Bakıda hind mətbəxi
festivalı
Sentyabrın 25-də Bakıda hind mətbəxi
festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Hyat
Regency-Naxçıvan” mehmanxanasında
təşkil olunacaq
festival Hindistanın ölkəmizdəki
səfirliyi və Azərbaycan-Hindistan Assosiasiyasının
birgə təşkilatçılığı
ilə baş tutacaq.
Festival çərçivəsində
Hindistanın milli mətbəxinə məxsus
yeməklər nümayiş
olunacaq.
Festivalın keçirilməsində məqsəd azərbaycanlıları
hind mətbəxi ilə
yaxından tanış
etmək, iki ölkə arasında mədəni əlaqələrin
inkişafına dəstək
verməkdən ibarətdir.
Festivalda qədim və müasir hind rəqsləri,
musiqi nümunələri
ilə yanaşı, müxtəlif əyləncə
və oyunlar da təşkil olunacaq. Tədbir çərçivəsində
müxtəlif satış-sərgilərin
açılması da
nəzərdə tutulub.
Sərgidə ölkəmizin 25-60 yaş arası rəssamlarının 500-dək müxtəlif mövzulu sənət əsərləri
də satışa çıxarılacaq.
Qeyd edək ki,
əldə olunan vəsaitlər Azərbaycanda
xeyriyyə işlərinə sərf olunacaq.
525-ci qəzet.- 2016.-
17 sentyabr.- S.12.