Nizami rayonunun sosial-iqtisadi inkişafı:
real vəziyyət və perspektivlər
Ölkəmizdə gedən ümumi inkişaf və tərəqqi
fonunda ən çox dəyişən, yeniləşən məkanlardan
biri də Azərbaycan Respublikası Ali Sovetinin 21 noyabr 1980-ci
tarixli qərarı ilə indiki Xətai və Nərimanov
rayonlarının ərazilərinin bir hissəsində
yaradılan və böyük mütəfəkkir şairimiz
Nizami Gəncəvinin adını daşıyan Nizami rayonudur.
Əsası Ümummilli Lider Heydər Əliyevin şəxsi
təşəbbüsü ilə qoyulan Nizami rayonu hazırda
dinamik inkişaf mərhələsini yaşamaqdadır. Respublika
iqtisadiyyatında həyata keçirilən islahatlar kursu
Nizamidə də inamla davam etdirilir.Rayonda qeyri-neft sektorunun
yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə,
sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə
və güclü insan kapitalının
formalaşdırılmasına xidmət edən mühüm
addımlar atılmaqdadır.
Nizaminin
inkişaf salnaməsi
Böyük
tarixi keçmişi olan Nizami rayonunun inkişaf salnaməsinin
mühüm bir dövrü Ulu Öndər Heydər
Əliyevin adı ilə bağlıdır.Ötən əsrin
70-80-ci illərində rayon ərazisində
yaradılmış iri sənaye müəssisələri,
mühüm sosial və ictimai-iaşə obyektlər, eləcə
də bir sıra təhsil və səhiyyə müəssisələri
məhz Ümummilli Liderin xeyir-duası ilə fəaliyyətə
başlayıb.Həmin uğurlu xəttin nəticəsidir ki,
hazırda Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft
emalı zavodu, "European Tobacco Baku" ASC,
"Bakı-Şərab-1" ASC, "Veysəloğlu"
MMC, "Bakımetrotikinti" SC DBK zavodu, "Körpü-tunel"
ASC və s. iri sənaye müəssisələri fəaliyyətdədir.
İlə
uğurlu yekun
Rayonun
İcra Hakimiyyətindən verilən məlumata görə,
ötən ilin 9 ayı ərzində rayonda fəaliyyət
göstərən müəssisələr tərəfindən
346,9 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu
da 2014-cü ilin müvafiq dövrünə nisbətən 5,1
faiz çoxdur. İstehsal olunan məhsulun 24,8
faizi qeyri-dövlət sektoruna aiddir. Geridə qalan ilin 9
ayında pərakəndə ticarət dövriyyəsinin həcmi
0,2 faiz artaraq 1450,0 milyon manat olub. 2015-ci ilin
yanvar-sentyabr aylarında əhaliyə göstərilən
pullu xidmətlərin həcmi 180,8 milyon
manat olub. 2015-ci ilin 9 ayında rabitə sahəsində 244,2 milyon manat dəyərində xidmətlər
göstərilib ki, bu da əvvəlki ilə nisbətən
38,0 faiz çoxdur. Nəqliyyat sahəsində isə 84,7 milyon manat dəyərində və ya 29,3
faiz çox xidmət göstərilib. Ötən ilin 9
ayı ərzində Nizami rayonunda 1847 yeni iş yeri
açılıb.Ümumilikdə isə, 2003-cü ildən
bu günə kimi rayonda 28012-i daimi iş yeri olmaqla 28109 yeni
iş yeri açılıb.Ötən ilin yanvar-avqust
aylarında orta aylıq əmək haqqı ötən illə
müqayisədə 7,3 faiz artaraq 528,3 manat təşkil edib.
Ötən il Nizami rayonunda 1050 ailəyə
166142 manat məbləğində ünvanlı sosial
yardım təyin olunub. 439 nəfər tənha və kimsəsiz
qocaya, əlillərə evlərində sosial və məişət
xidmətləri göstərilib.Ötən ilin 9 ayı ərzində
mərkəzdən 5203 nəfər sosial müavinət, 231 nəfər
isə uşaq müavinəti alıb.
Ümumiyyətlə,
"2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı" uğurla həyata
keçirilib.Proqrama uyğun olaraq Gimnastika Kompleksinin, onun
yanında məşq zalının və köməkçi
qurğuların tikintisi başa çatdırılıb,
Milli Sağlamlıq Mərkəzinin tikintisi davam etdirilib.Həmçinin
rayonun daxili resursları hesabına Q.Qarayev prospekti və
Ə.Vəliyev küçəsi əsaslı təmir edilərək
abadlıq işləri görülüb, Heydər Əliyev
prospektinin səki və yaşıllıq zonasının,
Naxçıvanski küçəsində Heydər-bağı
park-bulvarın yenidən qurulması davam etdirilib.Rayon ərazisində
yol infrastrukturunun yenidən qurulması sayəsində
çox böyük işlər görülüb.Nizamiərazisində
AFFA tərəfindən tutumu 20000 nəfərlik stadionun
tikintisi rayonda idmanın inkişafına verilən diqqətin
bariz nümunəsidir.
