Hürufilik dini-mistik təlim
kimi: yaranması, mənbəyi və
mahiyyəti
Hürufilik dini-mistik təlim kimi: <b style="color:red">yaranması, mənbəyi və mahiyyəti</b>
Azərbaycan və Yaxın Şərqin tarixində, orta əsrlərdəki mədəni-ictimai həyatında,
eləcə də bu məkanın ədəbiyyatında xüsusi
yer tutan Hürufilik yarandığı
dövrdən etibarən
mədəni, ədəbi
aləmə və siyasi dairələrə təsir göstərib.
Yayıldığı bölgənin sosial-ictimai
vəziyyətini qismən
dəyişən hürufilik
haqda tədqiqatlar, əslində, düşündüyümüz
qədər də çox deyil. Bu səbəbdən
hürufiliyi, onun mahiyyətini, yaranıb intişar tapdığı
dövrü bir az ətraflı işıqlandırmağa, bu
mövzuda dolğun məlumat öyrənməyə
ehtiyac duyduq.
Bunun üçün
tədqiqatçılarımızdan filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva
və tarix üzrə fəlsəfə
doktoru Dilavər Əzimli ilə söhbət etdik.
Fəzlullah Nəimi və yeni təlimin yaranması
Səadət Şıxıyeva hürufiliyin
bir təlim kimi heç də təsadüfən meydana çıxmadığını
deyir: "Hürufilik
1386-cı ildə Təbrizdə
bir təlim olaraq elan edilib.
Bu barədə hürufilik qaynaqlarında,
o cümlədən, Fəzlullah
Nəiminin xəlifəsi
Əliyyül-Əlanın "Kürsinamə" əsərində
məlumat verilir. Mən öz tədqiqatlarımda
ilkin qaynaqlar əsasında müəyyənləşdirmişəm
ki, hürufilik bir təlim kimi heç də təsadüfən və birdən-birə ortaya çıxmayıb.
Bu təlim müəyyən
mərhələli proseslərin
məhsuludur. Fəzlullah Nəimi hürufiliyin
mürşidi olmazdan əvvəl yuxu yozuculuğu ilə şöhrət tapmışdı
və hürufiliyin elanından sonra onun ilk ardıcılları
da yanına yuxu yozuculuğu üçün gələn
insanların arasından
seçilib. Bu mənada demək olar ki, insanların
bu təlimə meyllənməsində onun
kəramətinə inam
mühüm rol oynayıb. Nəhayət, yetərincə ardıcıl
topladıqdan sonra o, hürufiliyi bəyan edir. Hürufilik İbn Ərəbinin
hərf elmindən, eyni zamanda bir
sıra müəlliflərə
görə, hərf mistisizminə əsaslanan yəhudi kabbalasından qaynaqlanır. Ancaq ümumilikdə
Fəzlullahın təlimi
həm də orta əsrlərin təsəvvüf fəlsəfəsinə
söykənir. Amma o, digərlərindən
fərqli olaraq, səs, söz, hərf və saya verilən mənanı daha çox qabardır və bunu bir
təlim şəklinə
salır. Fəzlullahın təlimi hələ şeyx və təriqət başçısı
kimi fəaliyyət göstərdiyi ilk illərdə
siyasi xarakterli deyildi.
Zamanla hürufilər
ətraflarına daha geniş kütləni cəlb etmək, eləcə də öz düşüncələrini
siyasi elitaya qəbul etdirmək istədiklərindən hürufilik
də müəyyən
mənada siyasi istiqamətə yönəlir. Fəzlullahın özü, bir çox xəlifə və müridləri dövrün siyasi iqtidar sahiblərinə - Əmir Teymur, Miranşah, Sultan Əhməd
Cəlayir və Qara Yusifə müraciət edirlər.
Onlar Qaraqoyunluların yanında
müəyyən imtiyazlar
da əldə edirlər. Ancaq təlimin geniş yayılmasından ehtiyat edən, dini düşüncələri pozacağından
çəkinən din xadimlərinin
təkidi ilə Əmir Teymur təlimi qəbul etmir və onun
sərəncamı ilə
Miranşah Fəzlullahı
qətlə yetirdir. Halbuki əvvəllər Miranşahın
hürufilərlə dostluq
münasibətində olması
barədə ilkin hürufilik qaynaqlarında
məlumat verilir.
Fəzlullah Nəiminin edamından
sonra hürufilər mühacirət etdilər,
qruplar halında Azərbaycan və İranı tərk edərək, qonşu ölkələrə, əsasən,
Türkiyə və Suriya ərazisinə köçdülər və təlimin
təbliğatı ilə
məşğul oldular.
Sonrakı dövlərdə isə daha böyük
coğrafiyada fəaliyyət
göstərdilər".
Dilavər Əzimli hürufiliyin
yaradıcısı Fəzlullah
Nəimini dərin elmi
biliklərə yiyələnmiş
görkəmli alim kimi xarakterizə edir:
"Künyəsi əl-Hürufi
olan Fəzlullah Nəimi Təbrizi - Astrabadi, 1339-1340-cı illərdə
Astrabadda doğulub. Adı Əbdürrəhman
idi.
