ƏBƏDİ
BAYRAQ KİMİ
Məni Qarabağımın həyatından
Süpürüb atdılar,
Yurdumda yadlar, torpağa haqsızlar
At oynatdılar,
Anamın
laylasını, nənəmin
duasını
Oğurladılar.
Gözlərimdən Araz-Araz
Dərd
sağıldı,
Günahsız körpələr Xocalı
doldağının
Acı tüstüsündə
boğuldu.
Ümid
ağacında lülə-lülə
Güllər bitdi,
Torpağıma mərmilər əkildi,
Babamın ruhu Şuşada dara çəkildi.
Qoca nər,
Yenilməz ər Qarabağımın
Dizləri büküldü.
Amma ayağa qalxacaq,
Qılınca sarılacaq haqq
kimi,
Göylərə sancılacaq.
Əbədi bayraq kimi.
lll
Azadlığımı yığmışam
nənəmin toxuduğu,
ilmələrinə dualar oxuduğu
iki gözlü naxışlı xurcununa,
Atmışam çiynimə
Qoymaram bir də düşə,
enə,
Dərdi
təzələmə, dinə
Bükəcəm bayrağımın maviliyinə,
Öyünəcəm əyilməzliyinə, əbədiliyinə.
Vermərəm daha şimaldan gələn,
Ətəyimə yamaq-yamaq tikilən
Qırmızı don geyinə.
Məlhəm kimi Arazdan ötürəcəm
Ölüm ayağında olan
Urmu gölünə,
Təbrizə, Rəşdə, Ərdəbilə.
Gözləri yol çəkən əcəm ellərinə.
lll
Uzaq, yaxın qitələr
Böyük, kiçik ölkələr
çəkir məni,
Uşaqlığımda olduğu kimi.
Xəyalən qucaqlamaq istəyirəm bütün aləmi.
Uçan
sehirli xalçada
Dənizlərin, okeanların üstündən
adlayıb
Yer üzünü qarış-qarış
gəzmək həvəsim
səngimir,
Qəmi-sevinci, xeyri-şəri ilə
bütün insanları
sevmək həvəsim
ovunub kirimir,
Sevgi sərhəd
bilmir.
Sevgimi insanlarla bölək istəyirəm,
Sonda doğma yuvamda,
əzəli, əbədi
dünyamda
ölmək istəyirəm.
lll
Payız
yarpağı kimi
Ömür tökülür,
İllər, aylar günbəgün qeybə çəkilir.
Payız duruşumdan, baxışımdan
yağır.
Bakirə
arzularım köçəri
quşlar kimi
Ürəyimdən uçur qərib-qərib,
çəkilir,
Ürəyim qışda eyvanımızdan
Lülə-lülə asılan buz parçasına dönür.
Nə atam var, nə
anam,
Qızınmağa qucaq axtarıram.
Ayaqlarımın yuxusuna girir
Gəldiyim kənd yolları,
Anamın
həsrət qolları,
isti qucağı,
Onun da indi mərmi,
güllə ilə
Yanır ocağı.
Ümiddən asılmışam
Hörümçək sayağı.
Xəzri
küləyi dadıma
çatır,
Məni
xırç... xırç
xışlayır torpağa
qatır
Bakımında həyatından
Süpürüb Xəzərə atır.
lll
Heç
kim, heç
nə məni ovutmur
Ümidi
yalın,
Dərdə yanar dağ ürəyimi
Heç nə soyutmur.
Məni
kim ovudacaq?
nə bahar küləyi,
nə qar çiçəyi,
nə payız nağılları,
açır ürəyimi,
Kim verəcək diləyimi?
Özüm od qızıyam
Oddur ilkim, əzəlim,
Oddan tökülüb
təməlim.
Yana-yana od olub
boyat nisgillərim
aram olmur bir hovur,
sinəmdə çatıb
ocaq,
Yaşıl ümidlərimi, çəmən-çəmən
arzularımı
İlğıma dönüb cınqır-cınqır
qovurur.
Onu kim söndürəcək?
Həsrətim çox uzaq,
Ağrılarım oyuq
Məni kim ovudacaq?
Kim ovudacaq?
lll
Bir payız şeiri yazdım bu axşam,
Sapsarı misralar düzüldü bir-bir.
Payız
sükutunda azdım bu axşam,
Payız ovqatına bələndi ömür.
Bir həsrət kövrəltdi
şairliyimi,
Qələm söz dililə dərdi ağladı.
Tale sevincimi haram buyurub,
Ağrımı canımda gizli saxladı.
Hələ həsrətimdən boylanır zamana,
Ruh öz dünyasına yollar axtarır.
Dərdim
nə xoşbəxtdir,
Tanrım, bu axşam,
Gözümdən süzməyə sellər
axtarır.
Bu payız şeirimin gözü mürgülü,
Həsrəti upuzun, ağrısı oyaq.
Boyat ağrılarım ömür
çəkili,
Bu çiyin yükümü
kim daşıyacaq?
Şövkət ZƏRİN HOROVLU
525-ci qəzet.- 2016.- 6 yanvar.- S.7.