“Azərbaycan”
qəzetində parlament
hesabatları və şərhlər
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi qarşısında
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın əlifbasına
çevirəni, ön
sözün müəllifi,
lüğətin tərtibçisi:
Şirməmməd Hüseynov
Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
I cild (noyabr 1918 - aprel 1920)
(Əvvəli ötən şənbə sayımızda)
Azərbaycan Məclisi-Məbusanında (keçən nömrədən
mabədi)
Sultan Məcid Qənizadə (“İttihad”) - Əfəndiyev
cənablarının nitqinin
son qisminə iştirak
edərək diyor ki:
Əlbəttə parlaman qəsdən ədalətsizlik buraxa bilməz. Lakin bununla belə
səhv həmişə
mümkündür. Ona görə
bən təklif edərdim parlaman Şəki qəzasına
yer versin. Əlavə Bakı qəzasının
parlamanda əsla nümayəndəligi yoxdur.
Hərçənd natiqlərdən birisi diyor ki,
biz ümum əhali və ümum qəzaları təmsil ediyoruz. Amma qəzaların parlamana
nümayəndə seçmələrinin
də böyük əhəmiyyəti var.
Məhəmməd Əmin Rəsulzadə -
(“Müsavat”) Bən bir parlaman üzvü
və parlaman təşkil edən sabiq Milli Şuranın
sədri sifətilə
etibarnamə komisyonunun
nöqteyi-nəzərinin doğru
olduğu barəsində
bir qədər izahat verməliyəm. Deyirlər Bakı
qəzasında 70 min nüfus
var. Əgər Bakı
qorodonaçalstvası çıxılsa
Bakı qəzasında
15 mindən ziyadə nüfus yoxdur. Məbusluq həqqini 58 min səs götürdükdə əlbəttə
ki, 15 min nüfusa yer verilmədikdə böyük xəta işlənməmiş oluyor.
Digər
tərəfdən Bakı
həmişə qəza
ilə çox yaxın əlaqədədir.
Binaənileyh Bakı mili
komitəsi qəzayı
də təmsil edə bilər. Bilxassə ki, diqqət edilərsə görülər
ki, burada əyləşən məbusların
bir çoxu o köydən, bu köydəndir.
Məsəla: hazırkı məbuslardan
birisi Məştəğalı,
digəri Şağanlı,
o birisi Novxanılıdır.
Bu nöqteyi-nəzərdən
qəza nümayəndəsiz
degildir. Əlbəttə, bən demiyoram parlamanın qanunu nöqsansızdır. Bu qanunu verənlər mütləq sərih qanun verdiklərini iddia etmiyorlar. Parlaman ümumi seçki əsasilə seçilməmişdir.
Onun bir çox nöqsanı ola bilər.
Ancaq nəzərə almalıdır
ki, bu parlaman
əsl Məclisi-Məbusan
olmayıb onun bədəli və müvəqqəti bir müəssisəsidir. Fəqət Məclisi-Müəssisan
dəvətinədək müvəqqəti
olmaqla bərabər bu parlaman məmləkətin
ən səlahiyyətdar
bir müəssisəsidir.
Ona görədir ki, biz parlaman qanununu tənqid edərkən ədalətdən ya ədalətsizlikdən degil,
bu nöqteyi-nəzərdən
baxmalıdır ki, qaldırılan məsələ
məqsədə müvafiqmidir,
degilmidir. Bu gün parlaman məsələsi yalnız
Bakı, ya Şəki qəzasilə
həll olunsaydı bəlkə də müvafiq görülərdi.
Fəqət bizə məlumdur
ki, Gəncə qəzası da naməmnundur, Ağdaş
dəxi nümayəndəliginin
artırılmasını tələb
ediyor.
Bu gün biz Bakı,
ya Şəki qəzasının istəginə
əməl edərsək
əlbəttə, sairlərinin
də tələbini qəbula məcbur olarız. Heç kəsə demək
olmaz ki, Bakının, Şəkinin
tələbinə əməl
ediyoruz, sizinkinə yox. Əgər desəniz ki, bu iki qəza
müstəsna tutulsun,
o vəqt sair qəzalar da tələb edərlər,
deyə bilməzsiniz ki, Bakı və
Şəkiyə istisna
olur, amma sizə ola
bilməz. Bu surətlə
hamının tələbinə
əməl etmək lazım gələr, o halda qanun həftədən
həftəyə dəyişərək
qanunluqdan çıxar,
Məclisi-Məbusanda bir
mitinq şəkli alar. Buna görədir
ki, biz Məclisi-Məbusanın
kökünü laxlatmağa
heç vəqt razı olmamalıyız.
Bəlkə Şəki həqqində
ədalətsizlik olmuşdur
da lakin bütün məmləkətə
nisbəttə Şəki
bir cüzvüdür.
