EŞQİN MÖVSÜMLƏRİ
BAŞQADIR
Türkiyəli
şair, İLESAM-ın başqanı Mehmet Nuri
Parmaksızın “Həsrət, eşq və sükut”
kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub.
Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.
Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.
Əslində hər mövsümün özü, özün içindəki öz olan Təkdədir.
Bilinən mövsümlər deyil eşqin mövsümləri; adları başqa-başqa, özəllikləri fərqli-fərqlidir onların.
Payız, həsrət mövsümüdür, məsələn.
İçimizdəki solan yarpaqların və xəyalların töküldüyü; hər nəfəsdə bizi dəli-divanə edən, qaynar bir mövsüm.
Ona hakim olan
rəng gözəl. Yağmurları qəlbimizdəki çiskinlər;
göy qurşağı
gözümüzdən axan
yaşlar. Həsrət
hər dəfə gizli durur bir
küncdə, meydanı
boş görərsə,
qısqanclıq yelləriylə
coşar və parça-parça
edər qəlbimizi, atəşdən yanar bir dağa çevirər
bədənimizi.
Qış ayrılığın mövsümü.
Göy üzünün
bu mövsümdə adı hicran; günəşin adı fəraq məsələn. Hicrandan yağan
qar dənələri
acı, iztirab və ələm. Hüzün,
qrip kimi saran bu mövsümdə; hər kəs zaman-zaman təslim olur özü-özünə.
Ölümü arzuladan, ölməyi çarə kimi göstərən bu iqlimə yenilənlər olur, lakin bilmədən
özlərini zülmə
salarlar. Sevgili möhtacıdır aşiqə; aşiqsə
baharı gözləyər,
qış bitsin vüsal gəlsin deyə dua edər
bu mövsümdə.
Gəlməyəcək olan getməzdi
deyə, düşünməz
belə. İztirab bu
iqlimdə hər addımda.
Baharın adı vüsaldır; o bir daddır aşiqə.
Hər aşiq
vüsalı arzular; dualarla bu mövsüm
heç bitməsin istər, şükürlə
daim ibadətgaha üz tutar. Bahar gözəllikdir;
eşqdir.
Dünyadakı bahar keçici; üqbadakı sonsuzdur. Vüsalı bədəndə deyil, qəlbdə yaşayanlar;
qismətdən razı
olanlar ancaq onda sonsuz qala
bilər; digər mövsümlər gəlsə
də, qovuşmağı
ruhən bacarmış
olanlar ruhun ölümsüzlüyüylə eşqdə ölümsüzlüyə
qovuşur.
Sadəcə, dünyada ruh yoldaşını tapanlar
bu lütflə gerçək olur və əbədi bu iqlimdə yaşayarlar, digər mövsümlər gəlsə
də. Qışda baharı yaşayarlar;
eşqdə eşq açar onlar.
Yazın adı şükürdür
eşqdə.
Bahardan yaza keçə bilənlər
təvəkküllə, səbirlə
və dualarla yalvarırlar Allaha. Ömürlük
baharda qalmaq şükürlə, bahara
ram olmaq niyazla mümkündür ancaq.
Eşqi bir bayraq kimi
qoruyan və daşıyanlar qovuşa bilər bu mövsümə. Bu iqlimə çatmaq bir nemətdir aşiqə; eşqi eşqlə sulamaq, şükürlə bəsləmək
və sonsuz təvəkküllə gözləmək
əsasdır bu mövsümdə.
Əslində hər mövsümün
özü, özün
içindəki öz
olan Təkdədir Vəhdətdə. Birdir, Təkdir O. Hər şeyin sahibi və özüdür O. Bütün mövsümləri
yaradandır O. Yaratdıqlarını
sevgi və mərhəmətlə qucaqlayan
bir iqlimdir O.
Ona qovuşan
hər nəfəsdə
şükr edir; Fənafillaha yol tapır. Keçici deyil, sonsuzdur
bu fəsil; hüzündən, acıdan,
ələmdən və
cümlə əskikliklərdən
uzaqdır bu mövsüm.
Vəhdəti yaşamaq üçün
Vücudi-Mütləq olana
aşiq olmaqdır əsas. Qisas tələb etməz,
bənzərsizdir O.
Bu gerçəyə inananlar və Ona tamamən təslim olanlar ancaq və ancaq
Ona qovuşa bilər. Ona çatan xoşbəxt;
Onu yaşaya bilən bəxtiyardır.
Bu iqlim daim
xoşbəxtliyin çiçək
açdığı, solmayan
gözəllikləri içində
saxlayan bir diyardır. Vəhdət mövsümü sərhədsizdir.
Nə xoşbəxtdir
vəhdətə qovuşa
bilənlər; nə
xoşbəxtdir eşqdə
eşq aça bilənlər.
Mənim
könlümdə hər
kəs məhşərədək
yasaqlı,
Məhşərimi verdiyim gözəl içimə bağlı.
Ağlım, könlüm hamısı
onun; mənliyimə sindi o,
Uzun zamandır
hakim mənə Məcnunun
ağlı.
