Yaradıcı tələbələr
Hörmətli Rəşad Məcid!
Ədəbi mərkəzdən uzaqda, bölgələrdə xeyli
istedadlı gənc yaşayır və təhsil alır. İlk qələm
təcrübələrini həvəslə
müəllimlərinə və
tələbə yoldaşlarına
oxuyan bu gənclər üçün
mətbuat, ədəbi
orqanlar bir qədər əlçatmazdır.
Mənim işlədiyim
ali təhsil
müəssisəsində belə
istedadlı gənclər
çoxdur. Onların diqqət və
qayğıya xüsusi
ehtiyacları var.
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Cəlilabad
filialında təhsil
alan tələbələr
həm də elmi-bədii yaradıcılıqla
məşğul olur,
araşdırmalar aparır,
şeir və hekayələr yazırlar.
Bu ali təhsil
müəssisəsi 2000-ci ildə
Azərbaycan Müəllimlər
İnstitutunun Cəlilabad
filialı kimi fəaliyyətə başlamışdır.
Burada tələbələr 4 ixtisas
üzrə təhsil alırlar. Bunlar ibtidai sinif,
Azərbaycan dili və ədəbiyyatı,
tarix və coğrafiya müəllimliyi,
məktəbəqədər təlim və tərbiyə ixtisaslarıdır.
Filialda ixtisas fənləri, təbiət və riyazi fənlər və ümumelmi fənlər kafedraları
fəaliyyət göstərir.
Tələbələrə fəlsəfə doktorları,
dosentlər və professorlar dərs keçirlər. Burada təhsil almış
məzunlar da elmi yaradıcılıqla
məşğul olur,
fəlsəfə doktorluğu
və elmlər doktorluğu işləri üzərində çalışırlar.
Azərbaycan Respublikası
Prezidentinin 26 noyabr
2015-ci il tarixli sərəncamıyla
Azərbaycan Müəllimlər
İnstitutu Azərbaycan
Dövlət Pedaqoji Universitetinə qoşulmuşdur.
Filial indi ADPU-nun nəzdində fəaliyyət
göstərir.
Filialda tələbələrin
elmi-bədii yaradıcılıq
fəaliyyətlərinin inkişaf
etdirilməsinə xüsusi
diqqət yetirilir. Burada müxtəlif bölgələrdən
təhsil alan
tələbələr bölgənin
tarixini araşdırır,
folklor nümunələri
toplayır, toponimlərin
xalq yozumlarını öyrənir, şeir və hekayələr yazırlar. Tarix-coğtafiya fakültəsinin tələbələri indiyədək
köməcli şəkildə
araşdırılmamış etnotoponimlərə və
poleotoponimlərə maraq
göstərirlər. Gənc filoloqlar ədəbiyyat tariximizi öyrənməklə
yanaşı, özləri
yaradıcılığa meyl
edir, qəlbləri oxşayan lirik nümunələr yaradırlar.
İbtidai metodika fakültəsinin
ikinci kurs tələbəsi Allahşükür
Alaşarlı (Əliyev)
klassik janrlara maraq göstərir, qəzəl, qoşma, hətta qitələr yazır. Allahşükür Alaşarlı Cəlilabad
rayonunun Alaşar kəndində dünyaya göz açıb.
Onun ana haqqında yazdığı qəzəl
mənim daha çox xoşuma gəldi. Bu şeirində
Allahşükür elə
“klassik” şair kimi görünür:
Ürəyim titrəyir hər
gün bu ulu sözlər ilə,
Analar dünyadı,
həm də ki, bu dünya
anadır.
Dərk
elə, Tanrı bizi aləmə bəxş etmək üçün,
Bir səbəb
var elədi, bu dərin məna
anadır.
Yaradıcı tələbələrdən biri
Günəş İbrahimovadır. O, Məktəbəqədər
təlim və tərbiyə fakültəsinin
üçüncü kursunda
oxuyur. Günəş atasını erkən
itirib, bunu şeirlərindən də
görmək olur.
Günəşin itkisi onun oxucularını da kədərləndirir. Allahşükür
Alaşarlı kimi, Günəş də ana mövzusuna müraciət edir, onu öz şeirində
layiq olduğu ucalığa yüksəldir:
Səndən öyrənmişəm hörmət-izzəti,
Qəlbimdə boğmuşam kini, nifrəti.