Cüzvün mənafeyi naminə
küllün mənafeyini
pozmaq olmaz. Həmişə cüzv küllə
fəda edilir. Binaənileyh
Şəki həqqində
bir ədalətsizlik olmuş isə belə bütün məmləkət xeyri üçün qanuna tabe olmalıdır ki, parlamanın nüfuz və heysiyyəti rəxnələnməsin.
(Alqış).
Abdulla bəy - Təklif
ediyor ki, məsələ komissiyaya
veril-sin, o halda sübut edər ki, Bakı ilə
Şəkidən başqa
heç qəza həqqində ədalətsizlik
olmamışdır.
Sultan Məcid Qənizadə - Bən zənn ediyorum ki, parlaman
qanunu dəgişsə
nüfuzu azalmaz. Biləks nöqsanı düzəltməlidir.
Rüstəmbəyli Şəfi bəy - Etibarnamə komisyonu bu məsələyi müzakirə edərkən
bu ya o qəzanın
həqqi nöqteyi-nəzərindən
degil, ancaq əsası nöqteyi-nəzərindən
yaklaşmışdır. Komisyonun zənnincə
məbusun miqdarını
təyin edən qanunu pozmaq olmaz.
Bu qanun, rəqəmləri
degil, idareyi-mülkiyyə
vahidlərini nəzərə
almışdır. İştə bu nöqteyi-nəzərdəndir
ki, etibarnamə komisyonu qəza ya cəmiyyətlərin qərarını rədd
ediyor.
Sədr məsələyi iki qismə ayrıyor, əvvəla ukraynalılara
yer vermək məsələsini səsə
qoyur, əksəriyyəti-ara
ilə yer verilməsi qəbul olunur.
İkinci:
parlaman məbuslarının
miqdarını artırmaq
məsələsini səsə
qoyur. İttifaqi-ara ilə təklif
rədd olunur. (Axırı var).
Ermənilər Azərbaycan hökumət
və parlamanında
Bakı erməni milli komitəsi Rəisi-Vükəla
həzrətlərinə bir
məktub yazaraq ermənilərin Azərbaycan
hökumət və parlamanına daxil olmaq istədiklərini bildirmişdir.
“Azərbaycan”, 31 yanvar 1919,
¹102
Azərbaycan Məclisi-Məbusanında “İttihad” rəisinin sorğusu
Bundan sonra “İttihad” firqəsi rəisi tərəfindən hökumətə
xitabən verilmiş olan bu sorğuyu
katib oxuyur:
1- Qara və ağ neft alış-verişinin ümumqafqasiya
əhalisi üçün
müzurr bir şəkil aldığı,
məmləkətin bu
mühüm sərvətinin
möhtəkirlər və
avanturislər əlində
əhaliyi soymaq üçün alət olub dövlətə möhtəkirlərin qazanclarına
nisbətən cüzi
bir mənfəət verdigi hökumətə məlumdurmu, məlum isə bu yolda
hökumətin fikri nə mərkəzdədir?
2- Əskər naminə ucuz fiyatla, yaxud
parasız əhalidən
toplan-mış olan zəxirə həqqində
məmurların icra etdikləri suyi-istemal hökumətə məlumdurmu,
məlum isə bu xüsusda hökumət nə kibi tədbirlər ittixaz etmişdir və müqəssirlər
həqqində nə kibi iqdamatda bulunulmaqdadır.
3- Hacı Zeynalabdin Tağıyevin fabrikasından
hökumətin icazəsilə
əhali naminə buraxılan malların möhtəkirlər tərəfindən
yüksək qiymətə
satıldığı, bu
münasibətlə ehtikarə
və suyi-istemalə geniş meydan açıldığı, bez
və ağın arşınının füqərayə
15-17 manata mal olduğu,
bir çox hökumət ətrafında
dolaşan adamların
bu suyi-istemalda iştirak etdikləri hökumətə məlumdurmu,
məlum isə bu yolda nə
kibi tədbirlər ittixaz edilmiş və müqəssirlər
həqqində nə kibi təşəbbüsatda
bulunulmuşdur.
“İttihad” firqəsi rəisi Doktor Qara bəy Qarabəyli
Qarabəyli Qara bəy - Uzun bir nitq ilə sorğuyu müafiə edərək diyor ki:
Bizim nöqsanımız yalnız bu degil, çox nöqsanlarımız var. Fəqət bu üç məsələ həyatımızda qayət mühüm məsələlərdir. Azərbaycan ən zəngin məmləkətlərdən birisidir. Sərvətimizin də mühümi neftdir ki, bütün cahan ona möhtacdır. Fəqət bu sərvətlə bərabər qonşumuz olan məmləkətlər Azərbaycandan çox ucuzluqdur. Neft ticarət və ixracının məni həqqində çox qanunlar var. Fəqət bəzi xoşbəxtlər bilmiyorum nüfuzlarınamı, qovumluğamı, ya xüsusi hima-yəyə görə lazım olan icazənaməyi alır və alış-verişlərini ediyorlar. Bizim ayrı-ayrı şəxslər ilə işimiz yoxdur. Ancaq qaidənin pis götürüldigini göstərmək istiyoruz. Neft icazənaməsi ələni surətdə bazarda satılıyor. (Mərkəzdən və soldan: doğrudur, doğrudur). Ona görədir ki, neftin pudu 10 manat olduğu halda Bakının özündə 20, Gəncədə isə 120 manata satılıyor. Həm də bu qədər qazanclar bir neçə möhtəkirin cibinə girərək barı hökumət və millət xəzinəsinə bir mənfəət dolmur. Bu gün hər kəs istiyor gedək birjadan bən ona neçə vaqon neft icazəsi istəsə alım.
