“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
I cild
(noyabr 1918 - aprel 1920)
(Əvvəli
ötən şənbə sayımızda)
Azərbaycan
Məclisi-Məbusanı rəisinə
Parlaman təşkili qanuna görə məbuslar milliyyət
əsasilə seçiliyorlar. Bizim firqəmiz beynəlmiləl
olduğuna görə milliyyət əsasilə məbus
keçirmək imkanımız yoxdur. Ancaq
firqə tərəfindən nümayəndə verə bilərik.
Bütün millətlərin zəhmətkeş siniflərini
təmsil edən icti-maiyyun-inqilabiyyun firqəsi kəndli və
fəhlələrin hüququnu hətta təşəkkül
əsası bütün düzgün olmayan müəssisələrdə
də müdafiə etməgi özünə borc bilir.
Bakı və
Gəncə quberniyalarında bizim firqəmizin Məclisi-Müəssisan
seçkilərində aldığı səsləri Azərbaycan
Məclisi-Məbusanında bizə beş
yer həqqi veriyor.
Bununla bəyan
ediyoruq ki, ictimaiyyun-inqilabiyyun firqəsi Azərbaycan
parlamanına iştirak etməgi təhti-qərarə
almış və qanuni həqqi olan beş
yerin firqəyə verilməsini təkid ediyor.
Bizim bu bəyannaməmizi cənab sədr təvəqqe
edirik parlamanın iclasına təklif edəsiniz.
Zaqafqasiya
ictimaiyyun-inqilabiyyun komitəsinin Bakı mürəxxəsləri:
Dimitr Sərxalov
Sakko
Saakyan
İctimaiyyun-inqilabiyyun
firqəsi Bakı komitəsi sədri: Xristofor Yevanqulov
Əvəzi
katib: L.Umanski
Rüstəmbəyli Şəfi bəy (Müsavat) - Həmişə
parlamanda birgə işləmək üçün
bütün millətlərin parlamanda bulunmaları tərəfdarı
olduqlarını qeydlə təklif ediyor ki, ictimaiyyun-inqilabiyyun
firqəsi təklif əsası etibarilə qəbul edilməklə
milli komitələr hesabına onlara yer verilməsinə
razı olaraq yerlərin miqdarını təmin etmək
üçün məsələnin etibarnamə komisyonuna
verilməsini təklif ediyor.
Qardaşov - Əhrar fraksiyası tərəfindən məzkur
firqənin müracirətini təbriklə bərabər diyor
ki, bu təklif qəbul ediləməz. Çünki
azlıqda qalan millətlərin yerləri milli-şuralara
verilmişdir. Bu gün o yerlər firqələrə
verilərsə yarın yer sahibi gəldikdə ixtilaf
çıxar.
Əhməd
Cövdət (Sosialistlər ittifaqından) - Həmişə
siyasi firqələr və azlıqda qalan millətlərin
parlamanda bulunmalarını arzu etdiklərini və öz firqələrinin
daima sosialist firqələrini parlamanda iştirakə tərcih
və təşviqə çalışdıqlarını
qeydlə təklif ediyor ki, ictimaiyyun-inqilabiyyun firqəsinə
Rusiya Məclisi-Müəssisanı seçkisində
almış olduğu səslərə nisbətən malik
olduğu həqqə görə yer verilsin.
Ağa Aşurov - Təklif ediyoram ki, bu müraciətə
rədd cavabı verilsin, çünki gəlmək istəyənlər
özlərini başqa bir hökumət üzvü hesab
ediyorlar. (Məhəmməd Əmin yerindən - şimdi o
hökuməti ləğv etmişlərdir). Bir də əgər onlar beynəlmiləl bir
sosialist firqəsi kibi gəlmək istiyorsalar parlamanda sosialist
fraksiyonu var. Bir millət kibi gəliyorsalar milli şuralar vasitəsilə
gəlsinlər. Lakin milli şuraların
yerlərini onlara verməgi bən qeyri-mümkün ədd
ediyorum.
Qarayev
(Hümmət) - Ağa Aşurov cənablarının
sosialistlərin parlamana gəlməsinə razı olmaması
təbiidir. Yoldaşımız Əhməd bəy
dedigi kibi sosialistlər milli şuralara daxil degildir-lər.
