BİRCƏ TƏSƏLLİM VAR
Yüz ildən sonranı düşünürəm mən,
Min ildən sonranı düşünürəm mən,
Bu qoca dünyada nələr olacaq.
Yenə də beləcə axşam düşəcək,
Yenə də beləcə səhər olacaq.
Yenə
də arılar bal daşıyacaq,
Yenə də ilanda zəhər olacaq.
Əslimiz, nəslimiz yaşamaq
üçün,
Yenə kənd olacaq, şəhər olacaq.
Şəhər var, açılıb
gülə dönəcək,
Şəhər var, qovrulub külə
dönəcək.
Kənd
var, çiçək
açıb gözəlləşəcək,
Kənd var, göz yaşları
selə dönəcək.
Dünyada heç kəsin
boş qalmır yeri,
Gedənlər getsə də, gələnlər gəlir.
Ömrünü torpaqla, atəşlə,
suyla,
Yağışla, havayla bölənlər gəlir.
Yenə
göy güləcək
yağışlarıyla,
Yenə yer güləcək naxışlarıyla.
Bu dünya həmişə gözəl olacaq,
İnsanın dünyaya baxışlarıyla!
Yüz ildən sonranı düşünürəm mən,
Min ildən sonranı düşünürəm mən,
Bu qoca dünyada
nələr olacaq.
Yenə
oynadacaq sevinc atını,
Yenə daşürəkli kədər
olacaq.
Torpağı su basıb, sel aparanda,
İnsanın zəhməti hədər
olacaq.
Bu dağlar yenə də çiçəklənəcək,
İgidlər yenə də igidləşəcək,
Göyçəklər yenə də göyçəklənəcək.
Mən də qarışacam qara torpağa,
Sellər
aparacaq, bəlkə qəbrimi,
Məzarım hardadı, bilinməyəcək.
Bircə
təsəllim var, eşqim ürəkdən,
Adım
yaddaşlardan silinməyəcək!
lll
Hamı
bu şəhərə
dipdiri gəlir
Şəhər dünyasıdı...
gündə meydana
ağıllısı çıxır,
dəlisi çıxır.
Hərənin bir cürə
nəfəs kəsəni,
Hərənin bir cürə
zəlisi çıxır.
Hamı
bu şəhərə
dipdiri gəlir,
Hamının şəhərdən
ölüsü çıxır.
BU
DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMÜŞƏM
Mənim
yaşım uşaq yaşı deyil ki -
Hər ağacın
meyvəsini dərmişəm.
Allah mənə nə veribsə əzəldən,
Mən də onu bu dünyaya
vermişəm.
Baxmamışam şeytanların sözünə,
Düz baxmışam
həqiqətin gözünə.
Ömrüm boyu sevənlərin
üzünə,
Ürəyimi süfrə kimi sərmişəm.
Bu yollarda kim
ayılan, kim yatan,
Arzulara kim çatmayan,
kim çatan.
Nə ölənəm, nə itənəm, nə batan,
Qızıl sözdən qızıl divar hörmüşəm.
Çox
sonalar uçurmuşam
gölümdən,
Alov çıxır
içərimdən, çölümdən.
Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər
üzünü görmüşəm.
GÖRƏSƏN
Ömrün axırına nə
qalıb görən,
Ömrü ömür kimi sürəcəyəmmi?
Ətirli
çöllərin çıxıb
qoynuna,
Yazda çiçəkləri
dərəcəyəmmi?
Dünyaya dağılan şeirlərimi,
Ucalıb
dağ olan şeirlərimi,
Təzəcə doğulan şeirlərimi,
Qəlbin
süfrəsinə sərəcəyəmmi?
Qalmayıb dizimdə taqətim,
heyim,
Susub birdəfəlik
kamanım, neyim.
Bu gün-sabahlıqdı bəlkə
taleyim,
Görəsən sabahı görəcəyəmmi?
MƏZAR
Məzar
insanların döş
nişanıdır,
Yazılır daşlara ünvanı, adı.
Kim qəbir yerinə evim demədi,
Kim qara torpaqda dəfn olunmadı?
Uçmağa, qucmağa, qucaqlamağa,
Qanad yoxdu daha, qol yoxdu
daha.
Məzar
insanların son dayaq yeri,
Burdan o tərəfə
yol yoxdu daha.
Məzar
insanların sükut evidir,
Orda nə qapı var, nə pəncərə
var.
Qəbiristan deyilən bir məmləkətdə,
Keçilməz uçrum var, dərin dərə var.
Hamının dərdini çəkən
mən oldum,
Hamının ağrısı, azarı
məndə.
Başdaşım əyilib köksümə
sarı,
Dünyanın ən dərdli məzarı məndə.
lll
Ac gəlmişdim, ac gedirəm
dünyadan,
Qismətimə düşən azdan doymadım.
Arı kimi güldən-gülə dolaşdım,
Nə payızdan,
nə də yazdan doymadım.
Can yandırdı köz
baxışlar, köz
əllər,
Torpaq oldu, tez töküldü xəzəllər.
Saymazyana
gəldi-getdi gözəllər,
Nə işvədən,
nə də nazdan doymadım.
Nəğmələrlə ürəyimi aldılar,
Şirin-şirin xəyallara daldılar.
Min bir yerdə min bir hava çaldılar,
Nə aşıqdan,
nə də sazdan doymadım.
Zəlimxan Yaqub
525-ci
qəzet.- 2016.- 12 yanvar.- S.8.