Ulu tanrıya da bu məhəbbəti,
Qəlbimdə bəsləyən mələksən,
ana.
Ən müqəddəs, ən pak ziyarətgahsan,
Dara düşənlərə
ümid, pənahsan.
Yerdə
peyğəmbərsən, göydə
Allahsan,
Hər zaman arxasan, köməksan, ana.
Gülnarə Əsgərova filologiya fakültəsinin birinci kurs tələbəsidir. O, vətənpərvərlik
mövzularına meyil
edir. “Mübariz”
adlı şeiri şəhid haqqındadır.
Məktəbəqədər təlim və tərbiyə fakültəsinin
üçüncü kursunda
təhsil alan
Lalə İsmayılova
Astaradandır. Kövrək
sevgi şeirləri yazır:
Hər şeydən bezəndə
sənə dönərəm,
Üşüyər baxışın buz heykəlimdə.
Təkliyi yaşat mənə,
qoy sənsiz qalım,
Bircə
xatirələri alma əlimdən.
Lalənin Lənkəran Dövlət
Universitetində oxuyan
qardaşı Amid İsmayılov isə gözəl esselər və mənsur şeirlər yazır.
Simran Əlizadə
filologiya fakultəsinin
ikinci kurs tələbəsidir. Cəlilabad rayonunun Abışabad
kəndində anadan olub. Usi-sanda üzrə Respublika
çempionu, Qızıl
Kəmər ustasıdır.
Bədii
yaradıcılıqla da
məşğuldur, hekayə
və şeirlər yazır. Sənəm Şahməmmədli isə şairlər vətəni Qazaxdandır.
O, özünün və
sevdiyi şairlərin
şeirlərini elə
temperamentlə söyləyir,
dinləyici kimi heyran olmaya bilmirsən.
Şeirləri isə
düşündürücü və mənalıdır:
Hərdən düşünürəm, görən
kiməm mən?
Sa zdan ayrı düşdüm, qırıq
siməm mən.
Dərdimi-qəmimi kimsə bilməyir,
Özüm öz içimdə bir tilsiməm mən.
İbtidai metodika fakültəsinin birinci kurs tələbəsi Bəhruz Babaşov da vətənpərvərlik şeirləri yazır. Onun şeirlərindən biri “Vətən torpağı” adlanır. Aytac Babayeva da filologiya fakültəsinin birinci kursunda oxuyur. Amma onun maraqları emosional xarakterlidir. “Vurmayın zəngi” şeiri bütün orta məktəb məzunlarının kövrək yeridir. İndi Aytac arzularına qovuşub, bir neçə ildən sonra bitirdiyi məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi qayıdacaq:
Dayanın bir anlıq, vurmayın zəngi,
Əlvida söyləmək istəmir
qəlbim.
Məktəbdən ayrılmaq çətindir,
çətin,
Onu tərk eyləmək istəmir qəlbim,
Vurmayın, vurmayın bu
son zəngi!
Tarix, filologiya və ibtidai metodika üzrə təhsil alan Gülnarə Əsgərova, Səfail Aqiloğlu, Fatimə Abbaslı, Hamar Dadaşzadə, Rüfət
Sabirli, Milana Canizadə, Niyazi Aslanzadə və Ceyhun Həsənov ritmik, axarlı şeirləri ilə ədəbiyyata gəlirlər.
Tələbə gənclərin kövrək
və bir qədər “bişməmiş”
qələm təcrübələri
bizi onların gələcəyinə ümidlə
baxmağa sövq edir.
Hörmətli Rəşad müəllim!
Baş redaktoru olduğunuz “525-ci qəzet” istedadlı gənclərə həmişə
yaşıl işıq
yandırıb. İstedadlı gənclərin ilk qələm
təcrübələrinə qəzetinizin səhifələrində
səxavətlə yer
vermisiniz. Ümid
edirəm ki, bölgədə yaşayan
və təhsil alan gənclərin
Sizə göndərdiyim
ilk qələm təcrübələrinə
qayğı ilə yanaşacaqsınız. Bu yazıların hamısı
yüksək poetik tələblərə cavab
verməsə də, onlarda istedad işartıları görmək
mümkündür.
Təqdim etdiyim nümunələrin
oxucular tərəfindən
bəyəniləcəyinə inanıram.
Bilal ALARLI
Filologiya üzrə fəlsəfə
doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.28