İbadət

 

Allahım, gəlmişəm evinə bu gün,

And ola, ürəyim şadiman olub.

Eşq Haqq aləmin görən qəlbimə

Heç vaxt duymadığım rahatlıq dolub.

 

Allahım, gözəl sənə baş əymək

gözəldir haqqın yoluyla getmək!

Eşq əhlitək sənə ruhunu verib,

Bu ali niyyətə ibadət etmək!

 

Niyazi ASLANZADƏ

525-ci qəzet.- 2016.- 16 yanvar.- S.29