Bakı - teatrsevərlərin görüş yeri

 

 III yazı

 

 

 

 

Qəzetimizin ötən şənbə saylarında I II Bakı Beynəlxalq Teatr Konfranslarının əhəmiyyəti, əlamətdar məqamları haqqında yazılarım oxucularımıza təqdim olunub.

 

Üçüncü həftədir ki, bu forumun materiallarını, tarixini səhifələyirəm etiraf edim ki, əldə olunan nəticələr doğrudan da yaxşı mənada təəccübləndirir. 2014-cü ildə artıq III Bakı Beynəlxalq Teatr Konfransının açılış günü öncəsi qonaqların, təşkilat komitəsinin media  nümayəndələri ilə görüşünü xatırlayıram.

 

Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyevin, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətovun, Litva Musiqi Teatr Akademiyasının professoru, “TrimitasLitva Dövlət nəfəs alətləri orkestrinin rəhbəri Deyvitas Staponkusun, Hindistandan  Beynəlxalq Kukla Teatrları Festivalının bədii rəhbəri Ayşa Raunun, ABŞ-dan teatr rəssamı İosif Yusupovun iştirak etdiyi mətbuat konfransında jurnalistlərin teatr konfransının əhəmiyyəti, artıq üçüncü dəfə teatr adamlarının bir yerə toplaşmasının faydası haqqında sualına nazir müavini ətraflı cavab vermişdi: “Ümumiyyətlə, mən son illərə aid rəqəmlərə nəzər salanda yaxşı mənada təəccüblənirəm.

 

Səmimi etiraf edirəm ki, biz ilk dəfə bu konfransı keçirəndə bu qədər nikbin inamlı yanaşmırdıq işimizə. Amma görürsünüz ki, hər dəfə daha da çox adamın diqqəti bu konfransa yönəlir. Məhz bu konfrans sayəsində biz bir çox ölkə teatrları ilə əməkdaşlıqlara başlamışıq. Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Gənc Tamaşaçılar Teatrları festivalına üzv seçilib bir neçə dəfə xaricdə festivallarda uğurla çıxış edib. Kukla Teatrı Beynəlxalq Kukla Teatrları Assosiasiyasına üzv seçilib son Kukla Teatrları festivalına ev sahibliyi edib. Musiqili Komediya Teatrı da həmçinin Beynəlxalq Musiqili Komediya Tearları Assosiasiyasının üzvü olub. Görkəmli tənqidçimiz Məryəm Əlizadənin rəhbərliyi ilə tənqidçilərimiz Beynəlxalq Teatrlar Tənqid Assosiasiyasına üzv seçiliblər. Bu il ilk dəfə Şəkidə Beynəlxalq Teatr Festivalı keçirmişik. Dünyanın müxtəlif ölkələrindən 11 teatr rəssamı Azərbaycan teatrlarında tamaşaların səhnə tərtibatını veriblər. Yeddi nəfər gənc Azərbaycan rejissoru xarici ölkələrdə treninqlərə qatılıb.

 

Teatrlarımız bu müddət ərzində 25 ölkədə qastrol səfərlərində olub. Bütün bu rəqəmlər əlbəttə ki, bizdə bir nikbinlik yaradır. Amma yenə bu işlər davam etdirilməlidir. Ölkə başçımızın teatra, mədəniyyətə qayğısı, dəstəyi bizlərə arzularımızı gerçəkləşdirməkdə böyük imkanlar yaradır. Bilirsiniz ki, bütün bu layihələr, işlərAzərbaycan teatrı 2009-2019-cu illərdəDövlət Proqramına əsasən həyata keçirilir. Elə bu teatr konfransı da həmin proqramın bir bəndi idi. Amma dediyim kimi, bu layihənin belə geniş vüsət alacağını gözləmirdik. Deməli, biz xarici ölkələrin mədəniyyəti, teatrı ilə maraqlandığımız kimi, onlar da bizimlə maraqlanır, əməkdaşlıq qurmaq istəyirlər”.

