Şahmat dünyası və ilahə
Kaissanın kahinləri
ŞAHMAT: MƏNŞƏYİ VƏ İNKİŞAFI. OYUN QAYDALARI
(Əvvəli
ötən şənbə saylarımızda)
Məhz
qatı erməni millətçiləri iki qonşu xalq - azərbaycanlılarla
öz xalqı arasında düşmənçilik toxumu səpmiş,
bu dalğa start götürəndə yüz minlərlə
azərbaycanlıları Ermənistandan, sonra isə
Qarabağdan, öz doğma və tarixi yaşayış məskənlərindən
qovmuşdular. Bir milyona yaxın azərbaycanlı
təcavüz nəticəsində öz ata-baba
torpaqlarını itirməklə qaçqınlara və məcburi
köçkünlərə çevrilmişdi.
Bakıdan və digər y
rlərdən ermənilərin köçməsi də erməni
ekstremistlərinin iyrənc fəaliyyətinin məntiqi nəticəsi
kimi meydana çıxdı. Ona görə də
Kasparovun Bakı barədəki ittihamları heç bir ciddi əsasa
söykənmir.
Uzun dövr ərzində iki qonşu xalq dinc və
mehriban bir şəraitdə yaşamışdılar. Lakin tarixən
kök salmış erməni millətçiliyi bir daha azərbaycanlılara
qarşı xəyanət nümayiş etdirdi, bu xalqları
müharibəyə cəlb etdi. Ermənistan
hərbi qüvvələri Azərbaycan torpaqlarını
işğal etdi. Xəyanət öz zəhərli bəhrələrini
verdi. Bu xəyanəti, onun
müəlliflərini məhkum etmək əvəzinə, onu
icra edən bədnam qüvvələr tərəfinə
keçmək, əslində bu xəyanətə şərik
çıxmaq, bu ağır məsuliyyəti
bölüşmək deməkdir. Təcavüzə
məruz qalmış, öz insanpərvərlik münasibətilə
ona qarşı düşmənçiliyə heç bir əsas
verməyən xalqa qarşı ittiham əslində həqiqi
günahkarı müdafiə etmək cəhdindən başqa
bir şey deyildir. Xəyanətkarlıq isə
vicdan cinayəti olmaqla ona daha sərt yanaşmağı tələb
edir. Heç də təsadüfi deyil ki, böyük
italyan şairi Dante xəyanətkarlığı hətta qətldən
də ağır cinayət hesab edərək,
özünün məşhur “İlahi komedi”yasında xəyanətkarları,
satqınları cəhənnəmin doqquzuncu dövrəsində
yerləşdirmişdi.
Belə deyirlər ki, erməni ilə yəhudinin
qanının birləşməsindən cəhənnəm
qarışıgı doğulur. Kasparov da yəhudi
atanın və erməni ananın övladıdır. Bədbəxtlikdən yeddi yaşında
atasını itirən Qarri artıq anasının himayəsi
altında böyümüş, daim onun diqtəsi altında
olmuşdu. Onun xarakterindəki bəzi qüsurlar da yəqin
ki, ananın təsiri ilə meydana gəlmiş və
görünür, dominant xarakter almağa
başlamışdı... Erməni millətçiliyinin
də zərərli təsiri özünü çox
güman ki, bu mənbədən götürür.
Görkəmli şahmatçılara bu oyunun himayəçisi
sayılan ilahə Kaissanın kahinləri adlandırmaq olar. Kahinlər qədim məbədlərdə
dini ibadətlərin icrasına nəzarət edən ali ictimai qrup kimi gələcək din xadimlərinin
prototipləri idilər. Onlar böyük
nüfuz sahibliyinə yiyələnmişdilər, Qədim
Misirdə hətta firon-allahlar da bu zümrənin üzvlərindən
çəkinirdilər. Hindistanda isə ən
yüksək kasta sayılan brəhmənlər məhz kahinlər
idi. Şahmat özü də zamanın uçurub dağıda bilmədiyi bir məbəddir.
