Ananın
Bu dünyanın özü boyda dərd çəkər,
Dərdlərimiz çiyin əyər, bel bükər.
Anasız gözümə duman, çən çökər,
Yaşadar sevgisi bizi ananın.
Həyatın hər üzü ona yaz olar,
Çəkə r fikrimizi, fikri az olar.
Möcüzə axtarmağa nə ehtiyac var?
Vallah, möcüzədi
özü ananın.
Anam var, xoşbəxtəm, anladım sonda,
Həyatın mənası ondadır, onda.
Üstümüzdən əskik olmaz bir an
da,
Nəzər duasıdır gözü
ananın.
Milana CANIZADƏ
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.29