Yaşadan və yaradan
poeziya
Təxminən 25 ilə yaxındır ki, Vüqar Mirzəzodənin yaradıcılığını
mütəmadi olaraq izləməyə çalışıram. Bu da ən əsası
onun yaratdıqlarının
ilahi bir hikmətə sevdalanması
ilə bağlıdır.
Daxildən gələn yanğı
ilə yazır Vüqar.
Onun yaradıcılığında
tükənməz sevgi
var. Bu bahar ətirli, yaz ovqatlı sevgiyə sadiq qalmaqla şair oxucusuna da sədaqət,
etibar, inam qazandırır. Elə buna görə
də Vüqar Mirzəzodənin həyat
yolu şərəflidir.
Vüqarı oxuyanlarıın qarşısında
ucalığa, kamilliyə
doğru yol açılır.
Şairin misralarında
olan bəşəri duyğular könül dünyamızı
zənginləşdirir, zövq yaşadır bizə. Bu, pak, sevən ürəklərdə
su içən sətirlərdir. Odur ki, Vüqarın yazdıqları, yaratdıqları
oxucu qəlbinə məqamında hakim kəsilir,
ürəklərdə özünə
əbədi yurd-yuva salır. Bu ölməyən
sədaqətdən ömürlərə
də təzə məhəbbət gəlir.
Şair
ürək oxşayan
arzularla deyir:
Yığıb qucağıma arzularımı,
Xınatək əlinə yaxmağa gəldim.
Baxışın gözümdə gizlənsin
deyə,
İllərlə üzünə baxmağa
gəldim.
Sən mənim gecəmin ay işığısan,
Qəlbimi oynadan eşq aşıqısan.
Bənövşə tək yazın
yaraşığısan,
Bulaqtək yanında axmağa gəldim.
Vüqar sözə könül verən gündən ona ilahi varlıq
kimi yanaşıb.
O dərk edir
ki, bütün saflığın, xoş
niyyətin könül
lisanı məhz gözəl sözdür.
Bu mənada, sözün eşqinə
Füzulinin "Artıran
söz qədrini sidq ilə qədrin
artırar, Kim nə miqdar olsa da,
əhlin eylər ol miqdar söz"
misraları Vüqarın
ömür
qismətinə düşən
şairlik kredosuna dönür və o yaşadığımız həyatda
yaxşı-yamanı görə-görə
yazır.
Vüqarın yaradıcılığında insana doğma olan saf sevgi
şeirləri daha çoxdur. Nə yaxşı ki,
o sevgi şeirlərini
yazanda pafosdan, yapma təəssübkeşlikdən
uzaq aləmə düşür. Şairin başından,
ruhundan, ürəyindən
gələn incə duyğular elə sehrlidir ki, onların
şirinliyini dadmamaq qeyri-mümkündür. Qısaca desək,
Vüqarın sevgidən
söz boyunbağısına
düzülən şeirləri
insanın hiss və düşüncələrini zəngin
edir, könül dünyasına bənövşə
qoxulu bahar havası gətirir.
Bu kənd bir cənnət
bağı,
Sən də bir sona,
gözəl!
Sənsiz
qala bilmədim,
Qayıtdım sənə, gözəl!
Ömür-günümdə təksən,
Tez inciyən
ürəksən.
Sən həmişə gərəksən,
Ölüncə mənə, gözəl!
-deyən şa irin misralarında sadəlik, təravət, təbiilik onun daxili dünyasındakı təmiz eşq ilə vurulduğu, könül verdiyinə etibarlığı
göstərməklə başqalarında həyatda
belə sevməyi istəyir. Elə hər şeyə
məhəbbətin düzgün
yolu belədir. Sevgi bizimlə əbədi yaşasın deyə, Vüqar hər növ əsər
yazanda ən əsası doğruluq, saflıq, halallıq bütün yaradıcılığına hakim olur, bir nur
çeşməsi kimi yaşadığı,
duyduğu hisslərə
qatılır. Doğma
yurda, ana torpağa, onun insanlarına ,
təbiətinə, gözəlliyinə
ünvanlanan şeirlərində
istedadla çəkilən
zəhmətin halallığı
eyni dərəcədədir.
Məhz buna görə də Vüqarı oxuyanda dünyanın bütün nəcib, gözəl tərəflərini
yaxşı görürsən,
sevgi dolu ürəklə sevməyin
gəlir. Bu insanlığa
başlanan sevgi sonradan sənin özünə qayıdır.
