Sözün güneyləri çağırır məni: Sadıq Elcanlı - 60

 

Ömür yolundan səhifələr

 

Sadıq Elcanlı (İbrahimov Sadıq Qurbanqulu oğlu) 1956-cı il yanvarın 12-də Şabran (Dəvəçi) rayonunun Surra kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1992-ci ildə respublikanın əməkdar jurnalisti, 2009-cu ildə Naxçıvan MR Əməkdar İncəsənət xadimi adına layiq görülüb. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. «Sirli səsin sorağı» adlı ilk kitabı (povest hekayələr) 1985-ci ildə çap olunub. 1992-96-cı illərdə «Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin rəhbəribaş redaktoru işləyib. 1997-ci ildən Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziyanın «Ədəbiyyat publisistika» baş redaksiyasının baş redaktoru olub. 2006-ci ildən AzTV-də «Ədəbi-dram verilişləri» baş redaksiyasının baş redaktorudur. «Bəsdir, ağlama», «Köhnə kədər», «Qisasa qayıdış» bədii televiziya filmlərinin, ümummilli lider Heydər Əliyevə həsr olunan «Xilaskar», «Heydər Əliyev Azərbaycan dili», «Heydər Əliyev Naxçıvan», «Böyük ömrün anları», «Tikdim ki, izim qala» filmlərinin, «Üç zirvənin fatehi» (M.C.Paşa-yev), «Mətbuat fədaisi», (N.İmanquliyev), «Mirzə Cəlil möcüzəsi», «Naxçıvan: Azadlığın addımları», «Şərqdə doğan günəş», «Qarabağ abidələri», «Qədim yurdun baharı», «Mif», «Böyük yolun adamı» (Tofiq Hacıyev), «Əbədiyyət unvanı», «Əbədi zirvə», «Zərif işığın Zərifəsi» (Zərifə Əliyeva), « işığın möcüzəsi» (Aida İmanquliyeva), «Həmid Araslı həqiqəti», «Tarixin yollarında» (Vəli Əliyev), «Bir ömrün xatirəsi» (Nəsir Məmmədov), «Sirli salnamələr», bütövlükdə əllidən artıq sənədli telefilmin ssenari müəllifidir.

 

«Sadıq Elcanlı ədəbiyyatımızda yeni bir yol başlayıb. Bu, nəsrdə mifik-fantastik istiqamətdirMənə belə gəlir ki, Sadıq Elcanlının, xüsusilə, «Qanlı quzğun meydanı» , «Yaddaş yarası» romanları gələcəyin əsərləridir. (f.e.d. prof Nizaməddin Şəmsizadənin «Milli yaddaşa qayıdış» məqaləsindən).

 

«Sadıq Elcanlı birinci növbədə yazıçıdır, istedadlı yazıçıdır, böyük yazıçıdır, vətəndaş yazıçıdır». (Akademik Tofiq Hacıyev)

 

Sadıq Elcanlı 1977-ci ildən başlayaraq müxtəlif qəzet jurnallarda bədii, ədəbi tənqidi publisistik əsərləri çap etdirir, ardıcıl jurnalist fəaliyyəti ilə məşğul olur. «Sirli səsin sorağı» (1985), «Əbədi sevginin xatirələri» (1987), «Yaddaş yarası» (1991), «Qanlı quzğun meydanı» (1994), «Mənim mövqeyim» (1999), «Sükutun sonu» (2003), «Zülmət» (2014) başqa nəsr, publisistika kitablarının müəllifidir. Milli televiziyanın «Vətən», «Vətəndaş», «Azərbaycan dili», «Molla Nəsrəddin», «Şam işığında», «Araz», «Poeziya», «Sənətkar ömrü», «Klassik irsimizdən» başqa çoxsaylı daimi verilişlərinin yaradıcısı ssenari müəllifi olub. Əsərləri ərəb, rus, ingilis, bolqar s. dillərə tərcümə olunub. Ailəlidir, iki övladı var.

 

Sadıq Elcanlı - 60

 

Bir ömrün monoloqu

 

Hər dəfə kitablarıma, xüsusilə, povest romanlarıma gəlib çatan yolları düşünəndə uzaq bir məktəb həyətində çiçəkləyən meşmeşi ağacları düşür yadıma...

