“Gənc
Tamaşaçılar”in
fəaliyyəti nüfuzlu beynəlxalq jurnalda
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
fəaliyyəti teatrın
üzv olduğu Beynəlxalq qurumun jurnalında öz əksini tapıb.
Teatrdan
525.az-a verilən məlumata
görə, beynəlxalq
ASSİTEJ-in hər ay dərc
olunan jurnalında
ASSİTEJ-Azərbaycan Milli
Mərkəzinin (Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı)
dekabr ayı üçün olan yenilikləri yer alıb.
Hər
ay mütəmadi olaraq
həm elektron, həm də kağız formatında dərc olunan jurnalda bu dəfə
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrında İsveç
Krallığının Azərbaycandakı
səfirliyinin müvəqqəti
işlər vəkili
Tomas Danestadla baş tutmuş görüş haqqında məlumat verilib.
Jurnalda göstərilib
ki, İsveçin Azərbaycandakı səfirliyi
görkəmli İsveç
dramaturqu Astrid Lindqrenin
bir neçə ən məşhur əsərini Azərbaycan
dilinə tərcümə
edəcək. Tərcümə olunacaq əsərlər
içərisində “Balaca
və damda yaşayan Karlson”, “Uzuncorab Peppi” və digərləri var. Tərcümə olunan əsərlər kitab halına salınaraq qaçqın şəhərciyində
yaşayan uşaqlara paylanacaq. Həmçinin jurnalda yazarın
əsərlərindən hər
hansı birinin birgə əməkdaşlıq
layihəsi çərçivəsində
Dövlət Gənc Tamaşaçılar Teatrında
səhnələşdiriləcəyi də göstərilib.
Jurnalda toxunulan
digər məsələ
ASSİTEJ – Azərbyacan Milli
Mərkəzinin baş
katibinin dəyişdirilməsi
və İdarə Heyətində edilən dəyişikliklərlə bağlıdır.
Məlumat üçün bildirək
ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
2011-ci ildən Beynəlxalq
Uşaq və Gənclər Teatrı Assosiasiyasına (ASSİTEJ) üzvdür. Dünyanın 100-dən artıq inkişaf etmiş ölkəsi bu nüfuzlu teatr qurumuna üzvdür. Qurumun hər
ay dərc olunan jurnalında 100-dən artıq
Milli Mərkəzin teatr mühitində baş verən yeniliklər, beynəlxalq mədəni hadisələr
yer alır.
Jurnalla
aşağıdakı link vasitəsilə
daha yaxından tanış ola bilərsiniz.
525-ci qəzet.- 2016.- 19 yanvar.- S.7