Nicat Kazımov Qaqauz
teatrı üçün tamaşa
hazırlayıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
xarici ölkə teatrları ilə yaradıcılıq əlaqələrini
genişləndirməkdə davam edir.
Teatrın rejissoru, Əməkdar
artist Nicat Kazımov
88-ci teatr mövsümünün
sonunda Moldova Respublikası
Dionis Tanasoğlu adına Qaqauz
Milli Teatrından dəvət alaraq görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin “Öldür məni can-ciyər” pyesi əsasında “Öldür beni, Ayolcum” tamaşasını
hazırlayıb.
Teatrdan
AZƏRTAC-a bildirilib ki,
tamaşanın premyerası
avqustun 28-də nümayiş
olunub. Tamaşanın ikinci premyerası
sentyabrın 11-ə planlaşdırılır.
Sentyabrın 19-da sözügedən teatrın kollektivi Ukraynada keçiriləcək
Beynəlxalq Teatr Festivalına yeni tamaşa ilə gedəcək. Tamaşa, həmçinin
sentyabrın sonlarında
Türkiyədə baş
tutacaq “Qaqauz günləri” çərçivəsində
nümayiş olunacaq.
Məlumat üçün bildirək
ki, Moldovanın Qaqauz Yeri Muxtar
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi və Dionis Tanasoğlu adına Qaqauz
Milli Teatrının dəvətinə əsasən
baş tutan rejissor
mübadiləsinin əsas məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin ənənəyə
malik Azərbaycan teatrları arasında
yaradıcılıq əlaqələrinin qurulması və
genişləndirilməsidir.
525-ci qəzet.- 2016.- 3 sentyabr.-
S.12.