Britaniya Muzeyi Nizami Gəncəvini necə təqdim edir...

 

 

İngiltərədə London şəhərinin Bloomsbury sahəsində yerləşən British Museum - Britaniya muzeyi dünyanın müxtəlif ərazilərindən bu ölkəyə səyahət edən insanların maraq dairəsində olan, dünya mədəniyyəti nümunələrini təqdim edən məşhur muzeylərdəndir.

 

1753-cü ildə yaradılmış muzeyinsanlıq tarixi, incəsənət mədəniyyətə həsr olunmuşmuzey kimi dəyərləndirilir. Həqiqətən , bu əzəmətli sənət məbədinin səkkiz milyonluq eksponat xəzinəsi Şərq Qərb dünyasının orijinal nümunələrini əhatə edir, milladdan öncəki dövrün tarixi mədəniyyət inciləri, tarixi hadisələrə şahid olmuş əşyaları, ən qədim dövlətlərə aid atributları qoruyub saxlayır. Britaniya muzeyi külli miqdarda kitab əlyazmaların mühafizə edildiyi  muzey kimi özünəməxsusluq kəsb edir. Muzeyin Şərq Qanadındakı The King's Library - Kral kitabxanası öz zənginliyi ilə seçilir. Muzeyin Department of Ancient Egypt and Sudan - Antik Misir Sudan bölməsi, Department of Greece and Rome - Yunan Roma bölməsi, Department of the Middle East - Orta Şərq bölməsi, Department of Prints and Drawings - Çap Rəsmlər bölməsi, Department of Prehistory and Europe - Tarixöncəsi Avropa bölməsi, Çin, Yaponiya, İndoneziya, Tailand eksponatlarını əhatə edən Department of Asia - Asiya bölməsi, Department of Africa - Afrika bölməsi, Department of Coins and Medals - Pullar Medallar bölməsi, Department of Conservation and Scientific Research - Konservasiya Elmi Tədqiqatlar bölməsi, Libraries and Archives - Kitabxanalar Arxivlər digər bölmələri vardır.

 

Yaxın Şərqlə bağlı eksponantlar XIX əsrdən, xüsusilə əsrin 20-ci illərindən sonra muzeydə toplanılmağa başlayıb. Urartu, Assuriya Babilistan, Şumer mədəniyyətinə aid sənət nümunələri Britaniya muzeyinin ən qədim əsərlərindəndir. Yaxın Şərq, Sudan, Misir digər ölkələrdə aparılan qazıntılar zamanı tapılmış arxeoloji abidələrin burada yer almasını ayrıca qeyd etmək lazımdır. Muzeyin tarixi qədimliyi zənginliyi təqdim etməsi onun əsas özəlliklərindən biridir. Burada, eyni zamanda, daha yeni dövrün eksponatlarına - çap nümunələri, rəsm əsərləri, medallar dekorativ əsərlərə rast gəlirik. Şərq nümunələri arasında Misirə aid eksponatlara daha çox təsadüf olunur.  Department of Ancient Egypt and Sudan - Antik Misir Sudan bölməsində qədim əzəmətli Misir tarixi mədəniyyət abidələri yerləşdirilib.  Qeyd etmək lazımdır ki, Qahirədəki Misir muzeyi istisna olmaqla Britaniya muzeyi dünyada Misir əsərlərinin geniş təqdiminə görə ən böyük mədəniyyət ocağıdır. Misir eksponatları yüz mindən artıq nümunəni əhatə edir. Predynastic and Early Dynastic period - Sülalədən öncəki ilkin sülalə dövrü, Old Kingdom - Qədim səltənət, Middle Kingdom - Orta səltənət, New Kingdom - Yeni səltənət, Third Intermediate Period  - Üçüncü orta mərhələ,  Late Period - Sonrakı mərhələ, Ptolemaic dynasty - Ptolomey səltənəti adı ilə təqdim olunan ayrı-ayrı sənət əsərləri Misirin qədim, çoxcəhətli zəngin mədəniyyət, eləcə tarixi nümunələrini dünya xalqlarına sərgiləməkdə mühüm işlər görür.

