Azərbaycan multikulturalizmi örnək model kimi

 

BU MÖVZU AMEA-nın HUMANİTAR VƏ İCTİMAİ ELMLƏR BÖLMƏLƏRİNİN ÜMUMİ YIĞINCAĞINDA GENİŞ MÜZAKİRƏ EDİLİB

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Humanitar İctimai Elmlər bölmələrinin birgə ümumi yığıncağı keçirilib.

 

Tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq hazırda ölkədə olduqca aktual xarakter daşıyan multikulturalizm dəyərlərinin Azərbaycan modeli haqqında danışıb. AMEA-nın 70 illik yubiley yığıncağında ölkə Prezidenti İlham Əliyevin "Bu gün multikulturalizm Azərbaycanda həyat tərzindən dövlət siyasəti səviyyəsinə qədər inkişaf etmişdir" fikrini xatırladan akademik İsa Həbibbəyli bildirib ki, artıq multikulturalizmin Azərbaycan modelini dünyaya təqdim etməyin zamanı gəlib çatıb. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqqında imzaladığı sərəncamın bu məqsədə nail olmaq yolunda mühüm addım olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli bu istiqamətdə ölkə alimlərinin qarşısında duran vəzifələrdən ətraflı bəhs edib.

 

"Çağdaş dövrümüzdə həm Qərb, həm Şərq dünyasında multikulturalizm milli siyasətin əsas tərkib hissəsidir" deyən vitse-prezident Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin yüksək səviyyədə təşkili, ölkəmizdə beynəlxalq miqyasda humanitar forumların, müxtəlif mədəniyyətlararası dinlərarası dialoqa həsr edilmiş tədbirlərin keçirilməsini Azərbaycanda multikulturalizminin inkişafı baxımından əhəmiyyətli olduğunu qeyd edib..

 

Akademik İsa Həbibbəyli AMEA-da ötən illərdən multikulturalizmlə bağlı elmi araşdırmaların aparıldığını, cari ildən etibarən alim tədqiqatçıların bu mövzunu daha çox diqqət mərkəzində saxladığını, artıq multikulturalizmə həsr edilmiş dissertasiyaların yazılmasına doğru addımlar atıldığını bildirib. Akademiya əməkdaşlarının multikulturalizmlə əlaqədarkütləvi informasiya vasitələrində çıxış etməyə, bu mövzunun yüksək səviyyədə təbliğ olunmasına dair təkliflər irəli sürüb. Qeyd edib ki, AMEA tərəfindən ölkədə multikulturalizmin inkişafı mövzusunda elmi konfransın təşkili bu mövzuda kitab çap olunması da nəzərdə tutulur.

 

Sonra Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm Dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla "Azərbaycan multikulturalizmi örnək model kimi" mövzusunda məruzəsini təqdim edib.O, Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları, Azərbaycan multikulturalizminin elmi-fəlsəfi publisistik əsasları, o cümlədən, Azərbaycan multikulturalizminin siyasi mənbələri haqqında danışıb. Azərbaycan multikulturalizminin dünyanın müxtəlif ölkələrində təbliğ tədris edildiyini diqqətə çatdıran akademik Kamal Abdulla bu mövzuda bir sıra xarici ölkələrdə keçirilən dəyirmi masa konfranslar haqqında ətraflı məlumat verib. Dövlət müşaviri multikulturalizmin Azərbaycanda sinkretik maariflənmə üsulu olduğunu dilə gətirərək ölkənin ali təhsil müəssisələrində bu fənnin tədrisinin əhəmiyyətini önə çəkib.

 

Məruzə ətrafında çıxış edən akademiklər Vasim Məmmədəliyev, Rafael Hüseynov fəlsəfə elmləri doktoru İlham Məmmədzadə mövzunun aktuallığını bir daha vurğulayaraq, həyata keçirilmiş tədbirlərin forma məzmun yeniliklərini multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməyin vacibliyini bildirib, məruzə ilə bağlı rəy təkliflərini səsləndiriblər.

 

Tədbirdə ümumiyyətlə multikulturalizm, xüsusən də Azərbaycan multikulturalizminə aid slaydlar nümayiş etdirilib.

 

525-ci qəzet.- 2016.- 20 yanvar.- S.7