Əflatun İsrailovun əsərləri "Rusiya incəsənət həftəsində" fərqlənib

 

 

Azərbaycanlı rəssam Əflatun İsrailovun işləri Moskvada Rusiyanın Mərkəzi Rəssamlar Evində keçirilən "Rusiya incəsənət həftəsində" ən yaxşı əsərlər hesab olunub.

 

Müsabiqə proqramında 200-dən çox şəhərdən 1000-dən çox müəllif "peşəkar", "tələbə" "həvəskar" kateqoriyalarında iştirak edib.

 

Ənənəyə çevrilmiş "Rusiya incəsənət həftəsi" dünyanın 20-dən çox ölkəsindən demək olar ki, Rusiyanın bütün regionlarından art-obyektləri bir araya gətirib. Ekspozisiya klassik rəngkarlıq, abstrakt avanqard incəsənət, portret ustalığı, qrafika, heykəltəraşlıq, fotoqrafiya, dizayn, müəllif kuklası, bədii toxuma, habelə dekorativ-tətbiqi sənət üzrə beynəlxalq müsabiqələri əhatə edir.

 

Müsabiqə işlərini ekspert şurasının (münsiflər heyəti) üzvləri qiymətləndirirlər. Onun tərkibinə həm Rusiyadan, həm Avropa İttifaqı, Amerika Asiya ölkələrindən tanınmış incəsənət art-industriya nümayəndələri daxildir.

 

Azərbaycanı müsabiqədə Əflatun İsrailov təmsil edib. Onun işləri münsiflər heyəti üzvlərində sərgiyə gələnlərdə böyük maraq doğurub.

 

Əflatun İsrailov Qubada doğulub. Lap uşaqlıqdan idmanla məşğul olub və 2010-cu ildə özünün "Su Yolu" adlı döyüş sənəti istiqamətinin əsasını qoyubpatent alıb. Əflatun dağ çaylarında su axınını döyüşün əsası kimi götürərək, dünyada analoqu olmayan yeni texnika yaradıb. 2010-cu ildə 40 yaşında olarkən kətan üzərində ilk əsərini çəkib. O vaxtdan Ə.İsrailovun həyatında yeni mərhələ başlanıb. Əflatunun rəssamlıq təhsili yoxdur, heç kəsin yanında rəngkarlıq texnikasını öyrənməyib. Müəllif əsərlərini yaradanda doğma diyarın əsrarəngiz təbiətindən ilham alır.

 

525-ci qəzet.- 2016.- 22 yanvar.- S.7.