Multikulturalizmin Azərbaycan modeli

 

DÜNYANIN BİR ÇOX DÖVLƏTLƏRİNİN AZƏRBAYCANIN TOLERANTLIQ VƏ MULTİKULTURALİZM MODELİNDƏN FAYDALANMASINA EHTİYAC VAR

 

 

Hazırda dünyada iqtisadi, siyasi hərbi böhran getdikcə dərinləşməyə doğru gedir.

 

Qlobal böhran dövründə ayrı-ayrı dövlətlərin iqtisadiyyatı zəifləyir, siyasi intriqalar, münaqişələr daha da artır. Bütün bunların arxasında isə dünyada öz maraqlarını diktə etməyə çalışan böyük güclər dayanır.

 

Məlum çevrələr xüsusilə gəlirlərini neft hesabına formalaşdıran dövlətlərin iqtisadiyyatını süni yollarla çökdürməyə çalışdıqları kimi, din, məzhəb irqlərarası nifaq toxumu səpməklə mədəniyyətlərarası əlaqələrə böyük zərbə vururlar. Ona görə , terror, separatizm meylləri azalmaq əvəzinə sürətlə genişlənərək dünya ictimaiyyəti üçün böyük hədəyə çevrilib. Eyni zamanda, islamafob qüvvələr terrorizmi məhz müsəlmanlarla əlaqələndirərək, dünyada İslama qarşı nifrət aşılayır. Təbii ki, belə olan halda, sivilizasiyalararası toqquşmalar da qaçılmaz hala gəlib çatır. Halbuki, dünyada tolerantlıq, multikulturalizm kimi ali dəyər - bilavasitə insan hüquq azadlıqları ilə bağlı olan fundamental prinsiplər var. Bu gün sivilizasiyaların dağıdıcı qüvvələri bu dəyərlərin üzərindən birdəfəlik xətt çəkmək istəyir. Lakin İslam dünyası ilə xristian dünyasının kəsişmə nöqtədə yerləşən Azərbaycan, həm dinlər arasında körpü, barışdırıcı qüvvə rolunu oynamağı qarşısına məqsəd qoyub. Din irqindən asılı olmayaraq, dünyanın müxtəlif ölkələrindən Azərbaycana səfər edən insanlar burada mövcud olan multikultural, tolerant mühiti öz gözləri ilə görür duyurlar. Ölkəmizdə mövcud olan məscid, kilsə, sinaqoq digər ibadət ocaqları hər bir insana mənsub olduğu dinin ayinlərini icra etməyə imkan verir. Azərbaycanda heç kəs daşıdığı din, mənsub olduğu irqə görə təzyiq, ayrı-seçkiliyə məruz qalır. Çünki ölkəmizdə tolerantlıq, multikulturalizm artıq həyat tərzinə çevrilib. Dünyanın bir çox dövlətlərinin isə Azərbaycanın tolerantlıq modelindən faydalanmasına ehtiyac var.

 

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları qarşıda duran vəzifələrə dair iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, bu bizim böyük sərvətimizdir: "Azərbaycan nümunəsi göstərir ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə, qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər. Azərbaycan bundan sonra da çalışacaq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində həll olunsun, regionda dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin".

 

Bu məqsədlə ölkə başçısı 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan edib. Prezident bildirib ki, Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb: "Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır".

 

Prezident bu il Bakıda mötəbər beynəlxalq tədbir - Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəyini deyərək bu, forumun dünya miqyasında çox böyük beynəlxalq tədbir olduğunu bildirib: "Sivilizasiyalar Alyansının Qlobal Forumu BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən tədbirlərdəndir. Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Bilirsiniz ki, Bakıda ənənəvi Humanitar forumlar keçirilir. Mədəniyyətlərarası Dialoq forumları bir neçə dəfə keçirilib. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi doğrudan da həm bizə verilən böyük qiymət, həm ki bizim üçün böyük şərəfdir".

 

Daha sonra Azərbaycanın regionda sabitləşdirici rol oynadığını diqqətə çatdıran dövlət rəhbəri 2015-ci ildə Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını deyib.

 

Keçən il Prezident xarici ölkələrə 20 rəsmi işgüzar səfər edib. Xarici ölkələrin 15 dövlət hökumət başçısı Azərbaycanda olub.

 

İlham Əliyev vurğulayıb ki, Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynamağa çalışacaq: "İran Səudiyyə Ərəbistanı Azərbaycan üçün yaxın dost ölkələrdir. İran-Səudiyyə Ərəbistanı münasibətlərində yaranmış gərginlik istər-istəməz müsəlman aləmində baş verən hadisələrə təsir göstərir bizi narahat edir. Azərbaycan həmişə çalışıb ki, müsəlman aləmi daha da sıx birləşsin".

