İstanbul səhnəsindəki “Müqəvva”
Tanınmış yazıçı-filosof Firuz
Mustafanın “Müqəvva”
pyesi İstanbuldakı
“Oda” teatrında nümayiş olunub.
AZƏRTAC
xəbər verir ki, “Müqəvva”nı Türkiyədə
rejissor Elçin İmanov (El Çino) səhnələşdirib. Baş rolun
ifaçısı Kamalə
Kamaldır. Tamaşanın rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Elçin
Emindir.
Psixoloji monodram kimi qələmə
alınmış əsərdə
coşqun bir həyat yolu keçmiş Qadının
keçirdiyi iztirab və əzablarından söhbət açılır. Vaxtilə bir
neçə dəfə
ailə qursa da öz xoşbəxtliyini
tapa bilməyən bu Qadın yaşadığı
hissləri evindəki
müqəvvaya nağıl
etməli olur. Qadına elə gəlir ki, onu bu
aləmdə canlı
insanlardan daha çox, bu hissiz-duyğusuz müqəvva
daha yaxşı anlaya bilər. Tamaşada satira, qrotesk notları da güclüdür.
Azərbaycan yazıçısının əsəri
tamaşaçılar tərəfindən
böyük rəğbətlə
qarşılanıb. Premyerada bir
çox tanınmış
simalar iştirak edib.
Türkiyə mətbuatı tamaşa barədə ətraflı
informasiyalar dərc edib, radio və televiziya kanalları reportajlar hazırlayıb.
Xatırladaq ki, “Oda” teatrı 1990-cı ildən fəaliyyət
göstərir. Bu sənət
ocağında Kaan Erkam,
Levent Tayman, Niyazi Gezer və Beste Hoşses kimi tanınmış sənətkarlar
çalışır.
525-ci qəzet.- 2016.- 3 sentyabr.- S.12.