Xalq şairi Zəlimxan Yaqub dəfn  mərasimi keçirildi

 

"Təzəpir" məscidində keçirilən mərasimdə prezident İlham Əliyev də iştirak edib

 

Yanvarın 9-da dünyasını dəyişən xalq şairi Zəlimxan Yaqubla bu gün  vida mərasimi keçirilib. "Təzəpir" məscidində keçirilən mərasimdə prezident İlham Əliyev iştirak edib mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Zəlimxan Yaqub birinci fəxri xiyabanda dəfn olunub.

 

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Zəlimxan Yaqubla vida mərasimi keçirilib.

 

Təzəpirməscidində keçirilən mərasimdə Prezident İlham Əliyev iştirak edib. Dövlət başçısı mərhumun ailə üzvlərinə başsağlığı verib.

 

Vida mərasimində dövlət hökumət nümayəndələri, deputatlar, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

 

Görkəmli şair, tanınmış ictiami xadim Zəlimxan Yaqub Fəxri xiyabanda dəfn olunub. Dəfn mərasimində izdihamla yadda qalıb.

 

Ədəbiyyatsevərlər, Zəlimxan qələminin aşiqləri onu son mənzilə yola salmaq üçün toplaşıblar.

 

"Şöhrət" "Şərəf" ordeninin sahibi olan şair, uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi.

 

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. O, 10 il Milli Məclisin deputatı olub.

 

525-ci qəzet.- 2016.- 13 yanvar.- S.8