“Evin sirləri” ARTIM
Layihə Məkanında
YARAT Müasir İncəsənət
Mərkəzinin ARTIM Layihə
Məkanında Azərbaycan
rəssamlarının “Evin
sirləri” adlı qrup sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə
gənc rəssamlar - Mehriban Şəmsədinskaya,
Zöhrab Salamzadə,
Hətəm Əlizadə
və Qafar Rzayevin əsərləri nümayiş olunub.
Sərgidə nümayiş olunan əsərlərin mövzularının
diapazonu həm sosioloji, həm də ümumi-məişət
xarakterinə malikdir.
Gənc
fırça ustaları
əsərlərində, ailə,
ev, şəxsi
və qeyri-şəxsi
kənar problemlər mövzusunu, həmçinin
insanın evdə olması ilə əlaqəli hər bir məsələni araşdırırlar.
Layihənin başlıca məqsədi,
ölkənin gənc
nəslinin istedadlı
nümayəndələrini incəsənət sahəsində
karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın
gənc rəssamlarına
peşəkar səhnədə
öz əsərlərini
nümayiş etdirmək
üçün müvafiq
şərait yaratmaqdır.
Qeyd edək
ki, sərgi sentyabrın 15-dək davam
edəcək.
525-ci qəzet.- 2016.- 3 sentyabr.- S.12.