Tarixi həqiqətlərin izi ilə” Macarıstanda təqdim edildi  

 

 

Dünən Azərbaycanın Macarıstandakı səfirliyində Bakı Slavyan Universitetinin dosenti, tədqiqatçı Şəlalə Həsənovanın müəllifi olduğuTarixi həqiqətlərin izi iləiki hissəli sənədli filmin təqdimat mərasimi keçirilib.

 

Səfirlikdən 525.az-a verilən məlumata görə, ilkin mənbələrin tədqiqi, zəngin arxiv mənbələri əsasında, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilən kino-lentdə ermənilərin guya tarixdə ilk xristian dövləti olmaları dünyaya yüksək mədəni dəyərlər yaymaları barəsindəki mif tutarlı arqument faktlarla təkzib olunur. Onların Cənubi Qafqaza, indi yaşadıqları işğal etdikləri ərazilərə sonradan gəlmələri sübuta yetirilir.

 

Filmin ikinci hissəsi Ermənistanın indiki paytaxtı İrəvanın əsrlər boyu türk-Azərbaycan şəhəri olmasına, burada türk-islam mədəniyyətinin sonralar ermənilər tərəfindən məhv edilən, yaxud tarixləri saxtalaşdırılan çoxsaylı abidələrin mövcudluğuna həsr edilib.

 

Tarixi həqiqətlərin izi iləfilminin mühüm məziyyətlərindən biri kadr arxası diktor mətninin ingilis dilində olmasıdır. Bu maraqlı ekran əsərinin beynəlxalq miqyasa çıxarılmasını asanlaşdırır.

 

Təqdimat mərasimini giriş sözü ilə açan səfir Vilayət Quliyev 15 sentyabrın müasir Azərbaycan tarixində mühümBakının erməni-bolşevik işğalından azad olunması günü olduğunu bildirərək bu diqqətəlayiq hadisənin nümayiş etdiriləcək filmlə müəyyən bağlılığı olduğunu vurğulayıb.

 

Səfir Azərbaycan əsgərinin bir zamanlar Bakını azad etdiyi kimi işğal altındakı Dağlıq Qarabağ ətraf rayonları da mütləq azadlığa qovuşduracağına inamını bildirib.

 

İştirakçılara erməni tarix saxtalaşdırıcılarının onilliklər boyu Azərbaycanla bağlı qara piar fəaliyyəti barəsində müxtəsər məlumat verilib.

 

Ş.Həsənova film üzərindəki işi Cənubi Qafqazın erməni yalanlarından təmizlənmiş gerçək tarixinin populyar şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı gələcək planlarından danışıb.

 

Maraqla qarşılanan təqdimat mərasimində Macarıstanın elm mədəniyyət adamları, diplomatik korpus nümayəndələri, diaspora üzvləri, macar azərbaycanlı tələbələr iştirak edib.

 

Cavid QƏDİR

 

525-ci qəzet.- 2016.- 17 sentyabr.- S.12.