Görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin elmi irsinə bir nəzər

 

ƏDƏBİYYAT İNSTİTUTUNA RƏHBƏRLİK DÖVRÜ

 

1987-ci ildə Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuna rəhbərlik etməyə başlayan Y. Qarayevin qarşısında məsul vəzifələr dururdu: institutun elmi potensialının qorunub saxlanılması eyni zamanda müstəqil Azərbaycanın maraq tələbatı nəzərə alınaraq elmi araşdırmaların aparılmasının təmin olunması. Zaman şərait Y.Qarayevdən riskli eyni zamanda müxtəlif istiqamətlərdə düşünülmüş tədbirlərin həyata keçirilməsini tələb edirdi: ədəbiyyatımızın xaricdə təbliği, müxtəlif ölkələrə səpələnən (mühacir etmiş) yazarların vahid mədəni mühitdə cəmləşdirilməsi, folklor irsinin yadlar tərəfindən mənimsənilməsinə qarşı mübarizənin təşkili sairə.

 

Y. Qarayev AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun rəhbəri kimi ədəbiyyatımızın digər ölkələrdə təbliğ edilməsinə xüsusi əhəmiyyət verirdi. Ədəbiyyat İnstitutunun 1991-ci ildə "Gəncəli Nizami" 1993-cü ildə "Şəhriyar poeziyası: qaynaqlar ənənələr" mövzularında keçirilən beynəlxalq simpoziumlarında fəal iştirakı elmimizin mədəniyyətimizin təbliği sahəsində atılan mühüm addım idi.

 

Y. Qarayev Ədəbiyyat İnstitutunun rəhbəri kimi mühacirət ədəbiyyatına xüsusi diqqət ayırmışdı. 1991-ci ildə rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat İnstitutu Bakıda üslubca, ideyaca zəngin mühacirət ədəbiyyatının problemlərinə həsr olunmuş Beynəlxalq simpozium təsis edildi. Mühacirət ədəbiyyatımızın Ə. Hüseynzadə, Ə. Ağaoğlu, M.Ə. Rəsulzadə, A. İldırım kimi simalarının həyat yaradıcılıqlarının tədqiq edilməsi məhz bu işin davamı kimi qiymətləndirilməlidir. Bu simpoziumda Y. Qarayevin özünün qeyd etdiyi kimi mühacirlərin elmi bədii irsinin, mühacirətdəki arxivlərin planlı nəşrinin perspektivləri müəyyənləşdirildi. Simpoziumda mühacirətin ideya-təşkilati vəziyyəti təhlil süzgəcindən keçirildi.

 

Folklor irsinin yadlar tərəfindən mənimsənilməsinə qarşı mübarizəyə xüsusi diqqət yetirən Y. Qarayev İnstitutda "Kitabi-Dədə Qorqud" dastanının hərtərəfli tədqiqatını təşkil etdi. Y. Qarayevin təşkilatçılığı ilə "Kitabi-Dədə Qorqud" dastanına aid tədbirlər həyata keçirildi. 1997-ci ildə "Kitabi Dədə Qorqud-1300" mövzulu beynəlxalq simpozium, 1998-ci ildə Dədə Qorquda həsr olunmuş Sovet Türkiyə alimlərinin Bakıda keçirilən II kollokviumu, 2000-ci ildə "Kitabi Dədə Qorqud dünya epos ənənələri" mövzusunda Beynəlxalq elmi simpozium məhz Y. Qarayevin təşkilatçılığı ilə gerçəkləşdi.

