Ölüm yola verir məni

 

Ötüb keçir günüm, ayım,

İlim yola verir məni.

Olur, gəlmir zülm üstündən

Zülüm yola verir məni.

 

Dünyadı da, alışıram,

Gah küsürəm, barışıram.

Bəmdə dinib, danışıram,

Zilim yola verir məni.

 

Dolanıram asta bir az,

Naşı bir az, usta bir az.

Qənd əzmişəm üstdə bir az,

Dilim yola verir məni.

 

Həminəm o məmmədnəsir,

Gözüm görür, ağlım kəsir.

Hələ, hələ bax o həsir,

Kilim yola verir məni.

 

Qamət verib şax saxlayır,

Görür haqqam, haqq saxlayır,

Hələ ki Allah saxlayır,

Ölüm yola verir məni...

 

Torpağın altı yoldumu

Üzmü var bu gün-dirrikdə

Durub Tanrıya gedəsən?

Ola-ola vətənində

 

Qərib Tanrıya gedəsən...

 

Borc bir canı bilə-bilə,

Əridəsən gilə-gilə.

Dörd yanını günah ilə

Sarıb Tanrıya gedəsən...

 

Girəsən bir dam içinə,

Ram olasan, ram, içinə.

Sübh tezdən adam içinə,

Qürub Tanrıya gedəsən...

 

Oldumu canım, oldumu,

Sonun, sonucun gordumu?

Torpağın altı yoldumu

Varıb Tanrıya gedəsən?..

 

Gəzəsən özünü bir ömür boyu

 

Qala əllərində canın bu bəxtin,

ötə yan ala, bəri çıxa.

Ölə bilməyəsən ölmək istəsən,

Yaşamaq istəyin dəbərib çıxa...

 

Gözlərin umduğun yerdən yığıla,

Ümidin ən hündür yerdən yıxıla.

Bir yuxun yol ala uşaqlığına,

Qarşına qonşunun çəpəri çıxa...

 

Sevəsən, təzədən düşəsən tora,

Gəzə ayaqların yolları yora.

Önünə bir daha o qızdan sonra

huri rast gələ, pəri çıxa...

 

Ağrının-acının üstə gedəsən,

Bir az asta gedib, usta gedəsən.

Üz tutub bir sadiq dosta gedəsən,

Onun da bir qəfil səfəri çıxa...

 

Elə Vətən adlı yer ömür boyu,

Qala səndən yana sirr ömür b oyu.

Gəzəsən özünü bir ömür boyu,

öldü, qaldı xəbəri çıxa...

 

qapını

 

İlin, günün bu vaxtında

Kimdi döyən ac qapını?

Bir dəfə xeyrə döyən

Tapılmazmı heç qapını...

 

Bu sirrdi, sirr, naəlac,

Pirmi sandı, pir, naəlac?

Tanımadan bir naəlac

Döyür naəlac qapını...

 

Görmür çətin, dar da çoxdan

Bardaş qurub burda çoxdan.

Dönüb bir ac qurda çoxdan

Kəsib ehtiyac qapını...

 

Hələ neçə döyəsi var,

Doğması var, öyəsi var.

, görsünlər yiyəsi var,

qapını, qapını...   

 

Göydə tutasan...

 

Sözünü bu qədir-qiymətdə, canım,

Adını bu kökdə, soyda tutasan.

Özünü bir ömür bu ucalıqda,

Elə bu qamətdə, boyda tutasan...

 

Keçsən keçəsən başa başınnan,

Paşa ürəyinnən, paşa başınnan.

Sevincin o qədər aşa başınnan,

Qonuma-qonşuya pay da tutasan...

 

Sevəsən, gələsən xoşuna hərdən,

Dönüb, dolanasan başına hərdən.

Baxmayıb gözünün yaşına hərdən

Özünə divan da, toy da tutasan...

 

Beləmi fərqliymiş həyat şəhərdə,

Üzü bər-bəzəkli boyat şəhərdə...

İtirib özünü bu yad şəhərdə

Gedəsən dos-doğma köydə tutasan...

 

İçinin bəhrəsin, barın dərəsən,

Beş-on kitab ola vərin-vərəsən.

Kimləri qoruyur kimdən görəsən,

Kiminçün bu qanun, qayda, tutasan...

 

Bir şey ki gözünə təpilir yalan,

Bir şey ki boşuna tapdanır palan.

Hələ çalır ki bu zurnaçalan,

Durub bu zurnaya züy tutasan...

 

deyim fələyi...Deyə bilmədim,

Boş durmur ələyi, deyə bilmədim.

Nəyi dedim, nəyi deyə bilmədim-

Gərək arif olub göydə tutasan...