Ona bütün şüurlu həyatını
sərf edənləri həmin məbədin kahinləri hesab
etmək olar. Kahinlər ehtiram obyekti olmaqla
bərabər, heç də daim yüksək ləyaqət
daşıyıcıları olmurdular. Onların
arasında da öz vəziyyətindən narazı, paxıl,
xəyanətkar olanlar da az deyildi. Onlar qüsurlardan azad olmaq əvəzinə,
onları cilalamaqları ilə öyünürdülər.
Təəssüf ki, şahmatçıların da
arasında yüksək istedada uyğun olmayan ləyaqət “zəlillərinə”
rast gəlmək mümkündür. Axı yüksək
ağıl heç də zəngin daxili aləmdən xəbər
vermir, bəzən onların arasında “asma körpü”də
mövcud olmur. Onlar şahmat tacına
doğru irəliləyəndə, Vifleem ulduzunun
parıltısına məhəl qoymaya da bilərlər.
Şahmatda ən mürəkkəb mövqeləri təhlil
edib, düzgün nəticə çıxaran bir adam adi həyat hadisələrində büdrəmələrə
yol verir, həqiqəti qiymətləndirməkdə
aqnostitsizmə yuvarlanır. Millətçilik
danltonizmi cəmiyyətdə baş verən hadisələrə
tam başqa rəng geyindirir.
Bəzilərinə isə xarakterindəki radikalizm,
lovğalıq, “dahilik” xəstəliyinin, böyüklük
maniyasının nəticəsi kimi ambitsiyalarını
cilovlaya bilməmək xüsusiyyəti olduqca zərərli təsir
göstərir. Bu mərəzin
daşıyıcıları özlərini elə
aparırlar ki, elə bil ki, yunan allahları ilə birlikdə
elə indicə Olimpə qalxacaqlar. Belələri
öz böyüklüyü hissini şişirtməklə,
bütün ətrafı əhəmiyyətsiz bir toplum hesab
edirlər. Onlar özlərini əhatə
edən mühiti dəyişdirib, öz
hökmranlığı altına salmağa cəhd edir və
bu vaxt ətrafın, çoxluğun haqlı mövqeyinə
belə məhəl qoymurlar. Bu xoşagəlməz
vəziyyət isə müxtəlif seqmentlərdə
ixtilafların yaranması ilə nəticələnir. Həm də adətən özündən hədsiz
razılıq, nəhənglik eşqinə düşmək
tam əks nəticə ilə başa çatır. Axı nartsissizm- klassik özünə vurğunluq
elə xoşagəlməz xəstəlikdir ki, bilavasitə
onun daşıyıcısına olduqca ağır zərbə
vurur.
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 1924-cü
ildə yaradılmış, XX əsrin ortalarından
başlayaraq dünya çempionluğu matçlarına təşkilatçılıq
edirdi. Kasparov dünya çempionu olduqdan sonra FİDE rəhbərliyini,
bu təşkilatın özünü ittiham atəşinə
tutmağa başladı. Əslində o,
bütöv dünya federasiyasını öz
şıltaqlığına tabe etmək istəyirdi və
1993-cü ildə FİDE-dən getdiyini elan etdi. Görünür, bu adamda dözümlülük sərhədi
çox dardır. FİDE ilə yanaşı, yeni
Professional Şahmat Federasiyası (PŞA) meydana gəldi və
iki versiya üzrə dünya çempionları müəyyən
olundu: FİDE versiyası üzrə Anatoli Karpov, PŞA
versiyası üzrə Qarri Kasparov.