Qaynaqlarda onun bir sənətkar
olduğu əksini tapıb. Səkkizinci, ya da doqquzuncu qurşaqdan atası Məhəmməd
əl-Yəməni idi.
Fəzlullah dərin elmə
sahib idi. O, nəsr
və nəzm əsərlər yazırdı.
Gələcəyi görmə qabiliyyəti
var idi. Yuxuları yoza bilir və
dəqiq məsləhətlər
verirdi.
Zamanla o
dövrdə mövcud
olan şiəliyə
yönəldi və
on səkkiz yaşında
bir sufi
mürşidə bağlandı.
Ona görə
"o dövrkü şiəlik"
deyirəm ki, o zamanın şiəliyi ilə bugünkü İran siyasi şiəliyi arasında böyük fərq vardır. Bunu bütün orta
əsr üzrə mənbələr sübut
edir. Fəzlullah təsəvvüf yolunda süluk müddəti olan çiləni 1370-71-ci illərdə
İsfahanda, otuz iki yaşında tamamlayır. Sonra isə
gəzərgi dərvişlər
təriqətinə daxil
olur. Üç
il sonra
Məkkəyə gedir.
Oradan Xarəzmə gəlir.
1376-da isə Təbrizə qayıdıb,
orada üç gün-üç gecə
inzivaya çəkilir
və ekstaz vəziyyətində olur.
Ayıldıqda ona hərflərin sirrinin verildiyini hiss edir.
Bir müddət
bir mağaraya çəkilir. Yaşlı bir dərvişdən Tanrının təcəlləsi
oyanışını alır
və dini əqidəsini ortaya qoyduğu böyük əsəri "Cavidannamə"ni bu arada
yazır.
Onun Xorasan, İraq və Azərbaycanda moizələr oxuduğu haqqında mənbələrdə
məlumatlar var. Lakin onun elminin mərkəzi
Bakı şəhəri
olub. Ölümündən sonra da Bakı hürufiliyin mərkəzi sayılıb.
Hürufiliyin öz içində
bir bütünlük
qazanmağa başladığı
vilayət isə Şirvan idi".
Səadət Şıxıyeva qeyd
edir ki, Fəzlullahın məqsədi
heç də bilərəkdən kütləni
islam dininə yad görünən müəyyən istiqamətlərə
yönəltmək deyildi:
"O, söylədiklərinin ilahi
həqiqət və Quranın şərhi olduğuna inanırdı.
Fəzlullahın təlimi elə
onun sağlığında
"Quranın təvili"
adlanırdı. Fəzlullaha da
"sahibi-təvil", "sahibi-təvili-Quran" deyirdilər. Yəni, hürufilik
öz mühitində
və yaxın çevrələrdə ilahi
sirləri açıb
ortaya qoyan bir təlim kimi qiymətləndirilirdi".
Dilavər Əzimli Fəzlullah
Nəiminin faciəli ölümündən bəhs
edərkən deyir:
"Fəzlullah Şamaxıda
Qazi Bəyazidin evində qalarkən yaxında öləcəyini
xəbər verən bir röya görür
və bunu ətrafındakılara deyir. Bununla da
Astarabada getmək üçün Şamaxıdan
ayrılır. Lakin Miranşahın
buyruğu ilə yolda həbs edilir və Naxçıvan vilayətində
yerləşən Əlincə
qalasına gətirilir.
Onu küfrdə suçlayaraq 1394-cü ildə
56 yaşında edam edirlər. Qərarı Miranşah verir.
Cəsədini sürükləyərək ətrafda dolaşdırırlar.
Sonra müridləri cəsədini
alıb dəfn edirlər. Qəbri indi də müqəddəs ziyarətgah
sayılır. Nəimi
hələ həbsdə
olanda "Vəsiyyətnamə"ni qələmə almışdı. Bunlardan
biri qızı Məhdumzadəyə xitabən
yazılıb, ailəsi,
uşaqları və müridləri ilə vidasıdır... Ölümündən sonra "Fəzlullah üçün ağılar"
adı ilə, onun şəhadətini anladan əsərlər meydana gəldi. Sonradan müridləri tərəfindən
müxtəlif şərhlərlə
yayılmış əsərlərində
hürufiliyin əsasları
ətraflı şəkildə
açıqlanmışdır".
Hürufiliyin Azərbaycan tarixi
və mədəniyyətində
xüsusi yeri
Səadət Şıxıyeva vurğulayır
ki, hürufilik Azərbaycan mədəniyyətinə,
xüsusilə, ədəbiyyatımıza
ciddi təsir göstərib: "Hürufiliyin
bəzi nümayəndələri,
xüsusən Nəsimi
özündən sonra
böyük ədəbi
məktəb yaratdı,
bir sıra fikirlərini yalnız nəzəri səpkidə
deyil, ədəbiyyat və təsəvvüflə
sintez edərək sonrakı nəsillərə
ötürdü.
(Ardı var)
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.-27 sentyabr.-S.4.