EŞQİ
YARALAMAQ...
Həyat, əzəl və əbədiyyət arası
bir göz qırpımı.
Eşqi
yaralamaq, Rəbbimi yaralamaq; Xudanı və bir qul
üçün ən
önəmli olan Mövlanın razlığını
unutmaq, aləmlərin
Rəbbini qırmaqdır.
Dünya; sürgünlər sürgünündə
yaşanan sonlu olandır. Həsrət məkanı olaraq
bilinən və imtahan üçün gəldiyimiz bu diyarın tək bir silahı vardır ki; onun adı da
“həsrət”.
Həsrət çəkmək çətin
olandır. Həsrətə tabe olmaq; ölmədən ölməyi,
həm də min dəfələrlə ölməyi
gözə ala bilmək
deməkdir. Eşq atəşi
həsrətlə xarlanır;
həsrət çəkən
bədən və ruh həsrətlə darlanır.
Həsrət imtahan dünyasında bir baxımdan lütf; bir tərəfdən də bir cəzadır. Necə
ki gerçək deyə bildiklərimizdən
bəziləri baxış
bucağımıza görə
şəkillənirsə, həsrətdə
aşiqin və “eşq” adlı lütfü diləyən
qulun arzusu, təslimiyyəti və təvəkkülüylə bəzən
ən çox yaxan bir atəşə;
bəzən də bir mükafata dönə bilər.
Ona görə
eşqi yaralamaq, Rəbbimi yaralamaq; Xüdanı və bir qul üçün
ən önəmli olan Mövlanın razılığını unutmaq,
aləmlərin Rəbbini
qırmaqdır.
Taleyi yazan; hər şeyin sahibi O deyilmi? Ən gözəli, ən doğrunu Ondan başqa kim
bilə bilər? Eşqi arzulamaq gözəldirsə;
həsrətdən şikayət
nəyə gərək?
İmtahan üçün gəldiyimiz sonlu olan dünyada mütləq xoşbəxtlik
yoxdur ki.
Bu gerçəyi bilə-bilə
yaşadığımız əskikliklər və çəkdiyimiz iztirabdan
nigaran olmaq nəyə lazım? Dünya həsrət
adlı silahını
atəşə hazır
etsin; əlimizdə şükür adlı qalxanımız varkən sızlamaq, sitəm etməyə nə gərək var?
Şükür, fərəhlədən bir
sərinlikdir; həsrətin
od-alovu qarşısında. O qədər güclüdür
ki; içdən, səmimi “çox şükür” deyə çəkilən bir nəfəs həsrətin
odunu; o ürəkdəki
yanğını, gülləri
qırmızı bir gülüstana çevirə
bilər.
Yetər
ki, Rəbbim “ol” desin. Yetər ki,
istəyim Ondan; yetər ki, cani-könüldən eşqlə,
təslimiyyətlə, təvəkküllə
dua edək Xudaya. İmtahanı və Onu unutmayanı Rəbbim unutmaz çünki.
Sevdiyinin ürəyini qırmaqdan qorxan Rəbbini qırmaqdan niyə qorxmaz? Bəlkə də, qorxar;
bu gerçəyi dərk etmək gərəkdir zamanla.
Röyadayıq bu dünyada;
heç oyanmayacağıq
zənn edərik; gerçək oyanınca başlayacaq əslində.
Gerçəyi arayanlar həsrətdən
və taledən razı olandır. Gerçəyi arayanlar imtahan dünyasında olduğunu
unutmayanlardır. Çox şükür
yaradılışın sirrinə
vaqif olanlara. Çox şükür hər şərtdə və durumda “çox şükür Ya Rəbbim” deyənlərə.
Yaşamaq, bir anlamda öləcək olduğumuz gerçəyi qəbul etmək deyilmi? Deməli, ölmək üçün yaşayırıq; mütləq gerçəyə, məhşərə çata bilmək üçün.
Sonludan keçmədən sonsuza çatmaq olmaz ki. Sonlu olan dünyadakı imtahanını verməyən; sonu sonsuzluğa gedən həyat adlı nərdivanın pillələrini “çox şükür” demədən çıxmağa çalışanlar, cənnətə yol tapa bilməz ki. Söyləyin mənə; cənnət o qədər ucuzmu?
Həyat, əzəl və əbədiyyət arası bir göz qırpımı.
Sonsuzun sonluya nisbəti bu. Budur böyütdüyümüz dünya; budur böyütdüyümüz həsrət, çünki dünya sonsuzluğun bir silsiləsi desəm, yenə də həddini aşmaram; hətta əskik belə söyləmiş olaram gerçəyi.
Gerçəyi bildikdən və gerçəyə sahib olduqdan sonra yaralayın eşqi yaralaya bilsəniz.
Mən səninəm, sən mənim; məhşərədək gizlərim
Səni gördüyüm hər dəm eşqlə çökər dizlərim.
Eşq gözü kor edərmiş amma gördüyüm gerçək
Gözünü hər qırpanda ceyranları izlərim...
Mehmet Nuri
PARMAKSIZ
525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.18.