Milli Kitabxanada Rumın Poeziyası Günü qeyd edilib
Yanvarın 15-də Bakıda, Milli Kitabxanada Rumın Poeziyası Günü keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, Rumın-Azərbaycan
mədəni, siyasi, iqtisadi əlaqələrindən
qısaca danışaraq,
Mədəniyyət və
Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin sektor müdiri Aslan Cəfərova söz verib.
Tədbirin böyük rumın şairi Mixay Emineskunun adı ilə bağlı olduğunu deyən A.Cəfərov ədibin Rumıniya və dünya ədəbiyyatına
gözəl əsərlər
bəxş etdiyini, onun əsərlərinın
bir çox dillərə çevrildiyini
vurğulayıb.
Rumıniya səfiri Daniel Kristian Çiobanu bu əlamətdar günü
Bakıda qeyd etməsindən qürur duyduğunu bildirib.
Rumın
Poeziyası Gününün
Azərbaycan Milli Kitabxanasında qeyd olunmasının ədəbiyyata,
mədəniyyətə, incəsənətə
verilən yüksək qiymət
olduğunu deyən səfir Mədəniyyət
və Turizm Nazirliyinə, Milli Kitabxananın kollektivinə
minnətdarlığını ifadə edib.
Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcid rumın ədəbiyyatından, Emineskunun
yaradıcılığından, Rumıniya və Azərbaycan mədəni əlaqələrindən danışıb.
Ədəbiyyatşünas Nüşabə
Sadıxlı rumın
ədəbiyyatı, Emineskunun poetik irsi barədə
fikirlərini bölüşüb,
Milli Kitabxananın bölmə müdiri, Yazıçılar Birliyinin
üzvü Fəridə
Hacıyeva Mixay Emineskunun şeirlərini səsləndirib.
Sonda tədbir
iştirakçıları rumın mədəniyyəti, ədəbiyyatı
və tarixindən bəhs edən kitab sərgisi
ilə tanış olublar.
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.17