Geri qayıt,
uşaqlığım
Geri qayıt, uşaqlığım,
Sənə ehtiyacım var.
Xoş keçmir gəncliyim.
Onsuz yoxdu dincliyim.
Geri qaytar o illəri,
Şirin-şəkər xəyalları
Evcikləri, oyuncaqları...
Axı bilməzdim
dərd-sər nədi?!
Təkcə dərdim oyuncağımın
Qonşu
uşağının oyuncağından
Kiçik olması idi...
Geri qaytar o illəri,
Ancaq bir istəyim var:
Apardıqlarını da geri qaytar.
Göz açıb gördüyüm
insanları-
Yaxınları, doğmaları
Geri qaytar
uşaqlığımla birlikdə.
Simran
ƏLİZADƏ
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.29