 

Bir qərib durna qatarı kimi nigaran, yorğun bir səs gəlir qulağıma: “A bala, belə zülm olmaz, dur yat, gözlərin tökülər...” Sübh namazına duran anam eyvandakı balaca mizin arxasında hələ yazı yazdığımdan qeyzlənmişdi, bütün gecəni yazdığım qalaq-qalaq yazılara baxa-baxa demişdi bu sözləri.

 

Sonra ağappaq işıq selində qapqara gözləri tökülə-tökülə aylar, illər keçib getdi.

 

Kimya-biologiya təmayüllü məktəbi bitirib Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Ötən əsrin 70-ci illərindəƏdəbiyyat incəsənətqəzetində ilk hekayəmin dərc olunduğu günün meşmeşi çiçəkləri kimi ağappaq sevinci qalıb yadımda...

 

Günlərin bir günüYazıçınəşriyyatındaSirli səsin sorağıadlı ilk kitabım çap olundu. Sonra Azərbaycan Yazıçılar İttifaqının Üzvlüyünə qəbul olundum. Sonra qalın jurnallarda hekayələrim, povestlərim, romanlarım işıq üzü gördü. Bəsdir ağlamaadlı bədii filmim, onlarla sənədli filmim çəkildi. SonraƏdəbi sevginin xatirələri”, “Yaddaş yarası”, “Qanlı Quzğun meydanı”, “Mənim mövqeyim, “Sükutun sonu”, “Zülmət başqa kitablarım çap olundu, haqqımda məqalələr, diplom işləri, dissertasiyalar yazıldı...

 

Uzaq bir məktəb həyətində, meşmeşi ağaclarının ağappaq çiçək işığında ədəbi taleyimin ilk cümləsini yazdığım gündən sənətin sehrinə, tilsiminə düşdüm. Ürəyimdən xəbərsiz heç yazmadım. Hərdən mənə elə gəlir ki, bütün romanlarım, povestlərim, hekayələrim qəlbimdə, ruhumun çöllərində məndən xəbərsiz yaşayan qərib xatirələrimdir. Bəzən durna qatarı kimi itgin düşən o qərib xatirələr sirli bir səslə zaman-zaman çağırıb, əzablı yollarla çəkib aparıb məni. gedib sözün əbədi sahillərində əbədi bir an xoşbəxt olmuşam. Hər dəfə qəzetlərdə, jurnallarda əsərlərim ürəyimcə çap olunanda, kitablarımın ilk nüsxəsini görəndə sevinmişəmqızım Günelin, oğlum Qurbanın, nəvələrim Hüseynin, Qalibin dünyaya gəlişinə sevindiyim kimi...

 

Mən nədən, necə, üçün yazıram? Bu, mənim üçün dünyanın ən çətin sualıdır. Həmişə kütləvi düşüncə bazarından, kütlə bozluğundan xalqa tərəf qaçmışam. Çünki Ziqmund Freyd demişkən, “Kütlə üzüyola heyvan sürüsünü, çobansız yaşaya bilməyən sürünü xatırladır”. Mən həmişə illüziyanın həqiqəti, irreal şüurun real gerçəkliyi sıxışdırdığı kütləyə doğru yox, xalqa, xalqın xilaskar fitri-tarixi gücünə, etnogenetik yaddaş enerjisinə, ümummilli ruhun, insanın xalqın qələbəsinə doğru getmişəm. Məsələn, Sovet dövründə, adətən, insan, xalq ədəbiyyatı yox, toplum, kütlə ədəbiyyatı yaratmaq mexanizmi işləyirdi, partiya maşınınıntəkərciyivintciyihesab olunan ədəbiyyat çox halda xalqın kütləyə, işlək, sərfəli sosial sürüyə döndərilməsinə xidmət edirdi. bu yerdə düşünürəm ki, yazıçı qələmi gizli nüvə enerjisi kimidir; o, insanın, xalqın, bütövlükdə bəşəriyyətin xeyrinə , zərərinə işləyə bilər. Məncə əsl ədəbiyyat insanda insan, kütlədə xalq, xalqda millət oyatmalıdır.

 

Əsər yazmaq yayın məhşər istisində ürəyi yanan adamın buz kimi bulaq suyundan içməsinə bənzəyir; bulağı içib qurtarmaq hələ heç kimə nəsib olmayıb...