FİDE-nin parçalanması şahmata vurulan zərbə
idi, axı Kasparovdan əvvəl və sonra olan dünya
çempionlarının heç biri bu iddiada
olmamışdı. Sonralar Kasparov FİDE-dən
ayrılmasını özünün şahmat
karyerasındakı ən böyük səhv olduğunu etiraf
etmişdi. Lakin bu bəyanat vurulan
ziyanı heç cür kompensasiya edə bilməzdi. Axı tarixən “Herostrat kompleksi” ambitsiyası,
şöhrət iştahı hədd tanımayan adamları
özünə maqnit kimi cəlb etmişdi.
Sonralar
FİDE-yə qayıdan Kasparov 2014-cü ildə bu beynəlxalq
təşkilatın prezidenti olmağa cəhd etsə də,
seçkidə mövcud ölkə federasiyaları nümayəndələrinin
qəti verdikti ilə üzləşməklə, 61:110
hesabı ilə həmin vəzifəni uzun illər ərzində
daşıyan ekssentrik şəxsiyyət olmaqla yanaşı,
dünyanın ayrı-ayrı ölkələrində
şahmatın populyarlığının artmasında müəyyən
xidmətləri olan Kirsan İlyumjinova uduzmuşdu. 2015-ci ilin yayında isə Kasparovun həmin vaxt səsləri
pulla satın alması cəhdləri barədə yeni
ittihamlar səslənmişdi. Oktyabrın 21-də
yayılan məlumata görə isə həmin məsələdə
Kasparovun hərəkətlərində korrupsiya faktı
öz təsdiqini tapdığına görə FİDE -nin etika komissiyası onu FİDE ilə əlaqədar
olan istənilən hər bir fəaliyyətdən kənarlaşdırmışdır.
Kasparov iki il müddətinə nəinki
FİDE-də, hətta bu təşkilata daxil olan milli
federasiyalarda da hansısa bir vəzifəni tutmaq imkanından məhrum
edilməklə yanaşı, FİDE-nin mənəvi kodeksini
pozmaqda təqsirkar hesab edilmişdir.
SSRİ-də şahmata göstərilən diqqət Azərbaycandan
da yan keçməmişdi. XX əsrin
üçüncü rübündə Azərbaycanın
siyasi rəhbərliyi respublikada şahmatın kütləviliyinin
artmasına ciddi fikir verməyə başladı. Paytaxtda və rayon mərkəzlərində
şahmat məktəbləri binalarının tikintisi vüsət
aldı, bu sahədə elan olunmamış bir yarış
başlandı. Bu fəaliyyət heç
də nəticəsiz qalmadı. Kişilər
və qadınlar arasında xeyli istedadlı
şahmatçılar meydana çıxdı. Bunu XVIII Prussiyasındakı təhsil sahəsindəki
proqresslə müqayisə etmək olar. 1740-cı
ildə taxt-taca çıxmış II Fridrix (gələcək
Böyük Fridrix) atasından fərqli olaraq təkcə
militarizmə deyil, həm də savadlılığın
artmasına böyük qayğı göstərməyə
başladı, ölkədə çox sayda ibtidai və digər
məktəblər açıldı. Savadlılığın
artması elm xadimlərinin yetişməsinə da şərait
yaratdı. Elə həmin əsrin sonunda
Kant, Hegel kimi dünya şöhrətli alman filosofları
meydana gəldi.
Azərbaycanda
da şahmatın inkişafı sahəsində dörd onillik
bundan əvvəl səpilən toxumlar çoxlu və
sağlam cücərtilər verdi. Gənc qrossmeysterlər yetişdi. Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov
uzun müddət FİDE reytinqinə görə
dünyanın on ən güclü şahmatçısı
siyahısında yer tutdu. Qadınlar
arasında da şahmat geniş yayıldı. Bu hərəkat XXI əsrin əvvəllərində
daha geniş miqyas alıb, idmanın başqa sahələrinin
də gur inkişafına keçdi. Ölkənin
paytaxtını və rayon mərkəzlərini müasir
Olimpiya stadionu və Olimpiya mərkəzləri bəzədi.
