Qəhrəman şəhər və milli azadlığa gedən yol...
Düz
26 il bundan
öncə Bakıda qırğın oldu. Elə bir qırğın ki, ondan qan
yox, azadlıq ətri gəlirdi.
Bakı həm də qəhrəman şəhərdir. Bunu Bakını
yağmalamağa, odlara
qalamağa gələnlər
də yaxşı bilirdilər. Ancaq unutmuşdular.
Unutmuşdular ki, öyündükləri
imperiyanı çökməkdən,
parçalanmaqdan və
məhv olmaqdan, sözün əsl mənasında, Bakı qorudu. Qanımızla, canımızla döyüşlərdə
adımızı qəhrəmanlar
sırasına yazdırmaqla
kifayətlənmədik, qızmar
günəşin altında,
şaxta qılınc
kimi kəsəndə
Sovetlər ölkəsi
üçün neft çıxardıq. Analarımızın titrək əlləri, ürəklərinin odu ilə toxuduqları isti əlcəklərlə,
yun corablarla Sovet əsgəri Berlinə kimi döyüş yolu keçdi.
Yaxşılığı başa qalxmaq, dilə gətirmək bizlərə yaraşmaz, ancaq tarix-tarixdir və fakt-faktlığında
qalır.
O gün qəhrəman şəhərin və onun övladlarının üstünə topla-tankla,
üstəlik, haylardan
ibarət hərbi birləşmələrlə gəldi
qırmızı ulduzluların
nəvə-nəticələri. Bakının hər küçəsindən,
tinindən dəmir donlu maşınların tırtılının qorxunc
sədası eşidildi.
Günü, zamanı belə
"Komendant saatı"na
tabe etmək üçün az qala saatın hər saniyəsinin yanına bir əsgəri gözətçi
qoymuşdu "çağırılmamış
qonaqlar".
Bəlkə də indi hər
kəsin təəccübünə
səbəb olar yazdıqlarım. O illəri xatırlayanlar deyirlər,
bu sanki bir möcüzə idi. Bakı kəndlərində gülçülüklə məşğul
olanların istixanalarında
qərənfillər baş-başa
verib bir-biri ilə yarışırmış
kimi elə açmışdılar ki,
elə bil qışla yay yerini səhv salıb.
Bu həqiqətdir ki,
baş verəcək bədbəxt hadisədən
təbiət daha tez duyuq düşür. İnsandan başqa
yerin altında və üstündəki canlı varsa onu duyur, hiss edir. Sadəcə, qəlpə-qəlpə təbiətdən qopan, bir zaman təbiətin
bir parçası olan insan onu
duymaqda aciz qalır.
Kim bilir, bu da
ilahi bir qanunauyğunluqdur bəlkə
də...
20 Yanvar şahidlərinin biri deyir ki,
bizi gülləyə
tutanlardan biri yarı rusca, yarı ermənicə:
"Biz buraya, Bakıya
Azərbaycan xalqını
ovlamağa gəlmişik",- deyəndə bildim ki, qara
buludlar xalqımızın
üstünü almaqla
kifayətlənməyəcək, bu qara buludlar
özləri ilə ölüm də gətirəcək. Necə
ki, 19-dan 20-nə keçən
gecə məlum faciə baş verdi...
O gecə təkcə Bakı qanımıza bələnmədi. Azərbaycanın
bir çox rayonunda, şəhərində,
Neftçalada, Lənkəranda
insanlar gülləbaran
edildi...
Xalqımızın qəhrəman oğul və qızları dəmir donlu maşınlarla, o maşınları
idarə eyləyən
daş ürəkli silahlı qatillərlə
üz-üzə gəldilər. "Olum və ya
ölüm" mücadiləsində
qalib çıxmaq üçün alın yazımıza belə üsyan etməyə hazır idik. Bıçaq sümüyə
dirənsə də, ölüm qapını kəsdirsə də, öldü vardı, döndü yox...
Biz haqqımızı istəyirdik. Qolumuzdakı zəncirləri qırmaq
üçün azadlıq
adlı yola ölümü belə gözümüzə alıb
çıxmışdıq. Bizə layiq olan azadlıq
haqqımıza qovuşmağa,
hürr olmağa,
"Bir gün azad yaşamaq qırx il kölə
kimi yaşamaqdan üstündür", - deyən
ulu babalarımızın
müqəddəs ruhunu
sevindirməkdən ötrü
o qanlı gündən
bugünümüzə - azadlığımıza
yol açmaqda israrlıydıq. Və o gündən
biz azadlıq naminə
ölümün üstünə
getməyi, yadellilər
qarşısında qorxuya
qalib gəlməyi bacardığımızı bütün
dünyaya sübut etdik.
Hafiz TƏMİROV
525-ci qəzet.- 2016.- 20 yanvar.- S.8.