Xatirələr
Getmək istəyirəm uzaqlara mən,
Orda bulud kimi boşalım, dolum.
Sakit bir yerdə sadə bir həyat
Yaşayım sakitcə, tək-tənha
qalım.
Bəlkə də deyirsən,
dəli olmuşam,
Narahatsan, görən, mənə nə olub?!
Susqun baxışlarda itib gedərsən,
Gedərsən, bilməzsən yenə nə olub?!
Hər şeydən bezəndə
sənə dönərəm,
Üşüyər baxışın buz heykəlimdə.
Təkliyi yaşat mənə,
qoy sənsiz qalım,
Bircə xatirələri alma
əlimdən.
Lalə İSMAYILOVA
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.28