 

Yaxın Şərq, ortaq türk mədəniyyəti nümunələrinin təqdim edildiyi Department of the Middle East - Orta Şərq bölümü muzeyin zəngin maraqlı hissələrindəndir. Ən qədim mədəniyyət nümunələrinə məhz bu bölmədə təsadüf olunur. Mesopatomiyaya aid 330 min eksponatı ilə Britaniya muzeyi həmin mədəniyyətə məxsus dünyanın ən əhəmiyyətli böyük kolleksiyalarından birini təqdim edir. Qeyd olunduğu kimi, Şumer, Assuriya Babilistana aid dünya mədəniyyətinin ən ilkin nümunələri burada təqdim olunub. Sözügedən bölmədə türk, fars, ərəb, Qafqaz, Orta Asiya digər Yaxın Şərq ölkələri xalqlarının misilsiz əsərləri mövcuddur. Muzeydə həm islamdan öncəki, həm VII əsr erkən islam dövrünə aid əsərlər vardır. Arxeoloji abidələr daxil olmaqla 40.000 eksponatı əhatə edən islam mədəniyyəti nümunələri öz zənginliyi ilə seçilir. Məlum olduğu kimi, islam Şərqində dulusçuluq, süşə keramika, metal əşyaları, müxtəlif möhürlərin hazırlanması geniş şəkildə inkişaf etmişdi. Bunların böyük bir kolleksiyasına muzeydə təsadüf edirik.

 

Türkiyəyə məxsus İznik keramikalarının dünyada ən zəngin kolleksiyası məhz Britaniya muzeyində qorunub saxlanılır. Miladdan əvvəl 1600-cü ilə aid Statue of Idrimi - Idrimi heykeli,  miladdan əvvəl IX-VI əsrlərə aid Urartu bürüncləri, miladdan əvvəl IX əsrə aid stellər - daşlar türk əsərləri içində möhtəşəm yer tutur.

 

Türk, fars, ərəb, hind İspaniya islam mədəniyyətini sərgiləyən Orta Şərq bölümündə ortaq Şərq türk mədəniyyəti çərçivəsində Azərbaycan sənət əsərləri mövcuddur. “Anatolia and Urartu  adlanan 54-cü salon Anadolu Urartu  mədəniyyətinə aid zəngin qədim ekponatları təqdim edir. Məlum olduğu kimi Urartu dövləti Mesopatamiyadan şimalda, Şərqi Anadoluda - Türkiyədə Van gölü ətrafında meydana gəlmişdi. IX-VI əsrlərdə mövcud olmuş bu dövlət Cənubi Qafqazın qərb rayonlarını, Van, Urmiya Göyçə gölləri arasındakı ərazini əhatə edirdi. Muzeydə Urartu haqqında verilən məlumatlarda onun Avropa Asiya arasında əhəmiyyətli bir ərazidə yerləşdiyi, Türkiyə, Gürcüstan, Ermənistan İranın şimal-qərbini əhatə etdiyi qeyd olunur. Əksər Qərb muzey mənbələrində rast gəlinən Azərbaycanın torpaqları ilə bağlı yalnış faktlara burada da təsadüf edirik, Azərbaycanın tarixi əraziləri İranın, yaxud da Ermənistanın əraziləri kimi təqdim edilir. Halbuki Urmiya Göyçə gölləri ətrafındakı torpaqlar bizim tarixi torpaqlarımızdır.