 

Yerində dayanıb, dururmu dünya

Yerində dayanıb, dururmu dünya,

Sən niyə dayanıb, niyə durasan?..

Bir gün olmaya sənin bu dünya,

 

Sən ona bir ömür yiyə durasan...

 

Vaxt, zaman dayana qəsdinə, gələ,

Baxmaya boyuna, şəstinə, gələ.

Dərdlər qoşun çəkib üstünə gələ,

Cibində bir paslı tiyə durasan...

 

Bişəsən odunun, közünün üstdə,

Tutasan özünü gözünün üstdə.

Söz vermisən deyə, sözünün üstdə

Dönəsən bir quru bəyə, durasan...

 

Yüz suçun ola, bir bağış düşməyə,

Üzünə bir qutsal baxış düşməyə.

Başına bir damcı yağış düşməyə,

Ha açıb əlini göyə durasan...

 

Xəzana çevrilə gülün deyilən,

Lap ərşə dayana zülüm deyilən.

Ayrılıq deyilən-ölüm deyilən

Bir sabah qapını döyə, durasan...

 

Axırı qan aparacaq

 

Oturduqca batman gələn

Ağırı qan aparacaq.

Solunu qan aparacaq,

Sağını qan aparacaq...

 

Bir fayda var can deməkdə,

Sözü candan deməkdə.

Zalımı qan-qan deməkdə,

Fağırı qan aparacaq...

 

Hara varmış naxırçısı,

Qana varmış naxırçısı.

Canavarmış naxırçısı,

Naxırı qan aparacaq...

 

Bu hesab, bu cəbr,

Dostum kəfən, dostum qəbir?

Ha gözlə daşacaq səbir,

Yağını qan aparacaq...

 

Ha duy, anla, qan bu sonu,

Ha gördükcə yan bu sonu.

Qan yuyacaq, qan, bu sonu,

Axırı qan aparacaq...

 

Sonunda ayrılıq var...

 

Xəbərin yox özündən,

Yanında ayrılıq var.

Həsrət yağır gözündən,

Canında ayrılıq var...

 

varsa, qiymətini

Anlamaqdı çətini.

Sözünün, söhbətinin

Tonunda ayrılıq var...

 

Kimi dəlin yapacaq,

Kimi ərin yapacaq.

Səni gəlin yapacaq

Donunda ayrılıq var...

 

Ən ağır yükdü ömür,

Yaman tünlükdü ömür.

Beş-on günlükdü ömür,

Onunda ayrılıq var...

 

Tez ölmək son deyil,

Gec ölmək son deyil.

Heç, ölmək son deyil,

Sonunda ayrılıq var...

 

Özü gedir, yeri qalır adamın

 

Heç bitmir ki, bu boşda, bu fanidə,

Yenə dərdi-səri qalır adamın.

Qoysalar da bir üzünü torpağa,

Bir üzü bəri qalır adamın.

 

Yollarında boran olur, qar olur,

Gün başına, ay başına dar olur.

Gör boyda aşkar olur, car olur,

boyda da sirri qalır adamın...

 

Dağa dönür, zirvəsində çiskini,

Əskik olmur duman günü, sis günü.

Dostları var yaxşı günün, pis günün,

Biri gedir, biri qalır adamın...

 

Koru elə kor kimi can verir,

Buna bir bax, gör kim idi...can verir.

Göz önündə son ümidi can verir,

Görən nəyi diri qalır adamın?..

 

Lap olsa da ocaq belə, pir belə,

Bəzənməz ki, düzənməz ki, bir belə.

Bildim nədən sevilirmiş yer belə;

Özü gedir, yeri qalır adamın...

 

Düşmüşəm

 

Dünya, bir vaxt xoş xəbərin olmuşam,

Bir vaxt sənin xoş vaxtına düşmüşəm.

Doğulmuşam, baş xəbərin olmuşam,

Lap yuxarı, baş vaxtına düşmüşəm...

 

Üç bacıya qardaş olub bir bir,

Gəzməmişəm ürəkdə bir, dildə bir.

Orucunu qarşılayıb ildə bir,

Namazının beş vaxtına düşmüşəm...

 

Göylərində qanad çalan quşam mən,

Öz könlümə ağam mənəm, paşam mən.

Sorma nədən faniyəm mən, boşam mən,

Yaradanın boş vaxtına düşmüşəm ...

 

Sayıb adam, bəndə, məni sevərdin,

Lap salardın bəndə məni, sevərdin.

Bilirəm ki, sən məni sevərdin,

Ürəyinin daş vaxtına düşmüşəm...

 

 

Kəmaləddin QƏDİM

 

525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.22.