Hətta bən deyirəm ki, rus milli komitəsi
“Yedinaya Rossiya” qəzetəsinin müdir və mühərrirlərindən
ibarət olub da, həmişə yatıb yuxusunda böyük
Rusiya görənlərdir. Onlar Azərbaycan
parlamanına gəlməzlər. Ona
görədir ki, biz var qüvvəmizlə
ictimaiyyun-inqilabiyyun firqəsinin parlamana daxil olmaq hüququnu
müdafiə edəcəgiz.
Rəsulzadə Məhəmməd Əmin - Məlum ki,
ümum cərəyanlar, millətlər və firqələr
parlamanda iştirak etsinlər. Lakin biz o nikbinlərdən
degilik ki, deyək hamı bir dərəcədə bizimlə
bərabər Azərbaycan istiqlalını və Azərbaycan
amalını müdafiə edəcəkdir. Yenə də biz nikbinlik etmiyoruz.
Fəqət istərdik ki, fəaliyyətimizi tənqid,
hərəkətlərimizə etiraz edənlər parlaman
xaricində olmuyub, parlaman kürsüsündə tənqid
etsinlər və buradaca cavablarını alsınlar. İctimaiyyun-inqilabiyyun
firqəsinin parlamana daxil olması barəsində burada bəzi
mülahizələr bəyan ediyorlar. Biz milli şuralara
yer verdikdə haman şuraların siyasi
firqələrdən mütəşəkkil olduğunu təsəvvür
ediyorduq. Biz milli şuraların əhəmiyyətini
təşəkkül etdikləri siyasi firqələr və
Rusiya Məclisi-Müəssisanı seçkisində
onların almış olduqları səsin miqdarilə
ölçə biləriz. Burada Əhməd
bəy və Qarayev ictimaiyyun firqəsinin parlamana gəlmək
istəməsini öz təşəbbüslərinin nəticəsi
kibi isnad verdilər. Fəqət bizcə
bu işə anlı idraklı türk demokratiyasının təsiri
daha böyük olmuşdur. Türk
demok-ratiyası öz hüququnu, öz istiqlalını var
qüvvəsilə müdafiə edəcəgini
aydın-aşkar elan etdi və bu gün bu müvəffəqiyyət
demokratiya-nın böylə qəti hərəkəti nəticəsidir.
(Alqış). İdraklı
türk demok-ratiyasının səsi sair firqələri də
parlamana gəlib bizimlə müttəhidən
çalışmaya vadar edəcəkdir. (Alqış).
Bən yenə təkrar ediyorum əqəliyyət
təşkil edən millətlərin milli şuralarına yer
verildikdə seçki vəqti siyahı
çıxarmış və səs almış olan firqələrə
yer veriliyordu, o cümlədən, ictimaiyyun-inqilabiyyun,
ictimaiyyun-amiyyun, kadet və daşnaksütun firqələri də
siyahı çıxarmışlar. İctimaiyyun-inqilabiyyun
firqəsi siyahı çıxarmış, müəyyən
miqdarda səs almış və bu surətlə bir qism əhaliyi
təmsil ediyor. Madam ki, bu firqə
milli şuralar vasitəsilə gəlmək istəmiyor, biz
borcluyuz onların həqqi olan yerləri özlərinə verək,
hətta gələcəkdə sair firqələr də
parlamana daxil olmaq istəsələr onlara yer verək.
S.M.Qənizadə
- Qarayev diyor ki, rus milli şurası vahid Rusiya xəyalındadır
və bizim yanımıza gəlməzlər. Görünür
ki, sosialistlər bizim istiqlalımızı qəbul ediyorlar.
Sosialistlərin cümhuriyyət tərəfdarı
olduqlarına biz inanıyoruz. Bəlkə
gələcəkdə sair firqələr də bu nöqteyi-nəzəri
qəbulla parlamana gəlmək istəyəcəklərdir.
Əlbəttə böylə isə biz
onların həpsinə yer verməliyiz.