Azərbaycanın idman şöhrəti onun
hüdudlarından kənara yayıldı.
Azərbaycanda dəfələrlə iri beynəlxalq
turnirlər keçirilmişdir. 2015-ci ilin sentyabr-
oktyabrında Bakıda keçirilən Dünya Şahmat
Kuboku yarışları çox güclü
iştirakçılar tərəfindən yüksək qiymətləndirilməklə,
əslində möhtəşəm şahmat bayramına
çevrildi. Yeganə məyus edən cəhət
ondan ibarət idi ki, böyük ümid bəslədiyimiz
istedadlı şahmatçımız Teymur Rəcəbov
uğursuz çıxış edib, yarışı
başlanğıc mərhələsində tərk etdi.
Digər şahmatçımız Şəhriyar
Məmmədyarov isə dörddə bir finala
çıxmağı bacarmadı. Lakin bu
da böyük beynəlxalq tədbirin miqyasına və əhəmiyyətinə
xələl gətirə bilmədi.
Görkəmli şahmatçılarla görüşlərin təəssüratları
Əsasən təsadüflər hesabına üç köhnə dünya çempionu ilə tanış olmuşdum. İlk dəfə 1979-cu ilin noyabrında təyyarə ilə Amsterdama uçarkən, Varşava hava limanında qısa müddətdə dayanmaq vaxtı, aeroportun xüsusi otağında Vasili Smıslovla tanış oldum. Uzun boylu, sadə sifət cizgiləri olan, daim eynək taxan bu adam heç də mübarizlərə xas olan zahiri əlamətlərə malik deyildi. Onda hansısa bir lovğalıqdan da əsər-əlamət yox idi. Hətta söhbət edəndə də utancaq adam təsiri bağışlayırdı. O, artıq əvvəlki dəyərində mövcud olduğu şahmat aləmini tərk etmişdi, keçmiş şöhrətin azacıq nəzərə çarpan nazik kölgəsi qalmışdı. Bütün bunlarla yanaşı, o, ünsiyyətdə olduğu adamda pozitiv təəssürat yaradırdı, baxmayaraq ki, güclü energetikaya malik deyildi.
1985-ci ilin aprelində Moskvadan Madridə uçarkən təyyarənin birinci klass salonunda vur-tut dörd-beş adam idik. Onlardan biri Anatoli Karpov idi, o, təyyarə göyə qalxandan sonra köməkçisi ilə kiçik taxtada nərd oynayırdı. Oyun başa çatdıqdan sonra biz tanış olduq və təyyarə İspaniya paytaxtının Barakas hava meydanında yerə enənə qədər söhbət etdik. Bu o vaxt idi ki, o, Kasparovla uzun müddət davam edən matçını FİDE prezidenti Kompamanesin qərarı ilə təxirə salmalı olmuşdu və bu şəhərə şahmat üzrə altıncı “Oskar”ını almağa gedirdi. Söhbətimizin mövzusu əsasən şahmatdan idi. Məndə belə bir təəssürat yarandı ki, o, olduqca sadə insandır, təvazökarlığı süni olmayıb, onun xarakterindən irəli gəlir. Ona şöhrət, “ulduz” xəstəliyi də yad idi, bir dəfə də olsun titulunu, çox saydakı qələbələrini xatırlamadı, baxmayaraq ki, o, artıq on il idi ki, dünya çempionu titulunu daşıyırdı. Əksinə, digər şahmatçılar, hətta özünün həmin dövrdəki rəqibinin şahmat ustalığı barədə xoş sözlər söyləməkdən qalmırdı. Mən Robert Fişerin bənzərsiz şahmatçı olduğunu söylədikdə, bunu inkar etməməklə yanaşı, qeyd etdi ki, o, Boris Spasskini hamıdan, hətta Fişerdən də böyük istedada malik olan, universal şahmatçı kimi qəbul edir.
(Ardı
var)
Telman
Orucov
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.26