İkinci mühüm məsələ Tağıyev fabrikasından buraxılan bez məsələsidir. Məmləkətimizdə özümüzə məxsus fabrikamız mövcuddur və bezin arşınını 5 manata buraxmaqda ikən fəqir əhali aylar ilə fabrikanın və nəzarətin qapısında dayanaraq əliboş qayıdıyor. Amma bəzi məsudlar burada da işlərini düzəldə biliyorlar. Bəzi adamlar fabrikadan bez buraxılması üçün tezcə icazənamə alır və bez əlinə çatan kibi fabrikanın qapısındaca arşını 12 manatdan satıyor. Onu alan da aparıb yəqin ki, 15-17 manata satır. Bu surətlə heç ehtiyacı olmayan bez alır mənfəətinə satıyor. Amma möhtac olan fəqir əhali icazənamə ala bilməyib bazardan 15-17 manata almağa məcbur oluyor. Ona görədir ki, fəqir cəmaət ac, çılpaq qalıb içlərində yatalaq xəstəligindən qırılıyor. Bu gün biz bunun qabağını almazsaq, bu hərəkətlərə sədd çəkməzsək vətənin böyük xaini və xəstəlikdən qırılanların qanına məsul olacağız. Bu məsələyi tezlik ilə bir qaidəyə salmalıdır. Hərçənd biz böylə məsələlərdə mütəxəssis degiliz. Amma yenə bəzi çarələr göstərməgi lazım biliyoruz. Məsələn, hökumət bütün neft alış-verişini əlinə alıb hasil olan nefti tamamilə alaraq sonra müntəzəm mübadileyi-əmval təyin edə bilər ki, bu da şübhəsiz ümum malların ucuzlaşmasına səbəb olar. Yaxud hökumət neft alış-verişini azad elan edərək hamıya izin versin və bu surətlə rəqabət çıxarsın. Bu dəxi əlbəttə malların ucuzlaşmasına bais olar. Biz bunu mütəxəssis kibi demiyoruz və təklif ediyoruz ki, hökumət parlamanın iştirakı ilə və mütəxəssislər dəvət edərək bu işləri bir yaxşı nizamə salsın.
Sorğumuzun üçüncü maddəsi buğda məsələsidir. Hamınıza məlumdur ki, türklər burada olan zaman qoşun ehtiyacı üçün fəqir kəndlilərdən xüms, zəkat və üşr adı ilə külli miqdarda buğda yığmışdı. Aldığımız məlumata görə buğda işlərində də böyük suyi-istemallar oluyor.
Hökumət məmurları da suyi-istemalda iştirak ediyorlar. Məsələn, Quba uyezdində cəmaətdən külli miqdarda buğda yığılıb hələ pulu da verilməmişdir. Haman buğda tələf edilmişdir. Hökumət məmurlarının iştirakı ilə bir neçə adam Qazax uyezdində daha da bədtərdir. Orada öylə böyük həngamələr olur ki, heç inanmazsınız. Eşitdigimizə görə orada hökumət məmurlarından ibarət dəstələr əmələ gəlmişdir ki, Azərbaycandan özgə məmləkətlərə neft və sair qadağan edilmiş şeylər aparıyorlar. Gəncə polismeysteri özü yazıyor ki, onun məmurlarının əksəri suyi-istemal ediyorlar. Hökumət və parlaman cəmaət nəzərində nüfuzlarını saxlamaq və yüksəltmək üçün tədbirlər görməlidirlər. Hökumət məmurları özləri qanuni pozduqda və suyi-istemala yer verdikdə dəxi cəmaətdən nə tələb etmək olar. Burası hərc-mərc başlanğıcıdır. Və hökumət buna bir sədd çəkməlidir.
Sədr - Sorğuyu səsə qoyur. Sorğu təcili olaraq qəbul ediliyor.
İctimaiyyun-inqilabiyyun komitəsi təklifi
Bundan sonra katib Bakı ictimaiyyun-inqilabiyyun komitəsi tərəfindən göndərilmiş olan bu məktubu oxuyur.
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2016.- 10 sentyabr.-
S.21.