Qafar Sarıvəllinin yubiley sərgisi - "Rənglərin
poeziyası"
Yanvarın 12-də Rəssamlar İttifaqının
V.Səmədova adına
sərgi salonunda Rəssamlar İttifaqının
üzvü, tanınmış
rəssam Qafar Sarıvəllinin 60 illik yubileyinə həsr olunmuş "Rənglərin
poeziyası" adlı
fərdi sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Rəssamlar
İttifaqının katibi,
Xalq rəssamı Ağaəli İbrahimov Qafar Sarıvəllinin sərgidə rəngkarlıq,
qrafika və plakat janrında 60-dan çox əsərinin nümayiş olunduğunu
bildirib.
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, Xalq şairi Nəriman Həsənzadə,
"Azərbaycan" jurnalının
baş redaktoru, Əməkdar incəsənət
xadimi İntiqam Qasımzadə və digər çıxış
edənlər doğulduğu
torpağı, laləzar
çəmənləri, gur
çayları, tanınmış
ziyalıları, sadə
zəhmət adamlarını
və üzü nurlu körpələri sevə-sevə öz tablolarında canladıran
Q.Sarıvəllinin şair
təbli rəssam kimi sevildiyini vurğulayıblar.
Bildirilib ki, rəssamın əsərləri bir necə dəfə respublika və beynəlxalq sərgilərdə
nümayiş etdirilib. Fırça ustası 100-dən çox
kitaba illüstrasiyalar
çəkib, əsərləri
muzeylərdə, qalereyalarda
və şəxsi kolleksiyalarda saxlanılır.
Sonda Qafar Sarıvəlli tədbirin
təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib.
Sonra iştirakçılar sərgi
ilə tanış
olublar.
Rəssamın sayca dördüncü
olan bu sərgisində
"Aşıq Ədalət",
"Göyəzən dağı",
"İncə dərəsi",
"Azadlıq işığı",
"Muğam aləmi",
"Yurda bağlı
ömür" və
başqa əsərləri
tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanıb.
525-ci qəzet.- 2016.- 14 yanvar.- S.7.