Bir az gücüm vardı payız apardı,
qışımız bir ömrü
yorğuna düşdü...
Üzü üstə yatan
söyüd
Böyrü üstə düşüb
qalan,
Üzü üstə yatan
söyüd...
Nə vaxt yıxıb tufan səni?..
Bu torpaqda kökün yoxsa,
Saxlamaz bu aman səni.
Ana köksüz, ata köksüz
Neyləyirsən yetim bala?
Sınıq-salxaq budağınla
Göyərməyin çətin, bala...
Yayın
quru torpağında
İlan
kimi qıvrılmağın,
Gün altında yana-yana
Qovrulmağın...
Bu nə inad, bu
nə tabdı?..
Zülmün ölüm yatağında
Bu çəkdiyin nə əzabdı?..
Ya öl qurtar,
Ya ol qurtar...
Gecə
sənin iniltini
Bir buludun axarında,
Göyə yalvar-yaxarında
eşidirəm:
“Topa bulud,
bir üzünü
döndər mənə!
Bircə
qətrə, bircə
damcı,
Bir az nəmiş göndər mənə...”
Tut buludun ətəyindən
Bəlkə sənə nəm gətirir.
Yaman şeydi qoca dünya
Həm aparır,
həm gətirir.
O quşu al budağına
Balasına yem gətirir.
Üzü üstə yatan
söyüd!
Mən səndəki bu dözümdən,
Sənə baxıb öz-özümdən
utanıram...
Biz insanlar, ayıq, sayıq,
Suyumuz bol, yerimiz bol,
Sən bir zərrə torpağınla
Can verirsən göyərməyə
-
Biz bir dünya torpaqdayıq
Dilimizdə giley-güzar...
Çayın axır - yaxşı
axmır -
yenə giley,
Ayın
baxır, mənə baxmır,
yenə giley.
Dilimizin
günahı çox
Bu torpağa səcdəmiz yox,
Özümüzdən küsənlərik,
Bəlkə də bir ağac əkib
Yüz ağacı kəsənlərik...
Üzü üstə yatan
söyüd!
Dörd
yanını çəpərləyib
Altında ot bitirmisən
Sarmaşıqlar sarmanıblar
budağına
Bunları sən yetirmisən?
Palıd,
çinar olsa idi,
Ömrü çoxdan bitmiş
idi -
Ölmüş idi, getmiş idi...
Sən qəribə bir ağacsan -
Başqa
tale yükün varmış,
Budaqda da, yarpaqda da
Kökün varmış, rişən
varmış,
Bir göyərmək peşən
varmış -
Solla sağın arasında,
Qabığınla, oduncağın
arasında
Bir ağ ümid
axıb gedir -
Yapış görüm o ümiddən
qalx ayağa
Yapış qonşun o söyüddən,
qalx ayağa!
Dirsəyini bas torpağa,
Tinglərinlə yaşıl yazı
yaz torpağa!
Bir pöhrədə tumurcuğun,
Bir pöhrədə göz muncuğun -
Quzuqulaq
yarpaqların
açılacaq!
İnada
bax, dözümə bax,
Tale ağa, ümid ağa,
Söyüd ağa, üzümə
bax -
Bəzən səni qınamışam
Birdən ahın tutar məni.
Ya ol qurtar, ya
öl qurtar
Xəcalətdən qurtar məni,
İntizardan qurtar məni.
Üzü üstə yatan
söyüd,
Dayanışın keçmiş olsun
Oyanışın mübarəkdir,
Söyüd ağa, ümid
ağa,
qalx ayağa.
fevral - iyun 2016
Bakı
- Buynuz
lll
Yüzünü kəsdilər, birin
əkdilər,
Neçə quş yuvası çıxmaz sabaha.
Talandan qalana hasar çəkdilər,
Nə yaxşı, meşəmiz
üşüməz daha.
Bakı
2015
Həsrət burulğanı
Daha bundan betər yaman günüm yox,
Adi görüşə
də güman günüm yox.
Daha o cığırlar keçilməyəcək...
Gözümün acısı qədəh
doldurur
Daha o badələr içilməyəcək,
Gözümün qorası sıxılmayacaq,
Üstünə arılar yığılmayacaq...
Hündür ağaclarda alabaxtalar
Yuvaya enməyə
fürsət axtarar.
Mənim
fürsətim yox, bir ağacım yox
Dözməkdən savayı bir əlacım yox.
Yox, daha ürəyim ram olmayacaq -
Aramından keçib, ramından
keçib
Hər cür gözlənəsi
kamımdan keçib...
Bala, Sevinc bacı, yaxamdan əl çək
Mənim qara daşım göyərməyəcək.
İndi
mən başqayam, tam
başqa adam,
Dərd
yükü altında
çalışqan adam,
Yəni
taleyilə barışqan
adam.
Ehey, yazıq
qoca nə ağlayırsan?
Bəs ayıb deyilmi arvad-uşaqdan?..
Təsəlli səsləri gəlsin
uzaqdan
Nə deyim, lap elə yaxından keçə,
Fələyin fırlanan çarxından
keçə,
Mənə veriləsi təsəlli
yoxdu,
Bu dərdin axırı, əzəli yoxdu,
Dilimdə Füzuli qəzəli
yoxdu
“Heç kəsə dərdi-dil
lazım deyil dərman üçün”.