 

Ədəbi yolum işığa heyrətdən, o heyrətin yazdırdığı ilk cümlədən başladı: “Yaz elə həvəslə, həsrətlə gəlmişdi ki, ağaclar əcəl yuxusundan oyanıb, heyrətlə ağappaq gözlərini açmışdı”. əlli yaşımıZülmətadlı mifoloji-fantastik romanla, 60 yaşımı 20-dən artıq əsəri birləşdirənYeni hekayələrsilsiləsiylə qarşıladım. ƏslindəZülmətromanı da işıq haqqındadır, daha doğrusu, işığın ölməsi haqqında; insanlıq adlı uzun yolun əvvəlində başlayan sonuna güzgü tutmuşam..

 

Ədəbiyyat təsəllidir, əbədi xoşbəxtlik ilğımıdır... dünyanın bütün yolları işıqdan zülmətə doğru gedir...

 

Bağımda əkdiyim, illər boyu nazını çəkdiyim ağacları ən yaxın dostlarım kimi hiss edirəm. Yazda ilahi bir eşqlə gül açan ağacların sevdalı gülüşlərini, bəzən qəfil qəhqəhələrini dinləməkdən, payızda bar-bəhərə hamilə ağaclarla könül söhbətinə qoşulmaqdan gözəl ola bilər!..

 

Hər ağacın öz səsi, sözü, öz dünyası var... Bu, badam ağacıdır, ən tez açan və ən gec solan çiçəkləri şahanədir; bu, alça ağacıdır, bir az gec, avqustun axırlarında yetişir, dadından doymaq olmur; bu, əzgil ağacıdır, elə bil böyüməkdən qorxur, xəsisliklə boy atır, dəmir kimi möhkəm, iradəlidir; bu qızılgülləri oğlum Qurban əkib, qışda, qar yağanda da cənnət ətirli sehirli, ovsunlu güllər açır...

 

Bəzi əsərlərim, etiraf edim ki, ağaclardan, onların sirri-xuda dediklərindən başlayıb. Məsələn, 25 il əvvəl “Azərbaycan” jurnalında çap olunanYaddaş yarası” romanımın ilk cümləsini Şabranda, dədə kəndim Surranın kəklikotu məskəni olan Daşlı dərəsində tənha bir qərbi ağacı pıçıldayıb mənə. “Susqun səsin soyuğu” adlı hekayəm ömrünün yaz fəslində, cavan çağında quruyan qəm qalası şabalıd ağacının danışdıqlarıdı, kədər kəməndi xatirələridi...

 

Uzaq dumanlar şəhəri Londondan, yaxın günəş paytaxtı Təbrizdən, əbədi ulduzlar şəhəri İstanbuldan keçdim. Şimal dənizinin sahilində, Norveçin Aberdin şəhərində qədim Qobustandan gələnlərin əbədiyyətə dönən səslərini eşitdim, Dəmir Qapı Dərbənddə, Oğuz, Hun qapılarında 1300 il əvvəlin Dədə Qorqud xatirələriylə əl tutub görüşdüm... Borçalıda, Qarayazı ellərində Aşıq Hüseyn Saraclının, Aşıq Əhməd Sadaxlının səs-söz sehrinə düşdüm. Qarabağda Boyat, Koroğlu, Şahbulaq, Əskəran, Şuşa qalalarının qonağı oldum. Böyük yazılardan, xüsusilə, romanlardan yorulanda 1600 yaşlı xatirələr qalası Çıraqqalaya pənah gətirdim; bu qalayla üz-üzə, göz-gözə, ürək-ürəyə ruhum dincəldi... Naxçıvanın ulu tarix yollarında dönə-dönə dolandım; bu müqəddəs məkanın şərəfli dünəni, uğurlu bu günü haqqında çəkilən 16 sənədli filmin ssenari müəllifi oldum. O filmlərin sonuncusu – “Şərqdə doğan günəş” filminin əvvəlində Naxçıvanın – Nuhçıxanın ilahi göndərişli tanrısal tarixinə heyrətləndim...

 

Əsərlərimi ömrümün zirvə həqiqətləri kimi yaşadım. “Əbədi sevginin xatirələri” romanında Adəm övladının həyat eşqinə, sonsuz sevgisinə sevindim, “Yaddaş yarası” romanında yurd yerinin yaralı yaddaş yollarından keçdim, “Qanlı Quzğun” meydanı romanında Oğuzun tarix meydanlarında dərdlə dola-dola düşündüm, “Zülmət” romanında balaca işığın ölümünə heyrətləndim... Və “Gedər-gəlməz” adlı təzə romanımda qalalı qəlbin quzey qarları üşüdür, Sözün güneyləri çağırır məni...

 

525-ci qəzet.- 2016.- 7 yanvar.- S.4