 

Nazir müavininin söylədiyi kimi, doğrudan da ardıcıl keçirilən bu konfranslarda ən çox nəzərə çarpan məqam qonaqlarımızın ölkəmizə, Bakıya, mədəniyyətimizə, teatrımıza marağıdır. Litva Musiqi Teatr Akademiyasının professoru, “TrimitasLitva Dövlət nəfəs alətləri orkestrinin rəhbəri Deyvitas Staponkus dəfələrlə həm Konfranslara, həm digər tədbirlərə qatıldıqdan sonra dövlətimizin teatra münasibəti, qayğısı haqqında müəyyən qənaətlərə gəldiyini söylədi: “Məncə, indi Azərbaycan teatrı özünün renesans dövrünü yaşayır. Ötən iki konfransdan da bu nəticələrə gəldim. Bu gün Musiqili Komediya Teatrının binasına daxil olanda çox böyük məmnunluq heyrət hissi keçirim. Dünyanın çox az ölkəsində belə teatr binası ola bilər. Heç Avropada da belə binalar yoxdur. Bu, dövlətin sənətə münasibətinin göstəricisidir.

 

Ötən dəfəki konfransdan çox böyük təəssüratlarla ayrılmışdıq. Yeri gəlmişkən, mən Azərbaycan dövlətinə, Mədəniyyət Turizm Nazirliyinə ötən teatr konfransı çərçivəsində Litva Respublikasının Xalq artisti Yuozas Budraytis SSRİ Xalq artisti Ryaqimantas Adomaytisin Rus Dram Teatrında yaradıcılıq gecələrini keçirdiklərinə görə təşəkkürümü bildirirəm. Bu Litva  mədəniyyətinə  böyük sayğının  göstəricisi idi. Görüşdən sonra mən böyük aktyorlarımızla söhbət edəndə onlar Bakı haqqında, burdakı publika haqqında zövqlə, məmnunluqla danışdılar. Əlaqələrə gəldikdə isə, onu deyim ki, Litva Azərbaycan arasında mədəni əlaqələrin qurulması istiqamətində çox işlər görülüb. Məsələn, elə birBaltik-Xəzərlayihəsi çərçivəsində qədər konsertlər verilib, görüşlər keçirilib. Elə iki il öncə litvalı rejissor, Sovet İttifaqı Dövlət Mükafatı laureatı Yonas Vaitikus Rus Dram Teatrında  NizamininYeddi gözələsəri əsasında tamaşa hazırladı. Amma yenə məqsədimiz bu cür əməkdaşlıqların sayını artırmaqdır. İnanıram ki, bu dəfəki konfrans da bir çox əlaqələrin yaranmasına, mədəni əməkdaşlıqlara kömək etmiş olacaq”.

 

Nazir müavininin , litvalı qonağımızın da çıxışlarından gətirdiyim bu nümunələrdən göründüyü kimi teatr konfransları mədəni əlaqələrimizin genişlənməsinə, qarşılıqlı əməkdaşlıq müqavilələrinin imzalanmasına kömək etmiş olur. Eyni zamanda artıq söylədiyimiz kimi xarici qonaqlarda, sənət adamlarında hərtərəfli rəy yaradır. Dünyada nüfuzumuzu təsdiqləyən, ölkəmizin güclü bir dövlət kimi tanınmasına səbəb olan Bakı - 2015 I Avropa Olimpiya Oyunlarından bir il öncə, 2014-cü ildə bu mədəni görüşün, forumun keçirilməsi bu mənada da əhəmiyyətli  oldu.

