MƏSƏL VAR
Oturur taxtında payız xan kimi,
Torpağı sapsarı xəzəl bələyir.
İldırım səsini qaldıran kimi,
Buludlar gözündən leysan ələyir.
Sarı rəng çəmənin olur hakimi,
Sanki yaşıl boya küsür budaqdan.
Çörəyi diz üstə olanlar kimi,
Yarpaq əlvidasız düşür
budaqdan.
Küləklər süpürür ayaq
izini,
Çöldən yorğun-yorğun qayıdır
naxır.
Bulud elə tutur göyün üzünü,
Sanki günəş yerə durbinlə baxır.
Qarğalar səs salıb,
qarıldadıqca,
Kiməsə, nəyəsə, sanki
söz vurur.
Şimşəklər hərdənbir parıldadıqca,
Elə bil göy, göydən
yerə göz vurur.
Fəsillər dəyişir eyləmədən
ar,
Guya bir fəsilə inanmır illər.
Məsəl var:- "insanın
bir üzü olar",
Dörd
üzlü olsa da qınanmır illər.
DİLİN
Şahmar
ilan kimi çalır dinəni,
Umur yox umudan, çox
umu dilin.
Bir anın içində dəlir sinəni,
Zalım,
Robin Qudun oxumu dilin?
Bəzəmək istəmir el bağçasını,
Nənnitək yellədir, yel bağçasını,
Şumlayıb, yox edir gül bağçasını,
Səpir
dava-dalaş toxumu dilin.
Deyən
yox, bir kəlmə sözün şirindir,
Dilçəkdən ucacan irin-irindir,
İşə bax günahkar sənin dilindir,
Mənim
ərşə çəkir
yuxumu dilin.
Anlamır, özünə kəsilir
qənim,
Qaçırır yaxının, sinsidir
tənin,
Yolunu bağlayır sevincin, şənin,
Cəsusluq eyləyir ahamı
dilin?
Beləcə çox qurub Ülviyə tələ,
Bir gün ağzına da olacaq şələ,
Dibdən
dəriləcək, olsa
da belə,
Min Həsənağanın qohumu
dilin.
GECƏLƏR
Nə olub, qəlbini intizar didir?
Niyə
çəkir səni
dara gecələr?
Gecə
var insana ağ gün bəxş edir,
Rəngində olsa da qara gecələr.
Qurtar ovqatını cinin əlindən,
Qoy tutsun imanın, dinin əlindən,
Sənin
danlağından, sənin
əlindən,
Baş alıb getsinlər hara gecələr?
Məsəl həll olunmaz, həllin tapmasan,
Şər keçər hücuma
pəlin tapmasan,
Gündüz gecələrin dilin
tapmasan,
Səni
qovuşdurmaz yara gecələr.
Qoyub asan yolu, getmə
çətinlə,
Heç
nə qazanmazsan belə qətinlə,
Elə sev sevginlə, məhəbbətinlə,
Bələnə bilsinlər nura
gecələr.
Ay Ülvi, deyilən söz işin görür,
Düz olan əyilməz, düz işin görür,
Başlıca odur ki, öz işin görür,
Meyl etmir dövlətə, vara gecələr.
XOŞBƏXTLİK
ODUR Kİ...
Xəyanət eyləmə qoyduğun
fəsə,
Yol vermə qarğıyıb,
söyənin olsun.
Atalar düz deyib bir deyəndənsə,
Yaxşıdır min nəfər yeyənin
olsun.
Zən etmə divanla, divanə dönər,
Zəhmətsiz yağın da yavana dönər,
Baş olsan, başına pərvanə dönər,
Boş olma, başına döyənin olsun.
Qəlb
sehri umana, qəlbini aç ver,
Mehdən mehriban ol, mehrinə tac ver,
Qeyrətə, insafa, inama bac ver,
Qoyma təkəbbürdən yüyənin
olsun.
Önəmli yeri tut söz gerçəyində,
Boş-boş dızıltısı var milçəyin də,
Dili elə saxla öz dilçəyində,
Nə küsən, nə qəlbə dəyənin
olsun.
Neyləsən, fırlanır dünya
oxunda,
Sanma bəxtəvərlik varın
çoxunda,
Xoşbəxtlik odur ki, evdən çıxanda,
Arxanca sağ qayıt deyənin olsun.
GÖZÜM
Səni
nəzərindən bir
an buraxmır,
Sənə baxmayanda yük
olur gözüm.
Məhrəm olmayana gözucu
baxmır,
İynə, sap tikəntək tikilir
gözüm.
Udmuşam sevginə sinə
gərəndə,
Şübhələr can verir pərən pərəndə,
Çox
gözdən yan qaçır, səni görəndə,
Yazın
dan yeritək sökülür gözüm.
