Müəllim
Sənə hörmətim var hədsiz-hüdudsuz,
Hər zaman arxasan mənə, müəllim.
Keçdiyin uğurlu, şərəfli
yollar,
Fikrində canlanır yenə, müəllim.
Elə bil, qarşında donmuşdur zaman,
Ən ülvi
istəksən, ən
təmiz insan.
Bizi gələcəyə səslədin
hər an,
Yaraşır təriflər sənə,
müəllim.
Sən böyük varlıqsan, ustadsan bizə,
Daim yetişmisən
köməyimizə.
Qatıb
gecələri nurlu gündüzə,
Çıxardın bizləri günə,
müəllim.
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.28
Bəhruz BABAŞOV