Həyat, gün şirinləşir, ömür
xoş ülfət, mehr-məhəbbət naminə
bir az
da uzanır. Vüqara gözəlliyin içindən keçə-keçə ailəsinə,
elinə-obasına, vətəninə, xalqına və onun mənəviyyatına sonsuz məhəbbətlə yaşayan
şairdir demək olar. Kimin ki, qəlbin
də yurduna-yuvasına
bağlılığı var, könül nəğmələrin poetik
çələngi olan
bu poeziyadan doymur. Ondan aldığı ilhamla həyatın özündə bir həyat yaşayır.
Vüqar həm də ona görə xoşbəxt şairdir ki, bədii yaradıcılığı elə şəxsiyyətinin
özüdür. Yəni, onun
söz dünyası şəxsiyyətinin sığa
bildiyi ölçüdədir. Şairin parlaqlığı
da, işığı
da özünə bənzəyir.
O, kamillik zirvəsini yaratmaqla, yaşatmaqla ucalır. Düzlük, paklıq, ədalət, ülvilik
motivləri müəllifin
əsərlərinin ruhundan
qırmızı xətt kimi keçir:
Vüqaram, pakdır ürəyim,
Halaldır duzum, çörəyim.
Var axirət bir diləyim,
Müjdələyə cənnət məni.
Və
ya:
Öyrət halala əlləri,
Qoy sıxmasın
minnət səni.
Düz olarsa əməllərin,
Tez tapacaq şöhrət səni.
Vüqar
Mirzəzodənin yaradıcılıq
janrları rəngarəng
və müxtəlifdir.
Həm azəri türkcəsində, həm
də talış dilində qoşmalar, qəzəllər,
sonet və bayatılar yazır. Onun hər misrasında
həyat eşqi, yaşatmaq, yaratmaq naminə əbədi sönməz bir işıq var.
Vətən, xalq məhəbbəti ilə
çırpınan ürəyin dərinliklərindən
axan sözlər sıralananda insanı büsbütün valeh edir. Sözün sehrinə
bələnib öz ab-havasından ayrılıb
özgə aləmə düşürsən.
Elə sözün ehtizazında bir dünya daxili sevinc yaşayırsan.
Sonra bu şeirlərdəki həyatı
yaşamaq vasitəsi, özünütəsdiq
səni yenidən özünə qaytarır.
Artıq həyatı
başqa cür görürsən, onun mənəvi zənginliyini
dərkə edirsən,
ruhən sakitləşir,
sanki şəlalə
səsindəki rahatlığı
alırsan.
Səhər oyanırsan bülbül
səsinə,
Harda var sənintək dilbər bir guşə.
Görənlər heyrandır gözəlliyinə,
Bir yanın
dağlardır, bir yanın meşə.
Gözəl yamaclardır rəngarəng
donun,
Belə gözəllikdən mən
necə keçim.
Verərəm ömrümü, qoy
sənin olsun,
Eşqin ürəyimdə dünyadan
köçüm.
Ulu Tanrı paylayanda gözəllik,
Bəxtinə hər cürə gözəllik düşüb.
Tarixin var neçə-neçə
minillik,
Uğrunda igidlər, ərlər vuruşub.
Vüqar üçün Azərbaycanın
hər bir guşəsi doğmadır,
əzizdir. Onun hər şeirində
Vətən eşqi, ana mehri duyulur.
Fərəhin, sevginin şeiriyyəti elə buna deyərlər. Fikirlər necə də poetik və lakonikdir. Onun şeirlərini oxuduqca düşüncəyə
işıq gəlir,
Vətən məhəbbəti
ilə ürək böyüyür. Vüqar
demək istəyir ki,
o insan xoşbəxtdir
ki, varı-dövləti
öz daşında, divarında görür. Cənnət də Vətəndir,
şöhrət də.
Həm də o müasir gəncliyi qurub-yaratmağa,
doğma torpağa ürəkdən vurulmağa
çağırır. Vüqarın yaradıcılığının
dəyərli tərbiyə
gücünə malik
olması da bununla bağlıdır.
O, həqiqəti yazdığına
görə qəlb evimizin
qapısını asanlıqla
açır, könül
ruhumuzu dilə gətirir.
Zəfər
ORUCOĞLU
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.-
2016.- 13 yanvar.- S.8.