90 yaşın
işığında
Onun alın
qırışları sətirbəsətir
oxunan ömür yoludur. Gözlərinə diqqətlə
baxanda döyüş
səhnələrini, mərmi
partlayışlarını, can verən dostlarının
son anlarını aydınca
görmək olar.
Titrəyən, şair demiş,
"külüng tutan,
kösöy tutan, silah tutan" tunc rəngli dəmir əllərində
vətənimizin xəritəsinə
bənzəyən damarlar
100-ü haqlamağa çalışan
bir insan, bir döyüşçü
ömründən soraq
verir...
Bu sətirləri düz iki il bundan öncə yazmışdım. Və əlbəttə
ki, adətim üzrə hər bayramda, hər doğum günündə
onu təbrik etməyi, gözünü,
könlünü sevindirməyi
özümə borc bilirdim. Sözün düzü, bilirdim
ki, yaşı səksəni keçib və onu təbrik
edərkən heç
yaşını deməzdim,
sadəcə təbrik
edib uzun ömür arzulayardım.
Elə bu il də zəng
edib təbrik etmək, həm də bayramlaşmaq istəyirdim. Dedilər ki, Müseyib
müəllimi yubileyi
ilə əlaqədar
olaraq Daxili İşlər Nazirliyinə
çağırıblar.
O,
90-nı hamı kimi haqlamayıb. Azərbaycan Respublikasının
daxili işlər naziri general-polkovnik Ramil Usubovun təbirincə desək, mənalı həyatının 40 ilə
yaxın dövrünü
daxili işlər orqanlarına həsr edərək şərəfli
bir yol keçib,
Vətənə və
xalqa sədaqətlə
xidmət edib, rəhbər vəzifələrdə
işləyərkən səmərəli
fəaliyyəti, böyük
idarəçilik və
təşkilatçılıq bacarığı, işgüzarlığı,
yüksək intellektual
səviyyəsi, iradi və mənəvi keyfiyyətləri ilə seçilməyi bacarıb.
Bu gün də ölkə mətbuatını
diqqətlə izləyən,
ictimaiyyət arasında
dövlətçiliyimizin dayaqlarının möhkəmlənməsində
canını fəda edən, ayıq-sayıq xidməti ilə cinayətkarlığa qarşı
ciddi mübarizə aparan hüquq-mühafizə
orqanlarının, o cümlədən,
Azərbaycan Polisinin ictimai nüfuzunun yüksəlməsi üçün
bir polis veteranı kimi üzərinə düşən vəzifəni
həm də bir vətəndaş yanğısıyla icra edən Müseyib İlyasov böyük həyat enerjisi ilə sıralarımızdadır.
Polis veteranı Müseyib
İlyasovun ömür
yolu bir məktəbdir. Tanıyanlar, bilənlər bu
gün də onun açılmayan cinayətlərin üstünü
isti izlərlə açmaq bacarığından,
əməliyyat şəraitini
təhlil etməsindən,
idarəçilik mexanizmini
təkmilləşdirməsindən sevə-sevə danışırlar.
O, Azərbaycan gəncliyini sevir, əldə etdiyi uğurlara sevinir. Bu gün
daxili işlər orqanlarında yaradılan şəraitdən, maddi-texniki
təminatın yüksək
səviyyədə olmasından
qürur hissi duyur. Deyir ki, xidmət
etmək üçün
hər cür şərait yaradılıb,
yetər ki, verilən tapşırıqları
ürəklə və
vicdanla yerinə yetirəsən.
Onu daxili işlər orqanlarında
gənclərlə keçirilən
görüşlərin əksəriyyətində
görmək mümkündür.
Ötən illər
ərzində Müseyib
İlyasovun yüzlərlə
əməkdaşın yetişməsində
əməyi var və təqaüdə çıxdıqdan sonra da şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsində
və peşəkarlığının
artırılmasında yaxından
iştirak edib, yoruldum deməyib, bu gün də
eyni amalla Vətəninə xidmət
edir.
Yubileyi münasibətilə DİN-də
keçirilən görüşdə
də onun müstəqillik illərində
xalqımızın ümummilli
lideri Heydər Əliyev tərəfindən
həyata keçirilən
və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən siyasi xətti dəstəkləməsi,
elə yaşının
bu çağında
polis veteranı kimi ölkəmizin, daxili işlər orqanlarının ictimai həyatında inamla və ürəklə fəal iştirak etməsi, zəngin təcrübəsini gənclərlə
bölüşməsi vətənpərvərliyin
və dövlətçiliyə
sadiqliyin bariz nümunəsi olduğu xüsusi vurğulanıb.
Hamı
kimi o da illəri
geridə qoyduqca ömür kitabını
tez-tez vərəqləyir.
Şirinli-acılı xatirələrə dalır, duyğulanır,
kövrəlir. "Keçən günlərimi
qaytaraydılar" deyib
heyfslənmir. Çünki bu illər ərzində
onun ən böyük qazancı insanların polisə olan inamı, polisə olan etimadıdır.
Elə, obaya, torpağa bağlı bir insan ömrünün
işığına üz
tutduqca görürsən
ki, əslində tale,
ömür dediyimiz elə insanın özüdür. "Uzun,
incə bir yola" çıxanlar yaxşı bilir ki, dünyanın bir adı da
yoldur. Ömür adlı yol hamını özünə
yoldaş eləmir və yıxılmağı
dərd eləyənlərdən
heç zaman qəhrəman çıxmayıb.
Və sözün əsl mənasında dəyərli
veteranımız 90 yaşlı
Müseyib İlyasov öz xidməti, andına sadiqliyi, Vətənə sədaqəti
ilə təkcə daxili işlər orqanları tarixində deyil, həm də Vətən tarixində əbədi iz qoymağı bacarıb.
Kiçik bir xatırlatma:
Müseyib İlyasov
1926-cı ildə Qubada
doğulub. 1944-cü ildə
hərbi xidmətə
çağırılaraq Don cəbhəsində 191-ci ehtiyat alayının tərkibində xidmətə
başlayıb. Müharibə başa çatandan sonra hərbi xidməti Sərhəd Qoşunlarında keçib.
1945-ci ilin may-oktyabr aylarında Kiçik Komandirlər Məktəbində təhsil
alıb. 1950-ci ildə ordu sıralarından tərxis
olunub. 1951-1955-ci illərdə Dövlət
Təhlükəsizliyi Komitəsinin
Xaçmaz şöbəsində
əməliyyat işində
xidmətini davam etdirib və taleyini milislə bağlayıb. Moskvada Ali Milis
Məktəbini bitirib.
Bir çox şəhər və rayonlarda rəis vəzifəsində
qüsursuz xidmət edib. 1975-ci ilin
yanvarında Daxili İşlər Nazirliyinin
Mərkəzi Aparatına
təyinat alıb.
Əvvəlcə qərargah rəisinin
müavini və
1978-1988-ci illərdə qərargah
rəisi və nazir müavini vəzifələrində çalışıb.
1990-cı ilin fevral ayında milis polkovniki rütbəsində təqaüdə
çıxıb.
Hafiz
TƏMİROV
polis mayoru
525-ci qəzet.- 15 sentyabr.- S.4.