Uca ömür

 

 

Onun haqqında yazmağı çoxdan fikirləşirdim. Necə yazacağımla bağlı tərəddüdüm olsa da, yazacağımı ilk gündən bilirdim. Hətta yazının adını da düşünmüşdüm: Uca ömür.

 

Etiraf edim ki, yazını gecikdirdiyimə görə indi sevinirəm. Çünki vaxt keçdikcə onu daha yaxşı tanıyıram. Halbuki, 3-4 il öncə fikirləşirdim ki, bu insana kifayət qədər bələdəm. Axı az, çox, düz altı il onun rəhbərliyi altında işləmişəm. Hər cür vəziyyətdə - gərgin, mürəkkəb, yüksək əhval-ruhiyyədə, işdə, səfərdə, görüşdə, yolda, hətta şəxsi məsələlərlə bağlı məqamlarda onu yaxından müşahidə etmək imkanım olub. Görünür, bu yetərli deyil, insanları tanımaq üçün əlavə zaman gərəymiş. Bəlkə , çox şeyi yazmayacağam, ancaq onunla bağlı bəzi fikirlərimi bölüşməyimin vaxtıdır.

 

Onu oxucuları Hidayət, məmurlar Hidayət Orucov, mən isə daha çox Hidayət müəllim kimi tanıyıram. Əslində, onun barəsində oxucu kimi danışa bilərəm. Amma yazıçı publisist Hidayətin yaradıcılığına oxucudan daha çox ədəbiyyatçı qiymət verməlidir. Mən sadəcə, deyə bilərəm ki, onun publisistikası Azərbaycanda məktəb sayıla biləcək səviyyədədir. Şəxsən mən yazı məmurluq baxımından özümü həmin məktəbin nümayəndəsi sayıram.

 

Əslində mənim üçün önəmli olan, yazmaq bölüşmək istədiyim onun insani keyfiyyətləridir. Mən həyatda ideal insan olmadığını başa düşəcək yaşdayam. Həqiqəti görəcək, yaxşını pisi seçəcək qədər təcrübəm var. Yaltaqlığı isə tanıyanlar bilir, heç bacarmamışam. Üstəlik, bu gün onun tərifə, mənim tərif deməyə ehtiyacım var. Onun şəxsi həyatımda necə rol oynaması, məni necə hara qədər dəstəkləməsi barədə danışmaq istəmirəm. Bunu mən, o, bir göydəki KİŞİ bilir. Amma məncə, onun barəsində bəzi şeyləri hər kəs olmasa da, çoxları bilməlidir. Məsələn, onun kimi dövlətçi millətçi adamı çox az görmüşəm. Onun milli maraqlarımıza toxunulacaq məsələlərdə necə qətiyyətli, barışmaz, amma ehtiyatlı ustufca davranmasına dəfələrlə şahidlik etmişəm. Əmin olmuşam ki, bu insanda dövlət millət məsələsində zərrə qədər güzəşt yoxdur. Onu müxtəlif məsələlərdə, bəlkə , yola gətirmək olardı, amma bu məsələlərdə əsla! Məncə, o, yüzlərlə, minlərlə adamın arasından Azərbaycanın dostunu düşmənini çox dəqiqliklə seçə sezə biləcək tək-tük adamlardan biridir.

 

İşdə çox tələbkar, sərt, hətta zəhmli insan təsiri bağışlayırdı. Bütün məsələlərdə, bəzən mənə elə gəlirdi ki, xırda detallarda belə prinsipiallıq göstərir. Ancaq onun bu sərtliyinin zəhminin arxasında mərhəmət var idi. Çoxları bunu görməyə bilərdi, amma mən onun bəzi qərarlarının ədalətdən yoxsa mərhəmətdən qaynaqlandığını yaxşı sezirdim.

 

Təcrübəli insanlar çox vaxt gənclərlə işləmək istəmirlər. Bunu başa düşmək, lap belələrinə haqq qazandırmaq olar. Çünki təcrübəsi olmayan gənclərin səhv etmək ehtimalı daha çoxdur. Amma Hidayət müəllim gənclərə üstünlük verir, onlarla rahat işləyə bilirdi. Gənclərlə işləmək ona cəlbedici maraqlı gəlirdi. Üstəlik o, yeniliyə həddən ziyadə açıq idi. Çox güman ki, onun gəncliyə yeniliyə münasibəti yaradıcı təfəkküründən irəli gəlir.

 

Mən ədalətli adam anlayışını qəbul etmirəm. Çünki ədalət nisbi anlayışdır. Ancaq vicdan nisbi anlayış deyil. Əgər hər yerdə vicdanının səsinə qulaq asa bilirsənsə, ona əks getmirsənsə, deməli, vicdanlı adamsan. Məncə, vicdanının səsinə qulaq asanlar çoxdur. Amma hər yerdə, istənilən vəziyyətdə vicdanının diqtəsi ilə hərəkət etmək, bax bunu hər kəs bacarmır. Hidayət müəllim tanıdığım insanlar arasında bunu bacaran azsaylı kişilərdəndir.

 

Hidayət müəllimin uca boyu var. Uzaqdan, hamının arasından onu seçmək, tanımaq olur. Onun boyuna həsəd aparanlar da ola bilər. Ancaq o, mənim yaddaşıma uca boyu ilə yox, UCA ÖMRÜ ilə həkk olunub.

 

5 sentyabr onun doğum günüdür.

 

Uca Ömrünüz uzun olsun, Hidayət müəllim!

 

Gündüz KAMİLOĞLU

525-ci qəzet.- 2016.- 3 sentyabr.- S.13.