Sona Vəliyevanın “İşığa gedən yol” kitabının imza günü keçirildi
Filologiya üzrə fəlsəfə
doktoru Sona Vəliyevanın “İşığa
gedən yol” kitabının təqdimat
mərasimi keçirilib.
“Xəzər Xəbər”in
məlumatına görə,
tədbirdə Milli Məclisin deputatları,
KİV rəhbərləri və ziyalılar iştirak edib.
Əvvəlcə Milli Kitabxananın nəzdində fəaliyyət
göstərən “Açıq
kitabxana”da imza mərasimi olub.
Tədbirdə çıxış edən
Milli Kitabxananın direktoru Kərim Tahirov deyib ki,
kitab Həsən bəy Zərdabinin ömür yoluna həsr edilib.
K.Tahirov
qeyd edib ki, müəllif iri həcmli romanla Həsən bəy Zərdabiyə heykəl qoyub: "Kitabda Həsən bəy Zərdabiyə çox böyük qiymət verilir, onun gördüyü işlər yüksək dəyərləndirilir. Bu kitab nümunə olmalıdır. Belə kitablar
çox yazılmalıdır.
Ümumiyyətlə, şəxsiyyətlər haqqında bu cür məlumatların toplanması təqdirəlayiqdir.
Biz bunu gənc
nəsilə ötürməliyik”.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, tarixi
şəxsiyyətlərlə bağlı əsər yaratmaq məsuliyyətli işdir və təəssüflər olsun
ki, bu cür
əsərlər azdır:
“Həsən bəy Zərdabi haqqında məqalələrə, publisistik
materiallara rast gəlinsə də, onun haqqında ətraflı, ömrünü
tam əks etdirən əsər olmayıb".
Nazir müavini Sona Vəliyevanın milli mətbuatımızın banisinin
ömür yolunu bu cür geniş
şəkildə təsvir
etməsini son illərin
hadisəsi və uğuru kimi dəyərləndirib: “Kitab
həm geniş oxucular üçün nəzərdə tutulub, həm də Zərdabişünaslar, mütəxəssislər
üçün dəyərli
nəşrdir. Kitabın dili
rəvandır, oxunaqlıdır,
oxucular hadisələri
çox rahatlıqla başa düşür.
Hesab edirəm ki, tarixi şəxsiyyətlərimiz
haqqında belə böyük romanların yazılması təşəbbüsü
bundan sonra da davam etməlidir.
Bu kitabda Həsən
bəy Zərdabi haqqında ətraflı məlumat verilir. İndiyə
qədər onun ömrünü tam əks
etdirən əsərə
rast gəlməmişik.
Məlumatlara baxanda bilinir
ki, kitabın müəllifi xeyli əziyyət çəkib.
Çox
qiymətli əsərdir.
Bu kitab Həsən
bəy Zərdabi irsini öyrənənlər
üçün nümunədir.
Bu əsərdə tarix gözümüzün
qarşısında canlanır.
Ümid edirəm ki, Sona Vəliyeva digər şəxsiyyətlərlə
bağlı da işini davam etdirəcək”.
Bakı
Dövlət Universitetinin
Jurnalistika fakültəsinin
dekanı, professor Cahangir Məmmədli kitabın müəlifi S.Vəliyevaya təşəkkürünü
bildirib: “Bu kitabda Həsən bəy Zərdabinin ömrü əhatə olunub, geniş məlumat verilib. Bu əsər jurnalistlər, tədqiqatçılar
üçün mənbə
ola bilər.
Bu kitabın ərsəyə
gətirilməsi hadisədir”.
Mətbuat Şurasının sədri,
deputat Əflatun Amaşov qeyd edib ki, “İşığa
gedən yol” kitabı şuranın Ali
media mükafatına layiq
görülüb.
Ə.Amaşov qeyd edib ki,
20-ci əsrin əvvəllərində
Azərbaycanda xeyli tanınmış şəxsiyyət
olub, onlar haqqında məlumatların
toplanması mühüm
məsələdir: “Həsən
bəy Zərdabi də belə şəxsiyyətlərdən olub. Bu kitab Həsən bəy haqqında ilk irihəcmli romandır. Bu əsər asan başa gəlməyib.
Kitabın müəllifi Sona
Vəliyeva bu işin öhdəsində
gəlməyi bacarıb.
Bu kitab hər
kəsin, xüsusilə
jurnalistlərin stolüstü
kitabına çevrilməlidir”.
Milli Məclisinin
deputatı Nizami Cəfərov çıxış
edərək kitab haqqında fikirlərini bildirib. Digər iştirakçılar da kitabla bağlı
fikirlərini bildiriblər,
əsərin əhəmiyyətini
vurğulayıblar.
Milli Məclisin
deputatı Nizami Cəfərov kitabın böyük əhəmiyyət
kəsb etdiyini qeyd edərək bildirib ki, Həsən
bəy Zərdabi haqqında yeni əsərin yaradılması
sevindirici haldır.
Milli Məclisin
deputatı Elmira Axundova
kitabın rus və ingilis dillərinə tərcümə
edilməsi təklifi ilə çıxış
edib.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Yunus Oğuz, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir və başqaları “İşığa gedən yol” kitabının tarixi və bədii əhəmiyyətindən danışıb, əsərin Azərbaycanın böyük şəxsiyyətlərinin və tarixinin öyrənilməsində dəyərli mənbə olduğunu diqqətə çatdırıblar. Çıxışçılar kitab əsasında bədii filmin çəkilməsi təklifini də səsləndiriblər.
Təqdimat mərasiminin sonunda
çıxış edən müəllif bildirib
ki, onun Həsən bəy
Zərdabiyə müraciət etməsinin xüsusi
səbəbi var: “Mən tarixi
şəxsiyyətlərin həyatını, fəaliyyətini
araşdıranda elə bilirdim ki, onların birinin
övladıyam və borcum var. Həsən bəyin həyatı,
yaradıcılığı mənim hər zaman
diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə
yaşayanların hər birinə mənəvi borcumuz, övladlıq borcumuz,
azad yaşamağımızda vətəndaş,
soydaş borcumuz var. Mən Həsən bəyin həyatını
araşdıranda zərrə qədər yorulmadım. Çünki o ilahi missiyası olan adam idi və ona sonsuz sevgim
var. Kitabla
bağlı rəy yazanlara təşəkkürümü
bildirirəm. Bundan sonra
da Azərbaycanın həyatında mühüm rol oynayan şəxslərlə bağlı əsərlər
ərsəyə gələcək”.
Müşfiq
Şükürlü
525-ci qəzet.- 2016.- 24 sentyabr.- S9.