Şərq”in mövcudluğu sual altında idi

 

AKİF AŞIRLI: “HESAB EDİRİK Kİ, ARZULARIMIZIN BÖYÜK BİR QİSMİ HƏYATA KEÇİB”

 

 

Noyabr ayının 1-i  Şərqqəzetinin yaranmasından 20 il ötür. Şərqqəzeti bu illər ərzində özünəməxsus yer tutub. İctimai fikrə təsir edən mətbuat orqanlarından biridir.

 

Biz həmkarlarımızı  Şərq”in oxucularını təbrik edir, “Şərqqəzetinin baş redaktoru Akif Aşırlının Modern.az-a verdiyi müsahibəni təqdim edirik.

 

- “Şərqqəzetinin 20 yaşı tamam olur. 20 yaş bir igidin ömrüdür. Ötən illərə nəzər saldıqdaŞərq”i arzuladığınız məqamda görə bilirsinizmi?

 

- “Şərq”i hər zaman mətbuat içərisində sayılıb-seçilən fərqli bir qəzet kimi görməyə çalışmışıq. Hesab edirəm ki, arzularımızın böyük bir qismi həyata keçib. Ən azından bu günŞərqictimai rəyi formalaşdıran ona təsir edən bir mətbuat orqanı kimi qəbul olunur. Bu gün bizim abunəçilərimiz var, gündəlikŞərq”i oxuyan, izləyən kifayət qədər oxuyucu var.  Bu oxucular üçün çalışmaq, Azərbaycan cəmiyyətinə xeyir vermək jurnalist missiyasını həyata keçirmək imkanları bu gün varsa, bunu çox yüksək qiymətləndiririk. Hesab edirik ki, arzularımızın böyük bir qismi həyata keçib.

 

- Son zamanlar hər kəs qəzet əsrinin bitdiyini, qəzet çap etməyin əlavə xərc olduğu fikrini irəli sürür. Bununla razısınızmı?

 

- Təbii ki, hərənin bir fikri var, fikirlər müxtəlif ola bilər. Hesab edirəm ki, biz Türkiyədən, Almaniyadan, Fransadan çox inkişaf etmiş bir cəmiyyətik. Onlarda  bu gün çap mətbuatı varsa, onların tirajları günü-gündən artırsa, çap mediasının internet səhifəsi oxucuları maraqlandırırsa, deməli qəzet var, yaşayır yaşamalıdır. Sadəcə çap mətbuatının maliyyə tələbi çoxdur, bahalı layihədir. O baxımdan mən hesab edirəm ki, Azərbaycanda çap mətbuatı qalacaq. Ümumiyyətlə, çap mətbuatını elektron mətbuata qarşı qoymaq düzgün deyil.  Bu, medianın bir tərkib hissəsidir. Elektron kütləvi informasiya vasitələrinin kökündə çap mətbuatı durur.  Çap mətbuatı jurnalistika ənənələrini, peşə davranış qaydalarını özündə saxlayır. Bunların üzərində saytlar, elektron informasiya portalları şaxələnib inkişaf etməlidir. Əgər çap mediasını ləğv eləsək, Azərbaycan mediası alt yapısız qalar.  Mənim fikrimcə, çap mətbuatı yaşaması uzun illər davam edəcək.

 

-Bütün dünyada olduğu kimi ölkəmizdə qlobal-iqtisadi böhranın təsirləri hiss edilir. 2015-ci ildə ölkəmizdə 2 dəfə devalvasiya baş verdi. Bu devalvasiyalarŞərq”i necəvurdu”?

 

 -Devalvasiya bütün sahələrdə olduğu kimi mətbuatımızdan da yan keçmədi. Təbii ki, “Şərqqəzetinə çox ciddi şəkildə təsir etdi. Bütün saytlar, qəzetlər, televiziyalar özləri üçün anti-böhran planı hazırladı. Kimsə bu böhrandan çıxmaq üçün ən optimal yolları axtardısa, həmin kütləvi informasiya vasitəsi indi qalır. Bu saytlardan, elektron informasiya vasitələrindən fərqli olaraq dövlətin qəzetlərə dəstəyi var. Yəni  Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) müəyyən yardımlarını alırıq. Buna görə qəzetlər yaşayır. Əlbəttə çox istərdik ki, qəzetlərdə çalışan jurnalistlərin maaşları, qonorarları çox olsun. Ancaq çox təəssüf ki, biz bunu indiki şəraitlərdə edə bilmirik. Devalvasiyanın təbii ki, böyük təsirləri var. Amma bundan çıxış yolları da var hesab edirəm ki, problem insan üçündür. Problemdən çıxış yollarını axtarmaq həll etmək lazımdır.