 

Açılış mərasimindən bir gün öncə qonaqlarımızın Akademik Opera Balet Teatrı səhnəsində dahi Üzeyir bəy HacıbəylininLeyli Məcnunoperasını seyr etmələri konfransın ilk günü bu sənət əsəri haqqında düşüncələrini necə bölüşmələri indiki kimi yadımdadır. Üzeyir bəy sənəti ilə sehrlənmiş hər kəs çıxışında  Leyli Məcnunoperasından danışır, aktyorlara təşəkkürlərini çatdırırdı. Bütün bunlar millətimizin qədər zəngin mədəniyyətə, musiqiyə, ədəbiyyata malik olduğunu göstərən mühüm məqamlardı. Açılış mərasimindəki nitqində Mədəniyyət turizm naziri Əbülfəs Qarayev tarixi qədimlərə gedən sənətimizdən danışdı: “Azərbaycanda teatr sənətinin çox qədim zəngin tarixi var. İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə bağlı meydan mərasimləri, qaravəlli tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyənləşdirib, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Dahi mütəfəkkir, iki il bundan öncə anadan olmasının 200 illiyi təntənə ilə qeyd olunan  Mirzə Fətəli Axundzadə tərəfindən  dram əsərlərinin yaradılması xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynadı”.

 

III Bakı Beynəlxalq Teatr Konfransına 45 ölkədən 150-dən teatr mütəxəssisi qatılmışdı. İki gün boyunca keçirilən plenar iclaslarda, müzakirələrdə az qala hər kəsin dilə gətirdiyi əsas narahatlıq müasir texniki vasitələrin, internetin, sosial şəbəkələrin canlı sənəti sıxışdırması idi. Çağdaş gəncliyin maraqlarının səpələnməsi, daha yüngül, daha əyləncəli məşğuliyyətlərə meyl göstərməsi sənət adamlarını ciddi düşündürür. Artıq ikinci dəfə teatr konfransına qonaq kimi qatılan polyak rejissoru Kşiştof  Zanussibu haqda narahatlığını bölüşdü, amma bununla belə nikbin proqnozlarından da çəkinmədi: “Şekspiri bilməsək, sevginin, qəzəbin, qorxunun, ağrının, qısqanclığın, sədaqətin nə olduğunu bilməyəcəyik. Ona görə mən teatrdan uzaq adamın tam, bütöv tərbiyəsinə inanmıram. Hardadır teatr? Bu sualı özümə verirəm və dərhal Çexov, Şiller, Şekspirbaşqa böyük klassiklər yadıma düşür. Teatr hələ səhnədən öncə onların düşüncəsində, fikirlərində idi. Belə bir sual da verilir sənət, əsl sənət kütləyə təsir edə bilərmi? Mən deyirəm ki, bəli edər, mütləq edir. Məsələn, mən hələ 60-cı illərin sonunda  öz həmyerlim, dahi Adam Mitskeviçə senzura qoyulanda, hansısa yasaqlar tətbiq olunanda yüzlərlə gəncin küçələrə çıxıb etiraz etmələrini xatırlayıram. Bax sənətin insanları birləşdirməsi budur. Bu gün avanqard sənətə diqqət daha çoxdu. Amma mən açıq deyirəm ki, bu sənətin ömrü uzun deyil. Mən bu gün artıq musiqi sahəsində köhnəliyə, köhnə tonallıqlara qayıdışı hiss edirəm. Bu da təbiidir. Bir də mən demək istəyirəm ki, əsl canlı aktyorun oyununu heç bir texnika əvəz edə bilməz. Ona görə teatr adamlarına daha inamlı olmağı və interneti, televiziyanı bəhanə gətirib ətalətdə durmamağı diləyirəm”.

 

Doğrudan da müasirliyin gətirdiyi qəribə yeniliklərə rəğmən teatrın, sənətlə canlı ünsiyyətin var olması hava, su kimi vacibdir.  Əslində teatr konfransı kimi mədəni tədbirlərin də  mahiyyətində bu ünsiyyəti, gerçək sənəti qorumaq durur. Və artıq sayılı günlər qalan IV Bakı Beynəlxalaq Teatr Konfransının bu baxımdan faydalı olacağına, teatr sənətimizin inkişafına xidmət edəcəyinə inanırıq.

 

 

PƏRVİN

 

 

525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.11.