Unutmaq olmur

 

Unutdum ki, söyləyim,

Səni məndən soruşurlar.

Mənə sənin sevgini

Roman kimi danışırlar.

 

Bilmirəm, düşünüm,

Səndən sevgi umurdum.

Səni gizli yaşayıb,

Bəlkə belə unudum?!

 

Unutmaq olmur axı,

Hisslərim bir az kövrəkdi...

Adın çəkilən kimi

Titrəyən ürəkdi.

 

Unutmaq olmur axı,

Gözümdə göz izin var.

Əllərimdə əlinin

Hələ istisi var.

 

Unutmaq olmur axı,

Hər yer səninlə dolu...

Sənsiz hara aparır

Məni bu sevgi yolu?

 

 

Fatimə ABBASLI

525-ci qəzet.- 2016.- 16 yanvar.- S.29