 

Məsələylə bağlı Yeni Azərbaycan Partiyasının Siyasi təhlil proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Prezident dünyada dini, irqi ayrı-seçkilik zəminində baş verən hadisələrə diqqət ayıraraq, Azərbaycanda bu tip hallara rast gəlinmədiyini bildirib: "Azərbaycanda müxtəlif mədəniyyətlərin nümayəndələri sərbəst şəkildə yaşayır, öz dini ayinlərini icra edirlər. Ölkədə multikulturualizmə xüsusi diqqət göstərilir. Bunun bariz göstəricilərindən biri dövlət rəhbəri İlham Əliyev tərəfindən 2016-ci ilin multikulturalizm ili elan olunmasıdır".

 

Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə bildirib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ili multikulturalizm ili elan etməsi gözlənilən idi. Onun sözlərinə görə, məntiqi ardıcıllıqla Azərbaycanda turizm, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı ili elan olunaraq bu sahələrin inkişafı istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılıb: "Prezident İlham Əliyev dünyada regionda baş verən prosesləri nəzərə alaraq bu ilin multikulturalizm ili elan olunması haqqında qərar qəbul edib".

 

R.Zeyni qeyd edib ki, Azərbaycanda tolerantlıq həyat tərzini çevrilib: "Keçən il ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bütün dünyanı telerantlığın Azərbaycan modeli ilə tanış edib. Bu mənada, 2016-cı ilin multikulturalizm elan olunması bir daha dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmək, xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənələrini beynəlxalq ictimaiyyətə təqdim etmək deməkdir. Bu Azərbaycanın vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları üçün vacib elandır. Biz onsuzda müxtəlif layihələr vasitəsilə multikulturalizm prinsip ənənələrini dünyaya yayırıq. Ancaq biz böyük imkan qazandıq ki, 2016-cı ildə bu istiqamətdə üzv olduğumuz beynəlxalq təşkilatlarla əməkdaşlıq edək bu vasitə ilə Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıraq".

 

Milli Məclisin vitse-spikeri Bahar Muradova "Trend"ə bildirib ki, Prezident İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan etməklə Azərbaycanın multikultural ənənələr yaşadıcısı, müəyyənləşdiricisi olduğunu bir daha göstərib və Azərbaycanın başqa xalqlara, millətlərə də bu istiqamətdə yardım göstərmək imkanlarını vurğulayıb: "Bu gün dünyada multikulturalizm sahəsində çox ciddi böhran yaşanır, sivilizasiyalararası, dinlərarası, millətlərarası problemlər getdikcə kəskinləşir, müharibə ocaqları xeyli sayda artıb, milyonlarla insan öz yaşadıqları mühiti tərk etməli olur, mədəniyyətlərindən ayrı düşür, onlar tamamilə yad mədəniyyətlərlə, mühitlə üzləşir ki, bu da onların həyatlarında, eyni zamanda getdikləri ölkələrdə ciddi problemlər yaradır. Hazırda o qədər ciddi kataklizmlərlə dolu qarışıq bir dövrdə yaşayırıq ki, belə bir məqamda Azərbaycanın tolerant bir mühitə, cəmiyyətə malik olması və bunun dünya ictimaiyyətinə təqdim edilməsi işinin yüksək səviyyədə təşkil edilməsinin özü ötən ilin ən yadda qalan hadisələrindən biri olub. Bu baxımdan təsadüfi deyil ki, Prezident bu ili "Multikulturalizm ili" elan edib. Azərbaycan bu gün beynəlxalq aləmdə özünəməxsus milli etnik, ictimai-siyasi mühiti baxımından seçilir hesab edirəm ki, biz bu il , qarşıdakı ildə bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".

 

Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov isə qeyd edib ki, Azərbaycan dünyada tolerantlıq, multikultural ənənələri ilə tanınır: "Paytaxt Bakıda məscid, kilsə, sinaqoq bir-birinə yaxın məsafələrdə yerləşir: "Azərbaycanda müxtəlif dinlərin daşıyıcıları arasında heç bir problem, ədavət müşahidə olunmur. İnsanlar dini görüşlərinə görə diskriminasiyalara məruz qalmırlar. Məhz buna görə , 2016-cı ili Prezident İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan olunması Azərbaycan formalaşmış, həyat tərzinə çevrilmiş bu mühitdə daha çox fayda verəcək, dünya dövlətləri üçün nümunə sayılacaq. Ümid edirəm ki, bu il çərçivəsində Qeyri-hökumət təşkilatları olaraq bizlər aktivlik nümayiş etdirərək, Azərbaycan təcrübəsini dünyaya çatdıra biləcəyik".

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2016.- 15 yanvar.- S.4.