Səni sevəcəyəm ölənə
qədər
Daha gizli saxlamıram sevgimi,
Etiraf edirəm həqiqəti mən.
Tək səni sevmişəm bu günə qədər,
Bundan sonrasını bilmək istəsən,
Səni sevəcəyəm ölənə qədər.
De, ürək sevgisiz
yaşasın necə?
Adını söyləyib sızlar hər gecə.
Səndə xoşbəxtliyi tapdım,
sadəcə
Bir ömür qismətim olsa da kədər,
Səni sevəcəyəm ölənə
qədər.
Gəlmədin, yollarda qalıbdır
gözüm,
Hicran əzabından
canda yox dözüm.
Bircə
təsəllim var, budur əzizim,
Bütün sevən kəslər
olmur bəxtəvər,
Səni sevəcəyəm ölənə
qədər.
Ölüm haqdı, necə
deyim, ölmərəm,
Mən də hamı kimi gedib gəlmərəm.
Ölümdən sonrasın deyə
bilmərəm,
Haqqın
dərgahında olacaq
nələr...
Səni sevəcəyəm ölənə qədər.
Ceyhun
HƏSƏNOV
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.29