"Azərbaycan bəstəkarları
və musiqişünaslarının elektron
kataloqu" təqdim edildi
Sentyabrın
20-də Muzey Mərkəzdə Üzeyir Hacıbəyli VIII
Beynəlxalq Musiqi Festivalı çərçivəsində
"Azərbaycan bəstəkarları və
musiqişünaslarının elektron kataloqu"nun təqdimatı
keçirilib.
AZƏRTAC
xəbər verir ki, kataloq Azərbaycan Bəstəkarlar
İttifaqının "Azərbaycan bəstəkarları və
musiqişünasları" layihəsi əsasında Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş
broşürlər üzrə hazırlanıb.
Tədbirdə Azərbaycan Bəstəkarlar
İttifaqının katibi,
Əməkdar incəsənət
xadimi Zemfira Qafarova çıxış
edərək broşürün
əhəmiyyətindən söz açıb. Bildirilib ki, bu ideya
bir neçə il əvvəl
yaranıb. Layihə əsasında indiyə
kimi 34 broşür hazırlanaraq çap edilib. Təqdim olunan broşürlərdə
təkcə klassiklər
deyil, bu gün yazıb-yaradan bəstəkarlar və musiqişünaslar haqqında
məlumatlar yer alıb. Layihənin gələcəkdə də davam etdiriləcəyini
diqqətə çatdıran
natiq hazırda 18 broşürün də çapa hazırlandığını
vurğulayıb.
Bildirilib ki, broşürlərdə
Əşrəf Abbasov,
Şəfiqə Axundova,
Elza İbrahimova, Emin Sabitoğlu , İsmayıl Hacıbəyov,
Dadaş Dadaşov, Faiq Sücəddinov, Zemfira Səfərova, Rəna Məmmədova və digərləri haqqında məlumatlar yer alıb. "Şərq-Qərb" nəşriyyatında
çap olunmuş bu broşürlərdə
bəstəkar və musiqişünaslarımız haqqında
oxuculara geniş məlumatlar verilir. Bu gün onlar
tədris üçün
də böyük əhəmiyyətə malikdir.
Layihə üzrə hazırlanmış elektron
kataloqun müəllifi,
"Musiqi dünyası"
jurnalının baş
redaktoru, Əməkdar
İncəsənət Xadimi,
professor Tariyel Məmmədov
bildirib ki, kataloqda broşürlərdəki
məlumatlarla yanaşı,
bəstəkar və musiqişünasların əsərləri
də yer alıb. Qeyd olunub ki, elektron kataloqa gələcəkdə hazırlanacaq
broşürlər üzrə
məlumatlar da daxil ediləcək.
Daha
sonra kataloq tədbir
iştirakçılarına təqdim edilib.
525-ci
qəzet.- 2016.- 22 sentyabr.- S.7.