Əhməd Cövdət - Əsl məram məsələsində
fəhlə və əkinçi, yəni ümum zəhmətkeşlər
məsələsində onların bizimlə bir
olacaqları-na bən Sultan Məcid əfəndiyə söz
verə bilərəm. Taktika məsələsində isə əlbəttə
onlar bizdən ayrı da gedə bilərlər.
“Müsavat”ın
təklifi
Hacıbababəyov
- Müsavat tərəfindən böylə bir təklif
ediyor:
Sosialist-revolyusioner
partiyasının Bakı komitəsi tərəfindən Azərbaycan
Məclisi-Məbusanına daxil olmaq həqqindəki
istidasını müzakirə edərək və:
1- Azərbaycan
Şurayi-Millisi əqəliyyət milli komitələrinə
nümayəndəlik həqqi verərkən bütün firqələrin
bu komitələrə daxil olduğunu dəxi təsəvvür
elədigi;
2-
İctimaiyyun-inqilabiyyun milli komitələr zəminində
malik olduqları həqdən istifadə etmək istəmiyib və
bunlar vasitəsilə Məclisi-Məbusana vəkil göndərməkdən
imtina elədiklərini;
3- Məclisi-Müəssisan
intixablarından görüldügü vəchlə bu firqə
az da olsa əhalidən bir qisminin və ələlümdə
müsəlman olmayan qisminin rəyini almış olduğunu nəzərə
alaraq Məclisi-Məbusan yuxarıdakı istidadan
çıxan xüsusiyyətlərə ələlümum rəayət
edərək qərar veriyor ki, Məclisi-Müəssisan
seçkilərində siyahısı olub da Azərbaycan
daxilində rəy almış olan və milli komitələr
vasitəsilə nümayəndə göndərmək istəməyən
firqələrə, aldıqları rəylər nisbətində
yer verilib, bu yerlər dəxi - müsəlman
siyahılarından məbusanə girməmiş bir firqə
siyahısı olmadığından - yalnız əqəliyyət
milli komitələrinə verilən yerlərin hesabına
çıxılsın.
İstənilən yerin miqdarı həqqində isə
Məclisi-Məbusan etibarnamə komisyonunun tədqiqi və bu
xüsusda gələn məclisi ümumiyə verəcəgi
məruzəsi üzərinə qərar veriləcəkdir.
Sosialistlər
fraksiyonunun sorğuları
Axırda sosialistlər fraksiyonu Tağıyev
fabrikasında çalışan 10 müsəlman fəhləsinin
qovulması həqqində məsai nazirinə xitabən və
Ermənistan Cümhuriyyətilə bu vəqtədək siyasi
əlaqə peyda və diplomasi nümayəndələr təyin
edilməməsi həqqində xariciyyə nazirinə xitabən
birər sorğu veriyor.
Fəqət məclisdə kvorum olmadığından
iclas qapanıyor.
“Azərbaycan”,
2 fevral 1919, ¹103
Məsud
- xoşbəxt
Üşr
- onda bir dini vergi
İsnad
- məxəz, dayaq, mənbə
Məclisi-Məbusan
və müxaliflər
Azərbaycanın siyasi vəziyyəti nə qədər
ki, müəyyən degildi, türklərdən olmayan
bütün siyasi firqələr, bolşevik ruhlu menşevikdən
tutub monarxist ruhlu kadetinə qədər Azərbaycan
istiqlalı ilə Azərbaycan parlamanına qarşı
barışmaz bir vəziyyət almışlardı.
Onlar bu vəziyyətləri ilə Azərbaycan türklərini
bir növ mühasirəyə almış, təslimə məcbur
etmək istəmişlərdi.
Zənn ediyorlardı ki, xaricdən gəlmə müttəfiqlər
qüvvəti də onlara kömək olacaq, əqillərincə
türklər tərəfindən qurulmuş olan Azərbaycan
hökumətini yer dibində atacaqlardır.
Azərbaycan türkü ilə bərabər bu
türkün ruhundan doğan idealları tərvic edən, onun
yolu ilə gedən Azərbaycan xadimləri isə qəflətən
üzərlərinə atılan qüvvətlərə
qarşı mətanət göstərdilər, durdular. Azərbaycan
fikrinin “İstanbuldan” degil, Bakıdan doğmuş olduğunu
isbat etdilər.