1-ci Avropa
Oynlarının yüksək səviyyədə keçirilməsinə
Nizami rayonu da öz töhfəsini verdi.
Milli Gimnastika Arenasının, Atletlər kəndinin bu rayonunun
ərazisində yerləşdiyini, Bakı Olimpiya stadionun
Sabunçu rayonu ilə Nizami rayonun sərhədində
olduğunu nəzərə alsaq, fəxarətlə deyə
bilərik ki, Nizami rayonu infrastruktur layihələrin
vaxtında və keyfiyyətlə başa
çatdırılması, eləcə də təhlükəsizliyin
təmin olunması kimi mühüm məsələlərdə
üzərinə düşən vəzifəni layiqincə
yerinə yetirdi.
Azərbaycanda
ilk dəfə Nizamidə
Rayonda 22
orta ümumtəhsil məktəbi, "Zəngi" liseyi,
Kimya-biologiya təmayüllü respublika liseyi, "Dədə
Qorqud" özəl Türk liseyi, Uşaq-Gənclər və
Texniki yaradıcılıq mərkəzləri, 20 uşaq
bağçası, 1 uşaq evi, Kar uşaqlar
üçün 2 respublika internat məktəbi, 2 peşə
liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali
təhsil ocağı olan "Xəzər" Universiteti yerləşir.
Rayon ərazisində 9 xəstəxana, 13
ambulator poliklinika fəaliyyət göstərir. Nizamidə
6 stadion, 8 idman-sağlamlıq kompleksi, 13 ¹-li
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman məktəbi əhalinin,
xüsusilə də gənclərin sağlam həyat tərzinin
təminatına xidmət edir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda
ilk dəfə Heydər bağı park-bulvarı 1997-ci ildə
məhz Nizami rayonunun Naxçıvanski küçəsindəki
ərazidə salınıb.
Ekologiyaya
böyük diqqət
Paytaxtın ekoloji vəziyyətinin
yaxşılaşdırılması məqsədilə Nizami
rayonunda da əhəmiyyətli işlər
görülür.Vaxtilə mövcud olmuş sənaye müəssisələrinin
köçürülməsi nəticəsində
boşaldılmış ərazilərdə yeni
yaşayış massivləri, mərkəzi icra hakimiyyəti
orqanlarının müasir inzibati binaları, olimpiya idman
kompleksləri inşa olunur, abadlıq-quruculuq işləri
aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA"
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla
xanım Əliyevanın təşəbbüsü ilə 5
noyabr 2014-cü il tarixindən start verilmiş "I
Ümumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində
mütəmadi olaraq Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə rayonun müxtəlif ərazilərində təmizlik
işləri aparılır, yaşıllıqlar
salınır.
Vüqar
Bayramov: "Yüngül sənayenin inkişafı
üçün əlverişli şərait var"
İqtisadçı ekspert Vüqar Bayramov Nizami rayonunda
yüngül sənayenin inkişaf etdirilməsi
üçün əlverişli şəraitin olduğunu
deyib. O, rayonun paytaxtın
mərkəzi bazarlarına yaxınlığının,
coğrafi mövqeyinin və bu sektora yararlı obyektlərinin
olmasının buna imkan verdiyini söyləyib: "Nizami
rayonunda yüngül sənayenin inkişafı
üstünlüyə malikdir. Həmçinin, sənaye məhsullarının
ixrac imkanları da genişdir.Qeyri-neft sektorunun inkişafı
baxımından Nizami rayonunda yüngül sənaye sahəsinə
dəstək verilməsi və inkişafının təşviq
edilməsi olduqca səmərəlidir.Eyni zamanda Nizamidə
sahibkarlığa yaradılan şərait gələcəkdə
rayonda istehsal olunan məhsulların xaricə ixrac
olunmasına, habelə investisiya axınının güclənməsinə
imkan yarada bilər.Bunun üçün xarici
investisiyaların rayona gətirilməsi təmin edilməlidir".
Millət
vəkili: "12 il ərzində rayonumuzda..."
