Rumıniya səfiri Azərbaycan Milli Kitabxanasında
Rumıniyanın Azərbaycandakı səfiri
Daniel Kristian Çiobanu
və ikinci katib Luminita Çiobanu dekabrın
30-da Milli Kitabxanada olublar.
Milli Kitabxananın direktoru
professor Kərim Tahirov
səfirə Milli Kitabxana haqqında qısa məlumat verərək, dünyanın
70-dən artıq kitabxanası
və ayrı-ayrı
təşkilatları ilə
beynəlxalq kitab mübadiləsi aparıldığını,
30-dan artıq ölkənin
kitabxanaları ilə
ikitərəfli qarşılıqlı
əməkdaşlıq barədə
Memorandumun imzalandığını
bildirib.
Direktor təəssüflə
qeyd edib ki, Rumıniya Milli Kitabxanası ilə əlaqə yaratmağa çalışsa
da, cəhdlər uğursuz olub. O, səfirdən
Milli Kitabxanalar arasında əlaqə yaratmağa yardımçı
olmağı xahiş
edib.
Daniel Kristian Çiobanu
Azərbaycanda işləməkdən
məmnunluğunu bildirib,
Rumıniya ilə Azərbaycanın sıx, dostluq əlaqələri olduğunu nəzərə
çatdırıb. O, Azərbaycan
Milli Kitabxanasının
həmişə xoş
sədasını eşitdiyini
söyləyib və Milli Kitabxana ilə əməkdaşlıq
layihəsi təklif edib. Rumıniya Mədəniyyət günləri
çərçivəsində Milli Kitabxanada "Rumın ədəbiyyatı
gecəsi" keçirilməsi
təklifini irəli sürüb.
Milli Kitabxana rəhbərliyi tərəfindən bəyənilib
qəbul edilən layihəyə əsasən,
ədəbiyyat gecəsinin
yanvar ayının
15-də keçirilməsi qərara alınıb.
Görüşdə xatirə şəkli
çəkilib, qonağa "Fotoalbom" (Azərbaycan, ingilis
və rus dillərində), Azərbaycanın xəritəsi, Azərbaycan
xalçaları ilə bağlı nəşr təqdim olunub.
525-ci qəzet.- 2016.- 6 yanvar.- S.7.