 

ƏDƏBİYYAT TARİXİ YAŞAR QARAYEVİN ELMİ ARAŞDIRMALARINDA

 

Y. Qarayev ədəbiyyat tarixinin bir sıra problemlərini tədqiq etmiş, elmi yeniliyi əhəmiyyəti ilə seçilən nəzəri konsepsiya tezislər irəli şürmüşdür: Şərqdə çoxetaplı intibah konsepsiyası, "Təsəvvüf intibahı"nın Şərq ədəbiyyatına təsir formaları, Nizaminin Şərq İntibahında xüsusi yer tutması, Şərq İntibahı Avropa İntibahı arasında əlaqələrin tipoloji həmahəngliyin olması, Füzuli yaradıcılığının Şərq İntibahı çərçivəsində türkcənin Şərqdə hakim dil səviyyəsinə qaldırılmasına təsiri, M.F. Axundovun Azərbaycanda realizmin inkişafında fərdi milli konkretlik gətirməsi, o cümlədən, latın əlifbasına keçilməsi probleminin ictimai elmi dairələr qarşısında qaldırılmasında rolu, milli ədəbiyyatın "Ən yeni dövr"ünü Xalq Cümhuriyyəti dövrüylə başlamaq təklifi.

 

Y. Qarayev həyat ehtiraslarının nikbin təsvirini İntibah realizminin fərqləndirici xüsusiyyətlərindən biri hesab edirdi: Onun  fikrincə, Avropa İntibahı üç müxtəlif müstəqil tarixi-mədəni mərhələnin bir-biri ilə üçtərəfli qarşılıqlı əlaqəsi zəminində meydana çıxır: keçmişin (antik dövrün) əsasında, indinin ("tutqun" orta əsrlərin) inkarı prosesində gələcəyin (orta əsrləri əvəz edən "Yeni zamanın") yaranması şəklində! Şərqdə İntibah mədəniyyəti isə eyni bir sürəkli mürəkkəb epoxa vahidi daxilində - orta əsrlərdə cərəyan edir". Y. Qarayev Şərq orta əsrlərinin Avropanın orta əsrləri ilə deyil, məhz İntibah dövrü ilə qarşılıqlı analogiya təşkil etməsi faktını bir ziyalı kimi görə bilmişdi.

 

Dini-mənəvi dəyər olan "Təsəvvüf intibahı" - yəsəvilik Y. Qarayevə görə "islamdan sonrakı şeir, musiqi, rəssamlıq, memarlıq ilk bədii kültürü intibahını" özündə əxz etdirən təlim idi. Y. Qarayev təsəvvüfün humanizm, əxlaq saflığına elmi-maarifə meyl etməsini, yalan harama isə nifrət tərbiyə etməsini göstərmişdir. "Əslində, yəsəvilik - folklorla, xalqla eyniyyət epoxasının təcəssümü hadisəsi olmuşdur" deyən Y. Qarayev yəsəviliyin yaranması tarixinə toxunarkən, onun "son böyük köç"dən sonra meydana çıxdığını qeyd edib.

 

Y. Qarayev İslam intibahı "xilafətinin" beşiyi başında dayanmış Nizamidə həyata rassional münasibət insanın mənəvi dünyasının dərindən təqdiminin özünü göstərdiyini yazır. O, Nizamidə İntibah dünyagörüşünün xəlqilik demokratizm, humanizm əqlə hörmət, böyük hərfli insan axtarışları kimi bir çox əsas xüsusiyyətlərinin cəmləşdiyini bildirir. Y. Qarayev ilk mənzum roman-epopeya müəllifi Nizamini novator, həmçinin islahatçı şair kimi dəyərləndirmişdir.

 

XIV əsrin əvvəlləri XVI əsrin sonlarında İntibah dövrü ya Renesans (fr. Renaissance, ital. Rinascimento - "Yenidən doğulma") Avropa mədəniyyəti tarixində, Orta əsr Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq Qərbi Mərkəzi Avropada meydana çıxıb. Türk bədii məkanında Şərq-islam intibahının Avropa intibahından əvvəl meydana çıxması mübahisələr doğurur. Adam Mets qeyd edir ki, X-XII əsrləri əhatə edən Müsəlman İntibah Dövrü Avropa İntibahına zəmin yaradıb. Bu baxımdan, Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışı da istifadə olunması labüddür. Y. Qarayev isə türk bədii məkanında Şərq-islam intibahının Qədim Ellada, həmçinin Avropa İntibahı arasında tipoloji həmahənglik olmasını qabardır. Şərq-İslam İntibahının Avropa intibahına təsirini açıqlayan ədib yazır: "Neçə əsr sonradan Qərbdə Avropa İntibahının hazırda müasir elmi dünyanın davam inkişaf etdirdiyi humanist cəmiyyət ədalətli rəhbər (şah) ideyası Nizaminin bütün həyat yaradıcılığı boyu məşğul etmişdir".

