20 Yanvar
qurbanları mədəniyyət ocaqlarında yad
edilib
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
20 Yanvar faciəsinin
26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində
teatrın direktoru, Əməkdar artist Mübariz
Həmidov, teatrın quruluşçu rejissoru, Xalq artisti Cənnət
Səlimova çıxış
edərək 20 Yanvarın
hüzn günü kimi hər il
qeyd edildiyini və xalqımızın
yaddaşında əbədi
iz qoyduğunu diqqətə çatdırıblar.
20 Yanvar faciəsinin
Azərbaycan xalqının
müstəqillik tarixindəki
mühüm rolundan söz açan natiqlər bu qanlı terror aktına hüquqi-siyasi qiymətin verilməsində ümummilli
lider Heydər Əliyevin tarixi xidmətlərini xatırlayıblar.
Çıxışlardan sonra yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsi qurbanlarının
xatirəsinə həsr
olunmuş "Mənim
ağ göyərçinim"
tamaşası nümayiş
etdirilib. İki gəncin - Aqillə Turanın saf və nakam məhəbbətini
tərənnüm etdirən
iki hissəli lirik dramın quruluşçu rejissoru Xalq artisti Cənnət
Səlimova, tərtibatçı
rəssamı Gürcüstanın
Tumanaşvili adına Teatrının
baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı
Vladimir Neverovdur. Səhnə
əsərində əsas
obrazları Əməkdar
artistlər Nəsibə
Eldarova, Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev,
Nigar Məmmədova, Anar Seyfullayev və başqaları canlandırıblar. Tamaşanı "Kaspi" Təhsil Mərkəzinin şagird və müəllim kollektivi izləyib.
Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin növbəti ildönümü
ilə əlaqədar
"Unudulmayan tarix"
adlı tədbir təşkil edilib. Xalça
Muzeyinin direktor vəzifəsini icra edən Mira Məmmədxanova,
uşaq muzeyi şöbəsinin rəhbəri
Azər Abdullayev və digərləri 20 Yanvar faciəsindən danışıb, o qanlı
günlərin xalqımızın
tarixinə yazılmış
qəhrəmanlıq səhifəsi
olduğunu bildiriblər.
Qeyd olunub ki, tədbirin təşkilində əsas
məqsəd gənc nəslə qanları ilə müstəqilliyimizi
əbədi olaraq şanlı tariximizə həkk edən şəhidləri unutmamağa
və qəlblərdə
yaşatmağa səsləməkdir.
Tədbirdə muzeyin uşaq teatrının üzvləri
tamaşa kompozisiya göstərib, 162 nömrəli
orta məktəbin şagirdləri şeirlər
deyiblər, Şuşa
Dövlət Musiqili
Dram Teatrının aktyorlarının
ifasında "Yanvarın
20-ci günü" adlı
kompozisiya nümayiş
olunub.
Sonda H.Sarabski adına
7 nömrəli uşaq
musiqi məktəbinin
şagirdlərinin çıxışları
olub.
Tədbir çərçivəsində, həmçinin uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin
əl işlərindən
ibarət "Qanlı
Yanvar" adlı rəsm sərgisinə baxış keçirilib.
"Abşeron" Rəsm Qalereyasında 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil edilən rəsm müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixindəki rolundan söz açıb, bu qanlı terror aktına hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladıb. Qanlı Yanvar gecəsi sovet ordusu tərəfindən amansızlıqla qətlə yetirilən şəhidlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını deyən natiq qeyd edib ki, hadisələrdən ötən 26 il ərzində Azərbaycan müstəqil bir dövlət kimi böyük inkişaf yolu keçib.
Bildirilib ki, rəsm müsabiqəsini keçirməkdə əsas məqsəd gənc nəslə vətənə sevgi və məhəbbət hissinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, istedadlı şagirdlərin rəsm sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasından ibarətdir. Sonda qaliblər mükafatlandırılıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir olub. Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixindəki mühüm rolundan söz açıb, bu qanlı terror aktına hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb.
Qanlı Yanvar gecəsi Sovet ordusu tərəfindən amansızlıqla qətlə yetirilən şəhidlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını deyən Alla Bayramova qeyd edib ki, hadisələrdən ötən 26 il ərzində Azərbaycan müstəqil bir dövlət kimi böyük inkişaf yolu keçib.
Muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız sakinlərin qətlə yetirilməsindən, Azərbaycanın milli müstəqilliyi və azadlığı uğrunda həlak olanların qəhrəmanlığından bəhs edib.
Sonra Bakı şəhər
Mədəniyyət və Turizm İdarəsinin
nəzdində fəaliyyət göstərən "İstedad" mərkəzinin musiqiçilərinin
ifasında 20 Yanvar şəhidlərinin
xatirəsinə həsr edilmiş konsert proqramı təqdim olunub.
525-ci qəzet.- 2016.- 20 yanvar.- S.7