"Ədəbiyyat məsələləri" tənqidçi Baba Babayevin təqdimatında

 

 

Tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Baba Babayevin yeni kitabı işıq üzü görüb.

 

"Ədəbiyyat məsələləri" adlı kitabda müəllifin klassik Azərbaycan ədəbiyyatının görkəmli simaları haqqında ədəbi düşüncələri, məqalə rəyləri yer alıb.

 

Kitab müəllifin önsözü ilə açılır. O, yaşadığı dönəmin çətinliyi, zülm haqsızlığın tarixi gerçəkliyi kitabların həyatında oynadığı rol haqda söz açır: "Keçirdiyim ömür yolu, yaşadığım 63 il, yazıb-yaratdığım 44 il mənə belə deməyə əsas verir ki, dünyada bircə həqiqi xəzinə vardırsa, o da yaxşı ürəkdir. Bu ürəklə klassikləri müasirlərimizi XXI əsrin ədəbiyyatşünaslığı prizmasından təhlil etmişəm..."

 

Nəşrin əvvəlində Əməkdar müəllim Bilal Həsənlinin fikirləri verilib. O, kitabda toxunulan mövzuları ayrı-ayrılıqda qeyd edir nəşrin əhəmiyyətini vurğulayır: "Ədəbiyyatşünaslıq publisistikanın vəhdətində ərsəyə gəlmiş bu yazılar maraqla oxunur, müəllif oxucuda bu ya digər sənətkarın portret cizgiləri, yaradıcılıq qayəsi, yazı manerası, həyata, sənətə baxışları barədə dolğun təsəvvür yaratmağa nail olur".

 

Kitabdakı "Klassik müasir ədəbiyyata dair tədqiqatlar"da şifahi xalq ədəbiyyatından başlayaraq Azərbaycan Sovet ədəbiyyatı da daxil olmaqla uzun bir dövrün təhlili aparılır. Burada "Folklor nümunələrində satira gülüş", "Nəsrdə poetik komponentlər", "Y.V. Çəmənzəminli "Molla Nəsrəddin" jurnalı", "Mehdi Hüseyn böyüklüyü" kimi məqalələr yer alıb.

 

"Ədəbiyyatımızın ünlü simaları: məqalələr, müsahibələr" adlı bölümdə müəllifin Bəkir Nəbiyev, Cabir Novruz, Anar digər görkəmli söz adamları haqqında məqalə müsahibələri toplanıb.

 

"Baba Babayevin elmi əsərləri barədə rəylər" adı altında isə müəllif haqda akademik Bəkir Nəbiyev, professor Şamil Vəliyev digər tədqiqatçıların məqalələri, həmçinin onunla bağlı mətbuatda nəşr olunmuş yazılar verilib.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 22 yanvar.- S.7.