 

-Ümumilikdə Azərbaycanda jurnalistika sizi qane edirmi?

 

-Təbii ki, Azərbaycanda peşəkar jurnalistlərimiz kifayət qədərdir. Peşəkar jurnalistləri biz lazımınca qiymətləndirə bilmirik. Bəzən onların sosial problemləri olur başqa sahəyə axın edirlər. Jurnalistlərin sosial ehtiyaclarının yaxşılaşdırılması məqsədi ilə prezidentin verdiyi sərəncamlar var. Bunlar müəyyən mənada  jurnalistikanın bir institut kimi mövcudluğunu qoruyub saxlamağa böyük kömək göstərdi. Jurnalistlərə mənzillər verilməsi həmin mənzillərin sonradan özəlləşdirilməsi - bütün bunların hamısı çox lazımlı addımlar idi. Təbii ki, peşəkarlarla yanaşı, qeyri-peşəkarlar da var. Bu sön dönəmlər saytlarda daha çox müşahidə edilir. Ancaq bu, normaldır, çap mediasında da belə idi.  90-cı illərin əvvəllərində hər gün bir qəzet çıxırdı.  Qeyri-ciddi qəzetlər idi. Belə qəzetlərin fəaliyyəti uzağı 6 ay çəkirdi. Hansı qəzet peşəkar idisə fəaliyyətini davam etdirdi. İndi elektron mediada da belə hallar yaşanır. Qeyri-peşəkar saytlar var ki, kopyalamaqla, plagiatlıqla məşğuldur. Ancaq yaradıcılıq baxımından götürəndə 6-7 dənə peşəkar saytımız var. Bunlar sırf yaradıcılıqla, xəbər istehsalı ilə məşğuldur.

 

-”Şərq” qəzeti digər qəzetlərdən nə ilə fərqlənir?

 

-Bizim başqa qəzetlərdən fərqimiz ondan ibarətdir ki, müəllif yazıları həddən artıq çoxdur. Digər qəzetlərdə mən müəllif yazılarına çox az rast gəlirəm. Hər bir hadisəyə, ümumi problemlərə baxışda da fərqlərimiz var. Biz çalışırıq ki, problemlərin çıxış yolunu qıcıq yaratmadan cəmiyyətə çatdıra bilək. Emosional radikal baxışlardan uzaq, normal bir qəzetçilik tətbiq edirik.  Əsasən, müxtəlifliyə fikir veririk. Jurnalistikada müxtəlifliyə önəm vermək üstünlük təşkil etməlidir. Problemi hamı fərqli görə bilər, ammaŞərqiki fərqli peşəkarın məsələyə münasibətini vermək imkanına malikdir. Hesab edirəm ki, bu bizim üstünlüyümüzdür.

 

-”Şərqqəzetinin kollektivi neçə nəfərdən ibarətdir?

 

-Kollektivimiz 17 nəfərdən ibarətdir. Bunların 9-u sırf yaradıcı heyət, yerdə qalan isə texniki heyətdir.

 

-Bildirdiniz ki, dövlət tərəfindən qəzetlərə müəyyən qədər maliyyə dəstəyi ayrılır. Bu maliyyə sizin problemlərinizin həllinə kömək olurmu?

 

-Təbii ki, bu maliyyə olmasa həmŞərqqəzeti, həm digər qəzetlərin mövcudluğu sual altında idi. Bu köməkliklərin böyük əhəmiyyəti var. Bu baxımdan ki, vəziyyətdən çıxış üçün həmin yardımlardan yararlanırıq.

 

“525”dən: “Şərq”in 20 illik yubileyi münasibəti ilə qəzetin kollektivini təbrik edir, dəyərli həmkarlarımıza uğurlar arzulayırıq.

 

 

525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.7.