Bu sübutla hər kəsdən əvvəl bitərəf
bir qüvvət olması həsə-bilə ilk əvvəl
ingilis komandanlığı qane oldu. Onun bu qənaəti Azərbaycanın
daxili müxaliflərini düşündürdü.
Türk olmayan müxaliflər düşündülər,
daşındılar. Xətti-hərəkətlərini dəgişmək,
nöqteyi-nəzərlərini əvəz etmək məcburiyyətində
qaldılar.
Eserlər, əslən milliyyət əsasına əhəmiyyət
verən idealist və individualist bir firqə olduqlarını
xatırladılar. Azərbaycan parlamanı bir “əmri-vaqe”dir,
olmuş bir işdir - dedilər.
Menşeviklər dəxi “qalu bəla”dan millətlərin
kəndi müqəddəratlarını kəndiləri təyinə
həqli olduqlarını qəbul edənlərdən
olduqlarını etiraf etdilər.
Həmkarlar ittifaqı dəxi Azərbaycan parlamanına
getmək həqqindəki qərarına tazədən baxmaq məcburiyyətində
qaldı.
Erməni milli komitəsi dəxi daşı ətəgindən
tökməgə başladı. Yalnız parlamana degil,
hökumətə də girmək meylini izhar elədi.
Yerdə yalnız bir rus komitəsi qaldı.
Rus komitəsi yalnız tüfəng təsirilə
olmalıdır ki, o da əvvəlcə mövcud olan qərarını
tazədən bir “götür-qoy” elədi. Anladı ki,
“Rusiya millətlərinin son şəkli Rusiyanın iradəsilə
bilae-tilaf təyin edilmək üzrə kəndi başlarına
idarə qurmaq həqləri vardır və bu həqlə
parlaman da qura bilərlər və bu parlamana yalnız siyasi bir
minbər qazanmaq üçün degil, vilayətə əmin
və asayiş vermək işində şərakət etmək
üçün dəxi getmək lazımdır”.
Bunu anlamaqla bərabər rus komitəsi özünün
parlamana gir-məsini yalnız bir mətləblə əlaqədar
görüyor.
Əvvəlcə bəzi mühüm məsələlər
aşkar olmalıdır. Bu məsələlər
aşkar olmayınca parlamana girmək, onlarca faidəsizdir.
Çünki burada Rusiyanın mənafeyi-aliyəsinə
mərbut olan nöqtələr var ki, onları örtülü
ola-raq keçmək bərabər işləməgi
qeyri-mümkün edər.
Məsələ Azərbaycanın Rusiyaya əlaqəsini
təyin etməkdədir.
Zatən yalnız rus komitəsindəki kadetlər degil,
digər firqələrdə olan ruslar - rusiyaçılarla
bizim aramızda və digər türk partiyalarının
arasında olan ixtilafi-nəzər dəxi bu nöqtə
üzərində idi.
Biz Azərbaycanı müstəqil bir dövlət tələqqi
ediyoruz. Bu tələqqisini Azərbaycan demokratiyası əksəriyyəti-əzimə
təşkil edən türk xəlqinin idarəyi-aliyəsi ilə
bütün dünyaya elan eləmişdir.
Bu bir əmri-vaqedir.
Azərbaycan hökuməti, Azərbaycan parlamanı, Azərbaycan
siyasi firqələrinin bəyannaməsi, Azərbaycan xəlqinin
bu əsasları qəbul və tərvic eləməsi bu əmri-vaqenin
xarici əlamətləridir.
Azərbaycan hökuməti bütün firqələrinin
müməssilligi beynəlmiləl münasibatə
girişmiş, felən müttəfiqlər tərəfindən
tanınmışdır. Ondan başqa bu topraq
üstündə, bu əhali üzərində başqa nafiz
və tanınmış bir hökumət yoxdur.
Bizimlə
bərabər çalışmaq, türklərlə birlikdə
“əmniyyət və asayişin təmini” və yaxud “fevral
hürriyyətlərinin bəqası” üçün
işləmək istəyən firqələr hər şeydən
əvvəl bu cəhəti nəzər-diqqətə
almalıdırlar: Azərbaycan bir əmri-vaqedir - bunu səmimi
bir surətdə qəbul etməlidirlər.