Kimə lazımdı ki, bu göz yaşları?
Torpaqda güllərim əkilməyəcək
Bəlkə ruh axtarır, mələk axtarır,
Gözlərim göylərdən çəkilməyəcək
-
Mən başqa adamam, mən başqa adam,
Bu həsrət altında çalışqan adam,
İçində qalanıb, çölündə
yanan,
Kibriti cibimdə alışqan adam.
18 may,
2016
Bakı
- Buynuz
Qış gəlir
Xırdaca budaqlar qırov
bağladı,
Hər ağac
başına bir cuna düşdü.
Keçdi ildırımdan gümüş
dolular
Yerdə xəzəllərin ovcuna düşdü.
Dərənin dibini sel-su xışladı,
Bir keçəl
təpəni dolu daşladı.
Qış da ilk dərsinə
belə başladı,
Bir yaşıl
səltənət çovğuna
düşdü.
Qırov
çəmənlərdən rəngi ovladı,
Alıb sarmaşığı buz
buxovladı.
Külək yumruladı, tufan
qovladı,
Qışın ilk qəzəbi yulğuna düşdü.
Vaxt vardı kirşəmiz döşdə çapardı,
Yerdəki qarı da göydə
qapardı.
Bir az gücüm
vardı payız apardı,
Qışımız bir ömrü yorğuna düşdü.
07 avqust 2016
Nabran
Səyirmə
Dağ yeridir, bir az yollar əyridi,
Sərvi gördüm tellərini hörəndə.
Qəfil
çıxdı,
dodaqlarım səyridi
Almayanaq sərvi-nazı görəndə.
Dost elində doğma sözüm - səyirmə
“Seyirmani” səyirmə
de, əyilmə.
Söz atımı səyirtdim öz xeyrimə,
Xoş rəftarı,
xoş avazı görəndə.
Qəfil
çıxdı, dodaqlarım
səyirdi
Almayanaq sərvi-nazı görəndə.
yay, 2016
Gürcüstan, Səyirmə
Nəsihət
Xalq sözü elə cür el malıdır ki,
Müdriklər də dözür
ən acı sözə,
Şair
çiy sözü də udmalıdır ki,
O sözü bişirib çıxarsın üzə.
yay, 2016
Buynuz
Qızıl dan kimi
Sən
Allah, bu gülü yasa aparma,
Bu gül ləçəyində
başqa həyat gör.
Bu qızıl güllərdən
mənə qanad hör,
Sən
Allah, bu gülü yasa aparma...
Qızıl dan yerindən rəng alıb bu rəng,
Göylərdən nur alıb, günəşdən çələng,
Bu, doğulmaq üçün,
uçmaq üçündür
Qövsi-quzeyləri qucmaq üçündür,
Sən
Allah, bu gülü yasa aparma...
Torpaq bitirəni gül eylər gedər,
Torpaq itirəni
kül eylər gedər.
Bu ki, mələklərin rəng düzümüdü
Körpənin süd rəngli
təbəssümüdü,
Sən
Allah, bu gülü yasa aparma...
Torpaq! Qara torpaq, fırçana
əhsən
Fırçanın verdiyi bu cana əhsən!
Qırxyarpaq qızılgül İlahinindir,
Vurduğu ilməyə, qırçına
əhsən!
Yəqin
dünya əvvəl hər yeri gülşən,
Yəni
qızıl güllü,
qızıl bağ olub,
Qədirbilməzlərin əlindən düşən
Gedib çöldə
bitib bağrı dağ olub.
Tamam başdan-başa heyrətdi,
vallah,
Vallah möcüzədir,
möcüzə güllər.
Yaz ağzı elə cür tələsibdilər,
Dönüb bənövşəyə, nərgizə güllər.
Bu qırxləçəyi gör, qızılı yarpaq -
Şanapipiklərin başında daraq -
O aşiq bülbüllər hamıdan qabaq
Döşünü güllərə sipər eyləyib
Sən bu qızıl donlu mələklərə bax
Boynunu qızıl gül çəpər eyləyib.
Çəpərin qurbanı, a gül
yanaqlar,
Belə
açılmışdım mən də qabaqlar -
Bu ilahi güllər qırmızı donda
Mənim
də sinəmdə bitmişdi onda -
O da ilk məhəbbət alovlarıydı,
Ağ güllər təmizlik qırovlarıydı -
Məni
apardılar eşq aləminə
Hələ də ordayam dönüb gəlmərəm
-
Ölərəm qalaram - sönüb gəlmərəm.
İlk sevgi qızılı şimşək ömrüdü,
Özü çaxıb gedər,
şırımı qalar,
İztirab bu eşqin daha kömürüdü
-
Qara, qırmızımı, sarımı
qalar...
Bizim qaşımızda gül
mayası var,
Onunçün gözəllər gülyanaqdılar
-
Dan yeri qırmızı.
Qürublar sarı...
Sən
Allah, bu gülün keyfinə dəymə,
Çevirmə üzünü qüruba
sarı
Sən
Allah, bu gülü yasa aparma...
yay, payız.
2016
Buynuz
Musa YAQUB
525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.19.