Nizami
rayonundan millət vəkili seçilən Sədaqət Vəliyeva
hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən regionların, həmçinin,
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı üzrə Dövlət
proqramlarının uğurla icrası paytaxtımızda, digər
şəhər və rayonlarda sürətli inkişafı
şərtləndirib. O, hər zaman sənaye potensialı ilə
ön sıralarda yer alan Nizami rayonunun da bu
inkişaf prosesində mühüm paya sahib olduğunu qeyd
edib: "Abadlıq-quruculuq və rayon sakinlərinin rifah
halının yüksəldilməsi istiqamətində həyata
keçirilən müvafiq işlər nəticəsində
Nizami rayonunun sosial-iqtisadi infrastrukturu yenilənib, insanların
güzəranı yüksəlib. Statistik rəqəmlərdən
də görürük ki, həyata keçirilən tədbirlər
nəticəsində son 12 il ərzində
rayonumuzda 30 minə yaxın yeni iş yerləri
açılıb. 2015-ci ildə isə bu rəqəm
təxminən 2000-ə yaxın olub. Rayonumuzda orta əmək
haqqı isə təxminən 530 manat təşkil edib.Nizami
rayonunda son 4-5 ay ərzində yol-nəqliyyat infrastrukturunun
yenidən qurulması, "abad məhəllə"lərin
salınması, istilik və kommunikasiya sistemlərinin bərpası
və yenidən qurulması istiqamətində böyük
işlər görülüb. Qara Qarayev prospekti yenidən
qurulub, Mikayıl Əliyev küçəsinin Rüstəm
Rüstəmov küçəsi və Babək prospektləri
arasında yerləşən hissəsində, Mehdi Abbasov,
Naxçıvanski, E.Süleymanov və B.Nuriyev küçələrində
aparılan təmir-tikinti işləri yekunlaşıb. Bu ərazidəki su və kanalizasiya sistemləri
yenilənib, asfalt örtükləri dəyişdirilib.
Habelə bu gün "2014-2016-cı illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"na əsasən 12 ¹-li tam orta məktəbdə
200 yerlik, 32 ¹-li tam orta məktəbdə 640 yerlik və 238
¹-li tam orta məktəbdə 320 yerlik əlavə
korpusların tikintisi davam etdirilir. Bakı Texniki
Kollecin və Kimya-biologiya təmayüllü respublika liseyinin
isə əsaslı təmiri və yenidən qurulması
başa çatdırılıb. Bundan əlavə, Heydər
Əliyev Fondunun "Məktəbəqədər təhsil
müəssisələrinin inkişafı proqramı"na
töhfə vermək məqsədilə Rayon İcra Hakimiyyəti
tərəfindən 110 və 172 ¹-li uşaq
bağçalarının hər birində 80 yerlik əlavə
korpus tikilib, Keşlə qəsəbəsi, Babək prospekti, 2269-cu
məhəllədə 100 yerlik, T.Abbasov küçəsi 28
ünvanında isə 120 yerlik yeni özəl uşaq
bağçalarının inşası isə davam
etdirilir".
O, daha sonra bunları deyib: "Deputat kimi daim seçicilərlə ünsiyyətdə oluram, qəbullar və görüşlər keçirirəm. Əminliklə deyə bilərəm ki, son illər ərzində Nizami sakinlərinin müraciətlərinin sayı xeyli azalıb.Əvvəllər istiliklə, su və kanalizasiya problemlərilə bağlı çoxsaylı müraciətlər olurdusa, bu gün artıq belə şikayətlər yoxdur".
Gələcəyə ümidlə
Nizami rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bütün bu görülən işlərlə yanaşı qarşıda duran vəzifələr də var: "İstilik təchizatının yaxşılaşdırılması ilə bağlı müxtəlif işlərin görülməsi, ayrı-ayrı ünvanlarda müxtəlif diametrli kanalizasiya xətlərinin dəyişdirilməsi, elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə müəyyən addımların atılması bu sıradandır. Eyni zamanda "Təbriz" kinoteatrının qarşısındakı parkın təmiri, 6 yaşayış binasında 12 ədəd liftin yenisi ilə əvəz edilməsi, 6 çoxmənzilli yaşayış binasının şifer və 86-nın ruberoid dam örtüyünün əsaslı təmiri, 83 çoxmərtəbəli yaşayış binasının yağış navalçalarının dəyişdirilməsi, təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üzrə - 6 orta məktəbin, 1 kollecin, 1 peşə liseyinin, 2 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 1 məktəbdənkənar tərbiyə müəssisəsinin əsaslı təmir edilməsi, 2 orta məktəbin hər birində 640 şagird yerlik əlavə korpusların, 2 orta məktəbdə ümumilikdə 26 əlavə sinif otağının, 2 orta məktəbdə isə yeni idman zalının, 2 yeni özəl bağçanın tikilməsi də məqsədlər arasındadır".
Bu bir faktdır ki, Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı və məqsədyönlü tədbirlər Nizami rayonunun da simasını dəyişir, onun abad və müasir rayon kimi daha da gözəlləşməsinə böyük imkanlar yaradır.Bütün bunlarsa gələcəyə nikbin yanaşmağa imkan verir.
Samirə QULİYEVA
525-ci qəzet.-
2016.- 20 yanvar.- S.4