadaladığım bütün keyfiyyətlər bu sanatoriyanı şəfa ocağı adlandırmaq üçün əsas yaradır.

 

Aydın TAĞIYEV

 

 

525-ci qəzet.- 2016.- 25 oktyabr.- S.8.