Azərbaycanın Rusiya ilə iləridəki əlaqəsinə
gəlincə, bu əla-qəyi iləridə azərbaycanlıların
rusiyalılarla dostluqla, azadlıqla, tərəfinin rizası
ilə həll olunacaq bir məsələ kibi görməlidirlər.
Parlamana gələcək müxalif, “Siz Rusiyadan
ayrılmışsınız, bu
ayrılışınızla faidəli bir iş görməmişsiniz,
yaxşı olar ki, onunla birləşəsiniz” dersə onu
dinləriz. Fəqət “Siz Rusiyanın bir
parçasısınız, nə həqlə ondan
ayrılmışsız” dersə, ona təhəmmül etməz,
kürsüdən salarız.
Azərbaycan
parlamanına, Azərbaycan istiqlalı bayrağını
yüksək qaldırmış olan bu müəssisəyə
hər kəs gələrsə, bu parlamanın felən təsis
etmiş, olmuş-bitmiş bir hökumətin Məclisi-Məbusanına
gəlmiş və bununla o, Azərbaycan istiqlalını
fikirdə degilsə də, işdə tanımış, deməkdir.
Rusiya ilə əlaqəyə gəlincə, bunu
müxaliflər bilməlidirlər ki, müvafiqlər
heç bir zaman fikirdə Rusiyanın düşməni
olmuyub, Rusiya demokratiyası ilə ədavət bəsləməmişlərdir.
Azərbaycan parlamanının bütün firqələri
kəndi bəyannamələrində bu fikri zikr eləmişlərdir. Müxaliflər
nöqteyi-nəzərindən ən müdhiş bir milliyyətçi
və iftiraqçı təsəvvür olunan “Müsavat” firqəsi
belə kəndi bəyannaməsində fikrən təbii və
mötədil bir halə gələcək Rusiya ilə əqdi-ittifaq
etmək fikrinə yabançı olmadığını
bildirmişdi.
Fəqət buna biz öz meylimiz, öz xahişimiz ilə
gedəcəgiz. Bu məsələyi Rusiya Məclisi-Müəssisanı
degil, Azərbaycan Məclisi-Müəssisanı həll edə
bilər. Bu səlahiyyət
başqalarının degil, bizimdir. Çünki
milliyyət həqqi yalnız bu surətlə müdafiə
oluna bilər.
Yoxsa bir “menşevik” çıxar da “biz sizə Rusiyadan ayrılmaq həqqini vermiyoruz” dersə və bu məqsədinə yetişmək üçün müsəlman sosialistləri ilə birlikdə bizə qarşı mübarizə edə biləcəginə güvənərsə, biz öylələrinə güləriz, zira öylə düşünən bir türk parlaman firqəsi təsəvvür edəmməyiz!
Rusiyadan ayrılmaq, Rusiyaya qoşulmaq və yaxud başqa bir şəkil ilə kəndi müqəddəratını təyin eləmək həqqi Azərbaycan xəlqinin müqəddəs bir həqqidir. Bu həqqi ona təbiət bəxş eləmiş. Bu həqqi o nə kadetlərin ala gözlərinə, nə də sosialistlərin yağlı dillərinə fəda edəməz!
Müxaliflər bunu bilsinlər, qulaqlarına sırğa etsinlər və böyləcə Azərbaycan istiqlaliyyəti əmri-vaqenin qəlləm həlqə beguşi olaraq parlamana buyursunlar.
Başqa məsələlərdə keyfləri istədigi müxalifəti etsin, tənqidatda bulunsun, təbliğatında olsunlar. O onların həqqi və vəzifəhləridir.
Biz heç bir zaman onların parlaman firqələrinin müvafiqləri cərgəsində oturacaqlarını zatən təsəvvür eləməmişdik.
M.Ə.Rəsulzadə
“Azərbaycan”, 3 fevral 1919, ¹104
Qalu bəla - çoxdan, lap əvvəldən, ata-babadan
İftiraq - ayrılma, fəraq
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2016.- 17 sentyabr.- S.21