 

Y. Qarayev Avropa İntibahı Şərq-islam İntibahı arasındakı fərqli cəhətləri izah etmişdir. O, Avropa İntibahını xristianlıqla antik ənənənin sintezi kimi meydana çıxdığını qeyd edirsə, Şərq-islam İntibahının islamla sufizmin qaynağı kimi formalaşdığını göstərir.

 

Füzulinin milli-ədəbi tarixi missiyasının "poeziyada nəsrdə türkcəni Şərqdə hakim elitar-genel dil səviyyəsinə qaldırmaq!" olmasını qeyd edən alim, milli dilin təşəkkül tapmasında şairin rolu missiyasını başa düşməsini onun qələmə almış olduğu əsərləri ilə isbatlayır. Y. Qarayev "ərəb torpağında, ərəb süjetini türk dilində qələmə" alan Füzulinin bu əməlinin Yaxın Orta Şərq yazılı şifahi ədəbiyyatında "türk dili məkanı"nı yaratdığını vurğulayır. O, Füzulinin türk təfəkkürü türk dili ilə "ümumi islam mədəniyyəti"nə xidmət etməsini önə çəkir. Füzuli türk dilində şeir yazmaq ənənəsini Şərqdə elitar ənənə səviyyəsinə yüksəltməyə qadir olan dahilərimizdəndir. Şairin yaradıcılığındakı " dil stixiyası təpədən - dırnağa oğuz-azəri stixiyasıdır" deyən Y. Qarayevin bu fikri Füzulinin artıq XVI əsrdən fərqlənməyə başlamış azəri türkcəsində yazıb-yaratmasını tutarlı şəkildə təsdiqləyir.

 

Y. Qarayev XIX əsrin maarifçi realisti M.F. Axundovun milli ədəbiyyata mədəniyyətə realist istiqamət verməsini, fərdi milli konkretlik gətirməsini, həmçinin maarifçi-realist fəlsəfi fikrinin əsasını qoymasını vurğulayır. Bədii yaradıcılığına "Səbuhi" təxəllüsü ilə şeirlə başlamış M.F. Axundov Şərq aləmində, türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub. M.F. Axundov 1850-1855-ci illərdə qələmə aldığı komediyalarında Şərq qadınlarının səhnə obrazlarını yaratmağa nail olub. Y. Qarayev M.F. Axundovun ərəb qrafikalı yazının əleyhinə olmasını Şərqdə əlifba hərəkatında ilk dalğa rolunu üzərinə götürməsi amilinə toxunub. O göstərir ki, "son zamanlar islam əlifbasının ərəb, fars türk dillərinin yazılışı oxunmasındakı nöqsanlarını müşahidə edərək, həmin dillərin öyrənilməsini asanlaşdırmaq məqsədilə islam yazı qaydalarını dəyişdirməyi lazım bildim" deyən böyük mütəfəkkirin fikrincə, "...bizə elə bir əlifba ixtira etmək lazımdır ki, onun nəticəsində üç məqsədə çatmaq mümkün olsun; yəni birinci - asan oxumaq; ikinci - asan yazmaq; üçüncü - asan çap etmək..."

 

(Ardı var)

 

 

Salidə ŞƏRİFOVA

filologiya üzrə elmlər doktoru, dosent

525-ci qəzet.- 2016.- 13 yanvar.- S.6