 

Məlum olduğu kimi, Urartu dövlətində əkinçilik, maldarlıq, atçılıq, üzümçülük, bağçılıq sənətkarlıq inkişaf etmişdir.  Eyni zamanda, dulusçuluq, metalişləmə, zərgərlik sahələri diqqət mərkəzində olmuşdur. Urartu mədəniyyətinin ən parlaq nümunələrindən biri daşüstü mətnlər-kitabələr idi. Bütün bu qədim mədəni irsin nümunələrinə Britaniya muzeyinin eksponatları arasında da təsadüf edirik.

 

Kitab üzünün təsvirini əks etdirən eksponatda Səfəvilər Qacarlar dövrünə aid sevgililər üçün təşkil edilmiş musiqi dəstgahları səhnəsi muzey eksponatları içərisində yer almışdır. Burada da Səfəvilər Qacarlar dövləti yenə Səfəvi Qacarlar dövründə İrankimi təqdim olunur.

 

Muzeydə bizim üçün önəmli olan eksponatlar arasında dahi şairimiz Nizami GəncəvininLeyli Məcnunəsərinə çəkilmiş ilustrasiya da yer alıb.  Şəklin altındakı izahda bu sözlər yazılır: “Leyli Məcnun məktəbdə görüşürlər. Əlçatmaz sevginin klassik hekayəsi, Leyli Məcnun hekayəsi ərəb folklorundan alınmış İranda şair Nizami (1141-1209) tərəfindən məşhurlaşdırılmışdır...” Sonra şairinXəmsə”sinə daxil olanLeyli Məcnunəsərindəki qəhrəmanlardan bəhs edilir. Göründüyü kimi, XXI əsrdə dünyanın ən məşhur muzeylərindən biri olan Britaniya muzeyində hələ dahi Azərbaycan şairi Nizami Gəncəvi İran şairi kimi təqdim olunur. Halbukiİranda şair Nizamitəqdimatını ən bəsit şəkildə Nizaminin doğulduğu yaşadığı, eyni zamanda, təxəllüsü kimi götürdüyü Gəncə şəhərinin Azərbaycanda yerləşməsi ilə təkzib etmək mümkündür. Bu bu tipli məsələlər tarix, ədəbiyyat sahələrində olduğu kimi, müzeyçilikdə bizim üçün təsadüf edilən ən mühüm problemlərdəndir. Biz hələ ən məşhur şairimizin, nəinki Azərbaycan, türk, Şərq, bütövlükdə dünya ədəbiyyatına ölməz əsərlər bəxş edən Nizaminin milyonlarla insanın seyr etdiyi muzeydə dünyaya İran şairi kimi təqdim edilməsini sakitcə izləməkdə davam edirik. Halbuki bu məsələnin sivil hüquqi çərçivədə beynəlxalq dairələrə müraciət edilməklə həll olunması mədəni irsimizin qorunması təbliği baxımından son dərəcə vacibdir.

 

Ümumiyyətlə, Qərb muzeylərindəki tarixi mədəniyyət nümunələrimiz ilə bağlı iki əsas problemlə qarşılaşırıq:

 

1. Tarixən Azərbaycana məxsus olan əsərlərin, ekponatların İran adı altında təqdim olunması.

 

2. Azərbaycan, bötüvlükdə türk islam mədəniyyətinə aid bu ərazilərdən qaçırılmış eksponatlar.

 

Bütün bu problemlərin, təbii ki, həlli yolları da mövcuddur.  Elə qardaş Türkiyədə Mədəniyyət və Turizm NazirliyiXarici İşlər Nazirliyinin səyi nəticəsində son on ildə dörd mindən artıq qaçırılmış əsərin ölkəyə qaytarılmasına nail olunub. Bunların arasında ABŞ, İngiltərə, Almaniya, İsveçrə, Danimarka  və digər Qərb muzeylərindən geri alınmış əsərlər var. Bizimbu təcrübədən istifadə etməmiz, dünya muzeylərindəki tarixi və mədəniyyət abidələrimizə sahib çıxmamız məqsədəuyğundur.

 

Bəsirə ƏZİZƏLİYEVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2016.- 17 sentyabr.- S.20