Zemfira Səfərovanın Üzeyir Hacıbəyli haqqında əsəri Türkiyədə

 

 

Bugünlərdə Ankarada musiqişünas-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Zemfira Səfərovanın "Türk dünyasının Muzik Yıldızı Üzeyir Hacıbəyli" adlı monoqrafiyası çapdan çıxıb.

 

Əsərdə Üzeyir Hacıbəylinin yaradıcılığının nəzəri estetik problemləri araşdırılır.

 

Kitabda bəstəkarın "Leyli Məcnun", "Koroğlu" operaları, "Arşın mal alan" digər operetləri, "Sənsiz" "Sevgili canan" musiqili qəzəlləri, "Azərbaycan xalq musiqisinin əsasları" elmi əsəri S.Urməvinin "Kitabi-ədvari" ilə tutuşdurulub, tədqiq olunur.

 

Kitab Türkiyənin nüfuzlu İLESAM (Elm Ədəbi Əsər Sahibləri Birliyi) təşkilatının təşəbbüsüylə nəşr edilib. Əsəri türk dilinə çevirən Məhəmməd Riza Goçidir. Kitab "Tulpars" yayın evində çap olunub.

 

Z.Səfərovanın "Türk Dünyasının Müzik Yıldızı Üzeyir Hacıbəyli" adlı əsəri Türkiyədə bəstəkar haqqında çıxmış ilk kitab olaraq onun doğum gününə böyük hədiyyə kimi qiymətləndirilə bilər.

 

 

525-ci qəzet.- 2016.- 7 sentyabr.- S.7.