Yaxın
gəl, baxışım
özləyir səni,
Hələ çox sürprizlər
gözləyir səni,
Görəndə yad baxış
izləyir səni,
Bax, onda ovcuma tökülür
gözüm.
Çıxır məcrasından sehrini
ancaq,
Mehrinə baş əyir,
mehrini ancaq,
Səni
seyr edəndə böyüyür, ancaq,
Özgəyə baxanda kiçilir
gözüm.
Ülvini
yaşadır vüsalın
dəmi,
Tuş olsa bir anlıq
həsrətin qəmi,
Bənövşə boynunu bükdüyü kimi,
Boynu olmasa da bükülür
gözüm.
EH,
NECƏ DÜNYAYMIŞ...
Bir bahar axşamı ülfət bağladıq,
Döndük bu dünyanın
ən xoşbəxtinə.
Mən xoşbəxt qəlbimi çıxardıb artıq,
Hədiyyə eylədim, sən
xoşbəxtinə.
Sonra yoxa çıxdın asimanımdan,
Birdən
tərsə döndü
işlərin sənin.
Məni
hiss etmədən keçdin
yanımdan,
Yəni
belə kormuş hisslərin sənin?
Hanı
söylədiyin o sözlər,
hanı,
Bilmirsən heç nəyi,
sən harda dedin.
Baharda bağlanan əhdi, peymanı,
Elə bil bir günlük
naharda yedin.
Sanki məhəbbətin ar anmamışdı,
Arzuma ələdin yazda qarı sən.
Elə bil sevgidən yaranmamışdı,
Bazardan almışdın etibarı
sən.
Kökünə daş atdın
vüsal çevrənin,
Həsrətin yarasın sağaltdın,
amma.
Üzünü ağardar sevən,
sevənin,
Sən mənim saçımı
ağartdın, amma.
Eh, necə dünyaymış,
bu dünya, aman,
Ağrısı, acısı canımdan
keçir.
Bir vaxt hisslərindən boy deyən insan,
İndi
hiss etmədən yanımdan
keçir.
Dönsən, dönüşünə demərəm əhsən,
Daha əfv etməyin vaxtı deyildir.
Endinsə, bir daha qalxa bilməzsən,
Qəlbim
"Şahqulu bəy"
taxtı deyildir.
EYNƏK
ŞÜŞƏSİ
Sildin eynəyimi, eyləyib ərki,
Söylədim, bax belə həyat, həyatdı.
Qəlbimə qayğınla elə
yatdın ki,
Qəlbimin özü də
qəlbimə yatdı.
Parladı eynəyin şüşəsi
par-par,
Elə bil işıqlı göz verdin mənə.
Sanki bəxş eylədim sənə bir bahar,
Sən onu çoxaldıb, yüz verdin mənə.
Tutuldum,
deməyə söz tapdım bəyəm,
Bilmirəm nə təhər
andıram səni.
İstədim çox sağ
ol, razıyam deyəm,
Qorxdum ki, az ola,
sındıram səni.
Bəlkə də bu oldu özün bilmədən.
Amma xoş yazıldı şöhrət haqqına.
İşə bax, bir adi eynək silmədən,
Bir ürək qazandın zəhmət haqqına.
Bağışla səhv etdim, eylədim fəna,
Gərək gətirməzdim bunu
heç dilə.
Qorxuram xoşuma gəlməkdən
yana,
Hər kəs eynəyimin şüşəsin silə.
OLMAZ AXI...
Yenə
bulud kimi dolub gözlərin,
Bulud da sən qədər
göz yaşı tökmür.
Yoxsa su tuluğu olub gözlərin?
Tuluq da sən qədər
göz yaşı tökmür.
Qəhər sularıyla yuyulur
üzün,
Yazığam, saçıma qoyma
qar atsın.
Bəlkə öhdəsinə götürüb
gözün,
Dünyada ən böyük
çayı yaratsın.
Başıma gətirmə gəl
dərd oyunu,
Bilmirəm nə sayaq duyuluram mən.
Sən
Allah, gözünün azalt
suyunu,
Sel olar, gözündən yuyularam mən.
Ağlama,
təbəssüm qoy
olsun nəsib,
Gülsən qaydasına düşər
hər işlər.
Yoxsa göz yaşını lələ bənzədib,
Gələrlər yığmağa lələ
hərislər.
Sən öz arşınınla hər şeyi ölçmə,
Dünyanı su basar, bu, olmaz, axı.
Saxla mən köçənə,
göz yaşı tökmə,
Mənim
ağlamağa su qalmaz, axı.
Əbülfəz
ÜLVİ
525-ci
qəzet.- 2016.- 22 yanvar.- S.7.